PAPİLLOMALAR
Papillomatoz – insan papilloması virusu tərəfindən törədilən xəstəlikdir. Papillomavirusların 70-dən artıq növü var və onları birləşdirən ümumi cəhət odur ki, hamısı dəri və selikli qişaları zədələyərək toxumaların çoxalmasını törədir. Əgər virus dəriyə düşərsə papilloma düz bağırsağın və ya cinsiyyət orqanlarının selikli qişasına düşərsə itiuclu kandilomalar əmələgəlir.
Kandilomaları heç bir halda qorxusuz hesab etmək olmaz. Məsələ ondadır ki, kandilomaların inkişafı da şişlərin inkişafı kimi gedir. Ona görə də uzun müddətli kandilomatoz şişönü xəstəlik sayılır. Sübut olunub ki, uşaqlıq boynunun kandilomatozu uşaqlığın xərçəng riskini 50-60 dəfə artırır.
Böyümüş kadilomalar:
- Travma ala və qanaya bilir
- Normal cinsi həyata mane olur
- Kosmetik defekt kimi narahat edir
- Psixoloji diskomfort verir
- Doğuşa mane olur
Kandilomalardan əlavə papillomaların aşağıdakı novlərinə rast gəlinir:
- Sadə (vulqar) papillomalar - 1 mm diametrədək ölçüsü olan bərk düyün şəklində olur. Onun səthi buynuzlaşmış, dəridən qabarıq və ayaqsızdır. Bədənin istənilən yerində olur. Əsasən isə barmaqlar və uşaqlarda dirsəklər nahiyəsində lokalizasiya ounur.
- Ayaqaltı papilloma - ayaq altında xırda ölçülü, üzəri kələkötür olur. Lakin ətrafında bala törəmələr də əmələ gətirə bilər. Gəzən zaman ağrı və diskomfort törədir. Bəzən özbaşına sağalır. Bu əsasən uşaqlarda olur. Lakin papillomaları döyənəklərlə səhv salmaq olmaz. Döyənəklərin səthi hamar olur və üzərində dəri şəkli bilinir.
- Səthi papilloma - hamar dairəvi düyün şəklində olur. Çoxbucaqlı da ola bilər. Rəngi dəri rəngdə olur. Ən çox üz və əlləri zədələyir. Ağrısız olur. Dəridə iltihab, qızartı və qaşınma verir.
- Sapşəkilli papilloma - 40-50 yaşlarında rast gəlinir. Əsasən göz qapaqları, boyun, qasıq və qoltuqaltında olur. Əvvəl xırda ölçülü olur, lakin sonradan 5-6 mm uzunluğunda sapşəkilli, elastik və uzun törəmələrə çevrilir. İltihablaşa bilər. Özbaşına itmir.