Qəbula yazıl

Xidmətin kodu

Xidmətin adı

Qiymət AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • Model: LAB-00535

Dehidroepiandrosteron-sulfat (DHEA-S)

16.0 ₼


DHEA-S (dehidroepiandrosteron-sulfat)

Böyrəküstü vəzinin androgen hormonudur.

Böyrəküstü vəzin qabıq maddəsində sintez olunur.

Bu hormonun səviyyəsi böyrəküstü vəzinin androgen-sintetik aktivliyinin göstəricisidir.

DHEA-nın androgen aktivliyi zəifdir, lakin periferik toxumalarda onun metabolizmindən testosteron və dihidrotestosteron əmələ gəlir.

Cinsi yetkinlik dövründə DHEA səviyyəsi yüksəlir, insan reproduktiv dövrdən çıxdıqca azalır. Hamiləlik dövründə həmçinin azalır.

Hazırlıq

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.

Göstərişlər

  • Androgenital sindrom.
  • Böyrəküstü vəzin şişləri
  • Böyrəküstü vəzin şişləri.
  • Adəti düşüklər.
  • Dölün hipotrofiyası.
  • Feto-plasentar kompleksin diaqnostikası (12-15 həftədən).

DHEA səviyyəsinin yüksəlməsi

  • Androgenital sindrom
  • Böyrəküstü vəzin şişləri
  • Ektopik AKTH sintez edən şişlər
  • Kuşinq xəstəliyi
  • Feto-plasentar çatışmazlıq
  • Qadınlarda hirsutizm
  • Bətndaxili dölün ölüm təhlükkəsi

DHEA səviyyəsinin azalması

  • Dölün böyrəküstü vəzilərinin hipoplaziyası
  • Bətndaxili infeksiya
  • Hestagenlərin qəbulu