QƏBULA YAZIL

KARDİOLOGİYA


KARDİOLOGİYA

Kardiologiya ürək və qan dövranı sistemi xəstəlikləri ilə məşğul olan elm sahəsidir.

Sinə qəfəsində sıxılma, ürək döyüntüsü, qaz şikayətləri, təngnəfəslik, yorğunluq hissi və nadir hallarda hərarət kimi müxtəlif simptomlarla özünü göstərən ürək xəstəlikləri dünyada və ölkəmizdə əsas sağlamlıq problemlərindən biridir. Ürək xəstəlikləri çox gənc yaşdan qocalığa qədər geniş yaş aralığında baş verir. Bu xəstəliklərin getdikcə artması və nəticələrinin pis olması ilə əlaqədar xəstəxanamız bu sahəyə lazımi önəm vermiş və bununla bağlı araşdırmalara diqqət yetirmişdir.

Kardioloji xəstəliklərin simptomları xəstəliyin növlərinə görə fərqlənsə də, ümumi olanlar:

  • Ürək döyüntüsü
  • Sinə ağrısı və sinə sıxlığı, adətən koronar arteriya xəstəliyi olan insanlarda
  • Ürək çatışmazlığı səbəbindən tənəffüs çətinliyi, gecə sidiyə çıxma və gecə arxa üstə uzanarkən nəfəs darlığı
  • Ürək qapaqları ilə bağlı problemlərdə ortaya çıxan nəfəs darlığı və hemoptizi, yəni qan qusması
  • İktidarsızlıq problemi
  • Qeyri-iradi kilo itkisi

Kardiologiya şöbəmizdə diaqnoz qoyulan bəzi xəstəlikləri aşağıdakı kimi sadalaya bilərik:

  • Koronar Arteriya Xəstəlikləri
  • Ürək çatışmazlığı
  • Ürək ritminin pozulması
  • Ürək qapağı xəstəlikləri
  • Aorta damarlarının xəstəlikləri
  • Periferik damar xəstəlikləri
  • Hipertoniya
  • Hiperlipidemiya / Dislipidemiya (lipid metabolizması xəstəlikləri)