Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Tüklərin qurluşu


Dermatologiyada dəri artımlarına aid olanlardan biri də tüklərdir.Dərinin bəzi yerlərindən başqa 99% səthi tük folikulları ilə örtülüdür.Bəzi nahiyələrdə bu tüklər inkişaf edir,digər yerlərdə çox narın olur və ya görsənmir.Tükün dəridən çıxan hissəsi özək,dəri daxilində olan hissəsi isə kök adlanır.Tükün kökü tük folikulu ilə əhatə olunmuşdur.Məhz saç əkimində əsas məqam tük folikulunun bir nahiyyədən digərinə köçrülməsidir.Tük folikulinun kisəsinin köçrülməsi saç əkimində ən vacib şərtdir.


Tüklər qurluşuna görə 3 yerə bölünür

  • zərif (qollar,ayaqlar və digər nahiyələrdə olan incə tüklər)
  • cod(bığ,saqqal,qoltuqaltı və qasıqda olan tüklər)
  • uzun(başın tüklü hissəsi)

Saç tökülməsi (Alopesiya)

Alopesiya tüklərin patoloji tökülməsidir.Buna səbəb müxtəlif xəstəliklər və ya fizioloji proseslərdir. Alopesiyanın çapıqlı və çapıqsız formaları mövcuddur. Çapıqsız saç tökülməsi bir neçə tipə bölünür

  • ocaqlı alopesiya (alopecia areata)
  • androgenetik alopesiya(akopecia androgenetica)
  • diffuz alopesiya(alopecia diffusa)