Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Xidmətin kodu

Xidmətin adı

Qiymət AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • Model: USM-0000377

Aşağı ətraf venalarının doppleri (1 tərəf)

30.0 ₼


Aşağı ətraf venalarının doppler müayinəsi

Dərin və səthi venaların trombozunu müayinə etməyə, venaların varikoz genişlənməsinin damar ulduzcuqlarının səbəblərinin aşkarlanmasına imkan verir.

Aşağı ətraf venalarının dupleks skanlaşdırılmasına bir çox fərqli şikayətlərdə göstəriş olur:

yorğunluq, ağırlıq, keyləşmə, günün ayrı-ayrı vaxtlarında şişkinlik, ağrılar.

Belə ki bu şikayətlər aşağı ətraf venalarının trombozu kimi, xroniki venoz çatışmazlığının (XVÇ) təzahürü ola bilər.

Bu halların hər birində vaxtında müalicə təyinatı tələb olunur, çünki venoz tromboz ölümlə nəticələnə bilər (ağciyər arteriyasının tromboemboliyası), xroniki venoz çatışmazlığının inkişafı isə varikoz xəstəliyə, trofik pozuntuların (dəri örtüklərinin rənginin dəyişməsindən trofik xoralaradək) aşağı ətraf venalarının trombozunun inkişafına gətirib çıxara bilər.