Qəbula yazıl

Xidmətin kodu

Xidmətin adı

Qiymət AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • Model:

Bud-çanaq oynağının müayinəsi

20.0 ₼


Çanaq oynağı 3-6 ay arasında rentgendə görülə biləcək hala gəlir. Rentgeni dəyərləndirəndə ən çox aşağıdakı xətlər istifadə olunur.

Hilgenreiner xətti hər iki Y qığırdağını birləşdirən xətdir.

Perkins xətti sirkə kasasının bayır kənarından Hilgenreiner xəttinə perpendikulyar çəkilən xətdir.

Mərkəz-kənar (CE) bucağı: Bud başı mərkəzini sirkə kasasının ən bayır nöqtəsi ilə birləşdirən xətt və bud başının mərkəzindən dik çəkilən xətt arasındakı bucaqdır.

Shenton xətti, kiçik burmadan başlayıb bud sümüyü boynunu keçərək pubisin içəri kənarı boyunca uzanan oval xətdir. Normal çanaqda Shenton xətti düzgündür

Astabulyar indeks isə Hilgenreiner xətti ilə sirkə kasası üstü boyunca çəkilən xətt arasındakı bucaqdır.

Asetabulyar indeks normal yenidoğulmuşda ortalama 27.5 dərəcədir.

6 aylıqda ortalama 23.5 dərəcə və 2 yaşında 20 dərəcəyə düşür.

30 dərəcə normalın yuxarı səviyyəsi olaraq qəbul edilir.