Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Dermatologiya, Dəri xəstəlikləri, Dermatoloji, Aknenin müalicəsi, Dermatoveneroloq

Dermatologiya şöbəmizdə dəri xəstəliklərinin müayinə və müalicəsi icra olunur. İcra olunan prosedurlar: Dəri xəstəliklərinin diaqnostikası (Dəri biopsiyası). Dəri allergiya testləri. Patc..

Dəri xəstəlikləri, Müasir dermatologiya, Dermatologiya problemləri, Dermatoloji xəstəliklərin diaqnostikası, Dəri xəstəliklərinin müalicəsi

Dəri xəstəlikləri Dermatologiya tibbin ən qədim sahələrindən biridir. Dəri xəstəlikləri bütün dövrlərin və xalqların şəfaçı və həkimlərinin diqqət mərkəzində olmuşdur. Bundan əlavə, dəri xəstəliklə..

Dermatologiya şöbəsi, Dermatoloji xəstəliklər, Dermatoloji tətbiqlər, Dəri və Zöhrəvi Xəstəliklər

Dermatologiya şöbəsi Bütün dəri xəstəliklərinin diaqnostikası və müalicəsi müasir texnoloji üsul və cihazlardan istifadə edilməklə, mütəxəssislər qrupu tərəfindən həyata keçirilir. Xidmət sahələrim..

Dermatologiya nədir, Dermatoloq kimdir, Dəri problemləri, Ümumi Dəri Xəstəlikləri, Dermatoloji Testlər

Dermatologiya nədir? Dermatoloq kimdir? dermatologiyaBütün dəri, saç, dırnaq, selikli qişa problemlərinin müalicəsi dermatologiya (dəri) sahəsindədir və müalicə üsullarını tətbiq edən və 4 il yalnı..

Dermatoloji xəstəliklər, Ümumi dəri xəstəlikləri, Sızanaq, Ekzema, Herpes, Dəri xəstəlikləri

Dermatoloji xəstəliklər Dermatologiya, ağız boşluğu kimi selikli qişalarla, həmçinin dəri, saç və dırnaqlarla əlaqəli xəstəliklərlə məşğul olan tibb sahəsidir. Dermatologiyanın məşğul olduğu başqa ..

Dermatologiya, Dəri problemləri, Dəri xəstəliklərinin diaqnostikası və müalicəsi, Kosmetik Dermatologiya

Dermatologiya, Dəri problemləri Dermatoloji poliklinikamızda; Yağlanma, sızanaq, allergiya, infeksiya, xoş və bədxassəli mol, dəri yanıqlarından tutmuş şişlərə qədər hər növ dəri xəstəliklərin..

Dermatoloq, Dermatoloji müalicə, Dermatoloji diaqnostika, Conglobal akne, Aknenin səbəbləri

Dermatoloq Dermatoloqlar hər yaşda olan insanların dəri xəstəliklərinin diaqnoz, müalicə və profilaktikası ilə məşquldurlar. O cümlədən pediatrik populasiyanın dəri, selikli qişa, dırnaq və saç pro..

Dermatoloq, Dermatoloq həkim, dermatovenerologiya, Dermatokosmetik prosedurlar

Dermatoloq Dermatoloq həkim dəri, saç, dırnaq, ağız boşluğu və cinsi yolla keçən zöhrəvi xəstəlikləri müalicə edən mütəxəssisdir. Rəsmi qaydada ölkəmizdə dəri və zöhrəvi xəstəlikləri müalicəsi ilə ..

Dermatologiya sahəsi, Dəri xəstəlikləri, Dermatologiya, Dermatoloji, Dermatologiya şöbəsi, mezoterapiya

Dermatologiya sahəsi Allergiya, onkologiya, kosmetik dermatologiya, uşaq dermatologiyası, immun sistemi xəstəlikləri kimi geniş məzmunu əhatə edən dermatologiya sahəsində hər cür ehtiyacı qarşılama..

Dermatokosmetik prosedurlar, Dermatoloq, mezoterapiya, Üzdə səpgilər, Akne

Dermatokosmetik prosedurlar:  Botox proseduru: Qırışların, həmçinin ovuc içi, ayaq altı və qolaltı tərləmə müalicəsində istifadə olunur. PRP müalicəsi: İncə qırışların, ləkələrin, çapıqları..

Akne, Aknenin əmələ gəlmə səbəbləri, Qoturluq, Ekzema, Demodeks

Akne Akne tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx “tıxac” ilə qapanmış olu..

Dermatologiya və Dermatoloq, Dermatoloji Klinika, Dermatoloji müalicə, Dermatoloji Xəstəliklər

Dermatologiya və Dermatoloq Bədənin hər yerini əhatə edən dəri sistemlər (orqanlar, əzələlər, toxumalar və s.) arasında bir növ maneə yaradan orqandır. Bütün bədəni, xüsusən də həyati orqanları əha..

Kosmetik dermatologiya, Kosmetik dermatoloq, Təcrübəli dermatoloq, Kosmetik dermatoloji müalicələr

Kosmetik dermatologiya Dəriniz bütün həyat təcrübənizdə sizinlədir, ona bir az sevgi göstərin. Yaşlanma əlamətlərini azaltmaq, günəşin zərərini minimuma endirmək və ya arzuolunmaz tükləri aradan qa..

Dermatoloq həkim, Dermatologiya nədir, Dermatoloq nədir, Dermatologiya mütəxəssisi

Dermatoloq həkim  dəri, saç, dırnaq, ağız boşluğu və cinsi yolla keçən zöhrəvi xəstəlikləri müalicə edən mütəxəssisdir. Rəsmi qaydada ölkəmizdə dəri və zöhrəvi x..

Dəri Xəstəliklərinin Yaranma Səbəbləri, Dermatoloq, kosmetik dermatologiya, Dermatologiya mütəxəssisi

Dəri Xəstəliklərinin Yaranma Səbəbləri Nələrdir? Dəri xəstəliklərinin yaranma səbəbləri insandan insana dəyişiklik və fərqlilik göstərə bilsə də, ən çox bilinən və ən böyük səbəblərini aşağıdakı ki..

Dermatoloji Xidmətlər, Kosmetika və Lazer Xidmətləri, Dəri xərçəngi, Dermatologiya, Dermatoloq

Dermatoloji Xidmətlər Ümumi Dermatologiya Allergik test (yamaq testi) və immunodermatologiya Dərini yoxlayır Döküntü, sızanaq və ziyillərin müalicəsi Mole xəritəsi və monitorinqi Ko..

Dermatoloqlar, Dermatoloq həkim, Dəri xəstəlikləri, Dermatoloqlar İxtisasi, Dermatoloji müalicə, Dermatoloji prosedurlar

Dermatoloqlar Dermatoloqlar dəri, saç, dırnaq və selikli qişa xəstəliklərinin diaqnostikası və müalicəsində ixtisaslaşmış həkimlərdir. Bəzi dermatoloqlar da cərrahdırlar. Dəriniz ən böyük, ən ..

Günəş allergiyası, Dermatoloq kosmetoloq, Dermatoloq müayinəsi, Gözaltı torbaların səbəbi

Günəş allergiyası nədir və necə qorunmaq olar? Günəş allergiyası isti mövsümlərdə bir çox insanlarda meydana gələn və qaşıntılı səpgilər ilə özünü göstərən dəri problemlərinin toplusuna deyilir. ..

Dəri xəstəlikləri haqqında məlumat, Dərinin virus xəstəlikləri, Dərinin allergik xəstəlikləri, allergik dəri xəstəlikləri

Dəri xəstəlikləri haqqında məlumat Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, b..

Dermatologiya, Dəri xəstəliklərinin səbəbləri, Akne Vulgaris, Aknenin müalicəsi, dermatoloji xəstəliklər

Dermatologiya — kliniki təbabətin, dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir. Dər..

Dermatologiya, Dərinin allergik xəstəlikləri, Dermatoloji xəstəliklə, Dermokosmetik prosedurlar

Dermatologiya Dermatologiya- dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini , müalicə və profilaktikasını öyrənir. (yunanca derma-..

Dermatovenerologiya, Dəri xəstəliklərinin müalicəsi, Dəri xəstəliklərini yaradan səbəblər, Dəri xəstəliklərinin əlamətləri

Dermatovenerologiya Atopik Dermatit (AtD) statistik məlumatlara görə həm uşaqlarda, həm də böyüklərdə dəri patologiyasının 5-30% təşkil edir. Xəstəliyə səbəb olan faktorlar arasında, genetik mənşəl..

Dermatoloji problemlər, Dəri xəstəlikləri, Dəri qatlarının xəstəlikləri, Dəri xəstəlikləri yoluxucudurmu, Allergik səpgi

Dermatoloji problemlər Dəri lopa, ağız ətrafında soyulma əməliyyatının qurulması Biorevitalizasiyadan sonra quru dəri kimi bir yan təsir, hətta ən şübhəli müştəri də gözləmir. Ancaq biri kimi mə..

Dermatologiya, Dəri xəstəlikləri, Dermatoloji xəstəliklər, Dermatoloqun vəzifələri

DERMATOLOGİYA  - kliniki təbabətin, dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan s..

Dermatoloq, Həkim Dermatoloq, Dermatoloqlar, Dəri xəstəlikləri, Kosmetik problemlər, Dermatologiya

Dermatoloq Dermatoloq, dəri, saç və dırnaqlara təsir edən şərtlərdə ixtisaslaşmış tibb həkimidir. Səpkilər, qırışlar, psoriaz və ya melanoma olsun, heç kim dərinizi, saçınızı və dırnaqlarınızı idar..

Allergik dəri xəstəliklərinin müalicəsi, allergik testlər, Allergik dermatit və dermatozlar, Dermatitin növü

Allergik dəri xəstəliklərinin müalicəsi Dərinin açıq hissələrini (üz, əllər) qorumaq üçün peşə geyimlərindən başqa, bir sıra mühafizəedici məlhəmlərdən, pasta və yuyucu maddələrdən də istifadə ed..

Dermatologiya, Dermatoloji xəstəliklər, Dermatologiya şöbəsi, Dermatoloji xəstəliklər

Dermatologiya Dermatologiya dərinin, saçın, dırnaqların, selikli qişaların və cinsi yolla keçən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Egzema, atopik dermatit, sızanaq (sızanaq),..

Dermatologiya nədir, Dəri xəstəlikləri, Dermatoloji, Dermatologiya və kosmetologiya, Dermatoloq

Dermatologiya  nədir ? Dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini  və müalicə və profilaktikasını öyrənir. Bizim&..

Saç mezoterapiyası, saç tökülməsi, Saç Mezoterapiya Proseduru, Saç mezoterapiya seansı, Saç Mezoterapiyasının Faydaları

Saç mezoterapiyası, saç tökülməsi və ya saçların həssaslaşması kimi müxtəlif saç problemlərində faydalı təsir göstərən tibbi olaraq təsdiqlənmiş müalicə tətbiqidir. Saçın ehtiyac duyduğu materialla..

Dermatologiya nədir, Dermatoloji Mütəxəssislər və Həkimlər, Dermatoloji şərtlər, Dermatoloji Müalicə

Dermatologiya nədir? Dermatoloqlar dəri xəstəliklərinin, dəri xərçənginin diaqnostikası, qarşısının alınması və müalicəsində ixtisaslaşmış həkimlərdir. Dermatoloqlar xəstələrə asanlıqla diaqnoz qoy..

Akne, Aknenin əmələ gəlmə səbəbləri, Qoturluq, Ekzema, Demodeks

Akne

Akne tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx “tıxac” ilə qapanmış olur. Aknelər müxtəlif olur. Follikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır. Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur). Belə kamedonlar ağ zivcələr (ağ nöqtələr və ya miliumlar) adlanır. Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir. Nəticədə kiçik hündürlük (təpəcik) – piy şişi (“jirovik”) əmələ gəlir.

Kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir. Beləliklə, üz nahiyəsində civzələr şəklində olan səpgilər, açıq və bağlı kamedonlar – bunların hamısı aknenin müxtəlif formalarıdır.

Aknenin əmələ gəlmə səbəbləri

Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır; çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.

Hormonal problemlər yuxarı yaşlarda olan insanlarda da baş verdiyi hallarda, onların da dərisində sızanaqlar əmələ gələ bilər.  Orqanizmdə hormonal tarazlığın pozulmasından savayı, dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər: dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilməsi və s.), dekorativ kosmetik vasitələrin bəzi növləri və digərləri.

İrsiyyət də sızanaqların əmələ gəlməsinin səbəblərindən biridir. Sızanaqlar, adətən, dərisi yağlı olan insanlarda daha çox təsadüf edilir. Bu əlamət isə, adətən, irsi şəkildə verilir. Bəzi dərman preparatlarının (antibiotiklər, hormonlar, steroidlər) qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.

Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır.

Heç bir halda, xüsusən də isti yay günlərində, çoxlu miqdarda dekorativ kosmetika vasitələri işlətməklə (tonal krem, krem-pudra) sızanaqları “gizlətməyə” də çalışmayın! Bu zaman tonal krem, pudra, toz və tərin bir-birinə qarışması nəticəsində dəridəki məsamələr daha artıq dərəcədə qapanmış olurlar. Bunun nəticəsi olaraq dəridə olan sızanaq və kamedonların sayı da artır. Sızanaqlarla mübarizə üçün mütləq həkimə müraciət edib düzgün diaqnoz və müalicə məsləhət görülür.

Qoturluq

Qoturluq yoluxucu dəri xəstəliyi olub, parazitlər (gənələr) tərəfindən törədilir. Dişi gənələr dəri səthində özünə yol açaraq, orada yumurtaların qoyur. Yumurtalardan çıxan sürfələr dəri səthinə çıxaraq, dərini dişləyirlər və bu da qaşınmaya səbəb olur.

Xəstəliyin əsas əlaməti büküşlərdə səpgilər (xüsusilə barmaqlar arasında, beldə, qarın nahiyəsində, qoltuqaltı, dizaltı, budlararası büküşlərdə) və gecələr artan güclü qaşınmadır. Bəzən qaşınma o qədər güclü olur ki, insan, dərisini bərk qaşıyaraq, cızıqlar əmələ gətirir, daha sonra həmin yerlərdə irinli səpgilərin əmələ gəlməsi müşahidə olunur. Yuxarıda təsvir olunan halları təsadüfən aşkar etsəniz, mütləq həkimə müraciət edin.

Ekzema

Ekzema-xroniki gedişə və residivləşməyə meyilli,polimorf səpgilərlə xarakterizə olunan, neyroallergik mənşəli dərinin iltihabi xəstəliyidir. Ekzemanın dəqiq etiologiyası indiyədək məlum deyil.

Ekzema aşagıdakı kliniki formalara ayırd edilir:

  • Həqiqi ekzema
  • Mikrob ekzeması
  • Seboreya ekzeması
  • Uşaq ekzeması
  • Peşə ekzeması

Ümumiyyətlə ekzema dəri örtüyünün bütün sahələrində baş verə bilər. Lakin əllərdə, qollarda, üzdə, boyunda, aşagı ətraflarda daha cox rast gəlinir. Ekzemanın proqnozu xəstənin sinir sisteminin vəziyyətindən,onun əmək və məişət şəraitindən, xəstəliyin müddətindən və bir cox səbəblərdən asılıdır. Hazırda ekzema xəstəliyi geniş yayılmışdır. Buna səbəb allergenlərin,sinir sistemi xəstəliklərinin artması, keyfiyyətsiz qidalar, xroniki xəstəliklərin müalicə olunmaması və s.

Demodeks

Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir və gənələrin yaratdığı xəstəlik demodekoz adlanır. Gənələrin növləri çoxdur, yalnız 2 növü Demodex folliculorum və Demodex brevis insanda, qalanları isə heyvanlarda parazitlik edir.

Demodeks gənələri təmas-kontakt yolu ilə insandan-insana və yaxud heyvandan-insana keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür. Dərialtı demodeks gənələri meybom vəzilərində, tük follikularında, axacaqlarında və üz dərisinin piy vəzi sekretlərində (xüsusilə seboreya zamanı) yaşayır.

İnsan bu xəstəliyə gənə daşıyıcısı olan digər insandan yoluxur, hətta ev heyvanlarından yoluxma da mümkündür. Gənələrin bədən səthi pulcuqlarla örtülüdür, bunların sayəsində gənələr tük follikullarına daha möhkəm yapışa bilir. Gənələr hormonlarla , tük follikullarının səthinə çökmüş dəri piyi ilə və oradakı endoplazma ilə qidalanır. Gənələr bir neçə həftə yaşayırlar, onlar tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər.

Demodeksin sevdiyi yerlər göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun qanadları, dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.

Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Ona görə də mümkün qədər tez bir zaman ərzində demodeks gənələrindən azad olmaq lazımdır.

Akne, Aknenin əmələ gəlmə səbəbləri, Qoturluq, Ekzema, Demodeks
Akne, Aknenin əmələ gəlmə səbəbləri, Qoturluq, Ekzema, Demodeks
Previous Next

Ailənizin Sağlamlıq Məkanı

Dietologiya
Check Up
Dermatologiya
BÜTÜN ŞÖBƏLƏR
Ginekologiya
Kosmetologiya
Kardiologiya
Nevrologiya
Saç əkimi
Laboratoriya
Pediatriya
USM
Endokrinologiya
Urologiya
Parazitologiya
Andrologiya
Check Up
Dermatologiya
Kardiologiya
Nevrologiya
Ginekologiya
Radiologiya
Urologiya
Laboratoriya
Kosmetologiya
Saç əkimi
BÜTÜN ŞÖBƏLƏR

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzimizin dəyərli sərmayəsi ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızın laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzinin dəyərli sərmayəsi Avropada ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızda bütün laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00