Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

ROZASEA


Rozasea – dərinin qızarması, qabarcıqların, irinciklərin və s. səpkilərin əmələ gəlməsi ilə müşahidə olunan xroniki dəri xəstəliyidir. Xəstələrin təxminən yarısında gözlərdə də qızartı olur.

Səbəblər:

Rozaseanın dəqiq səbəbləri hələ də aşkarlanmayıb. Təxmin olunur ki, rozaseanın əmələ gəlməsinə səbəb üzün damarlarının müxtəlif qıcıqlandırıcılara qarşı həssaslığının artmasıdır. Rozasealı xəstələrin səthi arteriyaları qıcıqlandırıcıların təsirindən genəlir, sağlam insanlarda isə heç bir reaksiya vermir.

Əvvəllər hesab olunurdu ki, rozaseanın əsas səbəbi dəridə piy vəzilərində və tük follikullarında yaşayan mikroskopik gənə – demodeksdir. Dərialtı gənə xüsusi xəstəlik – demodekoz əmələ gətirir, hansı ki rozaseanı provakasiya edir. İndi məlumdur ki, demodeks sağlam insanlarda da mövcuddur. Ona görə də alimlərin bir çoxu demodeksə ikinci səbəb kimi baxır.

Dərman preparatları təsirindən medikamentoz rozasea, kortikosteroid mazların təsirindən steroid rozasea yarana bilir.

Rozaseanın əsas əlamətləri:

  • Üzün daimi qızarması - Əsasən üzün orta hissəsini (alın, burun, çənə, yanaqlar) zədələyir. Qızartı sinə və kürəyə də yayıla bilər
  • Üzdə səpkilər - Əvvəl qızartı fonunda kiçik çəhrayı düyüncüklər (papulalar), sonra isə irinciklər (pustulalar, sızanaqlar) yaranır
  • Qızartı nahiyəsində dərinin qalınlaşması - Bu xəstəliyin gecikmiş mərhələsində yaranır.
  • Damarların genəlməsi və damar şəbəkəsinin yaranması (teleangioektaziyalar)
  • Rinofima - Burun nahiyəsinin dərisinin stabil qırmızılığı və qalınlaşması
  • Gözlərin qızarması. Xəstələrin təxminən yarısında yaranır. Gözlərdə qızartı, quruluq, toz hissiyatı, yandırma, yad cisim hissi, yaşarma müşahidə edilir.

Müalicə:

Rozaseanın müalicəsi ümumi və yerli ola bilər. Yerli müalicəyə tərkibində ixtiol, naftalan, metronidazol olan maz və kremlər, azelain turşusu, pimekrolimus, takrolimus, ivermektin (solantra), soyuq islatmalar və s. aiddir. Maz və kremlər tərkibindəki antiseptiklərin hesabına iltihabın inkişafının qarşısını alır, islatmalar qırmızılığı azaldır.