TATU (DÖYMƏ)
TATU
Həveskar tatu – adətən dəriyə metal məftil ve ya iynə ilə vurulur. Piqment kimi kömür ve ya qələm mürəkkəbi istifadə olunur. Piqment müxtəlif dərinliyə vurulur ve daha kiçik hissəciklərdən ibarət olur.
Professional tatu – bu növ tatu xüsusi tapanca vasitəsilə çox dərinə və çox sıx vurulur. Bu tatuları vuran zaman adətən metalloorqanik rəngləyicilərdən istifadə olunur.
Kosmetik tatu(permanent makiyaj) – kipriklərin, qaslarin, dodaqlarin konturlarına muxtelif rəngləyicilərdən istifadə olunmaqla vurulur. Bele tatular daha səthi olur ve rəng daha seyrək olur.
Travmatik tatu – travma nəticəsində dəri altına müxtəlif rəngli maddələrin (barıt, partlayıcı maddələr və s.) daxil olması, yara sağalandan sonra isə dərialtında qalaraq tatu şəklində görünməsi nəticəsində yaranır. Rəngin dərinliyi müxtəlif ve daha seyrək olur.
Tibbi tatu – müxtəlif xəstəliklərin yerində yaranmış, xoşagəlməz qalıqların və ya çapıqların görünməməsi üçün kamuflyaj məqsədi ilə edilir. Tatu səthi seyrək olur və rəngləyici kimi tuşdan istifadə olunur.
Müxtəlif tatu rəngləyiciləri:
- Qəhvəyi - oxra
- Sarı - kadmium-sulfid, oxra, sarı;kurkumin
- Göy - kobalt alluminat
- Yaşıl - xrom oksid
- Qırmızı - civə sulfid, kadmium selenit
- Çəhrayı - çəhrayı kalium-permanqanat
- Ağ - titan dioksid, sink oksid
- Tünd qırmızı (dodaqların tatusu) - Dəmir oksid
- Qara professional - karbon, dəmir oksid
Tatunun silinməsinin bir neçə növü var:
- lazer çıxarılması
- cərrahi eksizyon
- dermabraziya