Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

KUPEROZ


Kuperoz – əsasən üzdə yerləşən genəlmiş kapilyar şəbəkəsidir. Kosmetologiyada belə damarlara kuperoz, dermatologiyada – teleangioektaziya deyilir. Üzdə kuperoza əsasən burunda, burun qanadlarında, yanaqlarda və çənədə rast gəlinir. Kuperoz əsasən dərisinin rəngi açıq və həssas olan insanlarda olur. Vizual olaraq dəridə xırda damar şəbəkəsi kimi görünür. Əlamətlərinə dəridə iltihab və qızarma, yanğı, qaşınma və tikan batma hissiyyatı aiddi.

Səbəbləri:

Cavan vaxtlarda damar divarı sağlam olur, qan dövranının güclənməsinə ehtiyac olan zaman damarlar genəlir və ehtiyac olmayan zaman isə daralır. İllər keçdikcə birləşdirici toxuma liflərinin elastikliyi azalır və damar divarları zəifləyir. Nəticədə qan təzyiqinin təsirindən damarlar genələrək ölçüsü böyüyür və əvvəlki vəziyyətinə qayıda bilməyərək, üzdə görünməyə başlayır. Bu vəziyyətə kuperoz deyilir.

Kuperozun əlamətləri:

  • Üzdə çoxlu damarlarla qidalanan genişlənmiş düyünlər əmələ gəlir
  • Xarakterik damar ulduzcuqları əmələ gəlir
  • Dəridən kəskin seçilən çəhrayı rəngli damarlar əmələ gəlir
  • Xəstəliyin başlanğıc mərhələsində damar ulduzcuqları üzün az hissəsini tutur, lakin müalicəsiz üzün əksər hissəsinə yayılır

Kuperozun növləri:

Kuperoz anadangəlmə və qazanılmış olur. Anadangəlmə kuperoz bir sıra anadangəlmə qan xəstəliklərinin nəticəsində yarana bilər. Qazanılmış kuperoz isə aşağıdakı xəstəliklərin nəticəsidə yarana bilər:

  • Çəhrayı sızanaqlar (rozasea)
  • Ultrabənövşəyi şüalanma
  • Venoz çatışmazlıq
  • Qaraciyər patologiyasında (hepatit, sirroz, hepatoz)
  • Endokrin sistemin xəstəliklərində
  • Həddindən artıq spirtli içki qəbulunda
  • Siqaret çəkmək
  • Düzgün qidalanmama
  • Hipertoniya xəstəliyi
  • Stress, nevroz, depressiya

Müalicə:

Kuperozun müalicəsi ümumi və yerli ola bilər. Yerli müalicəyə tərkibində metronidazol olan maz və kremlər, azelain turşusu, pimekrolimus, takrolimus, ivermektin (solantra), soyuq islatmalar və s. aiddir. Lakin bu müalicələr demək olar ki, çox cüzi nəticə verir.Son dövrlərdə kuperozun müalicəsi məqsədilə ən effektiv müalicə kimi “PDL” və “ND yağ” lazerlərindən istifadə olunur.