Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

AKNE


Akne və ya sızanaq xəstəliyi


Piy vəzilərinin və tük follikullarının funksiyasının pozulması ilə gedən dərinin iltihabi prosesidir.

Əmələ gəlmə mexanizmdə əsas rol seborreya xəstəliyidir. Bu zaman dəri piyinin bakterisid xüsusiyyətləri azalır və bakterial flora aktivləşir. Aknenin əmələ gəlməsində əhəmiyyətli səbəb, həm də “Propionibacterium Acnes” bakteriyası da göstərilir. Akne bütün cinsi yetkinlik dövrü boyunca inkişaf edir və 25 yaşından sonra tədricən yoxa çıxır.


Sızanaqların əmələ gəlmə səbəbləri


Aknenin əmələ gəlmə səbəbləri tam şəkildə öyrənilməmişdir. Aknenin yaranmasını sürətləndirən səbəblərə əsasən şəxsi gigiyenanın düzgün olmaması, düzgün qidalanmama, stress və s. aiddir.

Yeniyetmələrdə akne, hormonların sintezinin sürətlənməsi səbəbindən yaranır. Bütün cinsi yetkinlik dövrü boyunca androgenlərin, xüsusən də testosteronun sintezi artır. Testosteron isə dəri piyinin əmələ gəlməsini sürətləndirir. Eyni zamanda, androgenlər tük və dırnaqların formalaşmasında iştirak edən keratinlərin əmələ gəlmə prosesini də sürətləndirir.

Dəri piyinin artıqlığı əsasən üz, boyun və kürəkdə yerləşən tük follikulunun çıxacağının tutulmasına gətirib çıxarır ki, bu da nəticədə belə follikullarda bakteriyaların inkişafı üçün yaxşı şərait yaranır.

Bu proses dəridə qara və ya ağ qeyri-iltihabi sızanaqların yaranmasına səbəb olur. Çox hallarda təzyiq altında follikulların divarları zədələnir, piy ətraf toxumalara yayılır və iltihabi sızanaqlar olan akne yaranır.

Bəzi qadınlarda peroral kontraseptiv preparatların qəbulu da steroid sızanaqların yaranmasına səbəb ola bilər.


Aknenin simptomları:


Akne zamanı üz, sinə və kürəkdə müxtəlif morfoloji elementlər yaranır. Sızanaqların kökündə iltihabi proses olur. Nəticədə yumşaq toxumalar əriyir və irinli ifrazat yaranır. Pustulalar açılır, irinli ifrazat bayıra çıxır və üzəri qartmaqla örtülür. Sızanaqlar epidermis qatında olduqda yerində piqment ləkəsi, derma qatında olduqda isə çapıq əmələ gəlir.


Aknenin müalicəsi:


Akne adətən uzunmüddətli müalicənin aparılmasını tələb edir. Bu zaman əsas məqsəd seborreyanın müalicəsi, dəri yağlılığının azaldılması, kəskin (qıcıqlandırıcı) və şirin qida qəbulunun azaldılmasına nail olmaqdır.

Xəstəliyin ağır gedişində antibakterial preparatlar təyin olunur. Eyni zamanda piy ifrazının azaldılmasına səbəb olan aromatik retinoidlərin peroral qəbulu yaxşı nəticə verir. Kamedonlar mexaniki təmizlənir. İltihabı sızanaqlarda sterilizasiya məqsədilə “Neodim” və “PDL” lazerlərdən istifadə oluna bilər. Dərinin rəngi və teksturasının yaxşılaşdırılması üçün “Er yag” və “CO2” lazerlər vasitəsilə lazer cilalama proseduru da tətbiq edilir.