Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

BAKI KLİNİKİ MƏRKƏZƏ XOŞ GƏLMİSİNİZ !

Bakı Kliniki Mərkəz öz ətrafında yalnız peşəkar mütəxəssisləri toplayaraq ölkəmizdə bu konseptdə fəaliyyət göstərən ilk məkan olmaqla məqsədi: cinsindən və yaşından asılı olmayaraq hər kəsin təbii gözəlliyini keyfiyyətli tibbi-kosmetoloji xidmətin, habelə zahiri qulluğun göstərilməsi vasitəsilə qoruyub saxlamaqdır.

Ən son texnoloji və innovativ lazer avadanlıqları ilə təchiz edilmiş klinikamızda beynəlxalq sertifikatlara malik həkimlərimiz dermatologiya, terapevtik, lazer və estetik kosmetologiya, estetik ginekologiya, trixologiya, saç əkimi istiqamətləri üzrə ixtisaslaşmış tibbi xidmət göstərməklə yanaşı, bu sahədə peşəkar kadrların tədrisi ilə də məşğuldurlar.

Tibb və sənət estetikasını özündə birləşdirərək, sağlamlıq sahəsindəki təcrübələrimizi dünya səviyyəli texnologiya ilə xəstələrə təqdim etmək fəlsəfəsini qoruyub saxlayırıq.

Mərkəzimiz sizlərə gigiyenik və sağlamlığınız baxımından zəmanət verir! Sizlər bizim mərkəzimizdə peşəkar həkim baxışından keçərək, konsultasiya olunursunuz. Tam əminliklə deyə bilərik ki, proseduralar üçün istifadə olunan preparatlar, eləcədə aparatlar tam keyfiyyət zəmanətlidir.

Hər xidmətdə olduğu kimi gözəllik sahəsində də güvən məsələsi çox önəmlidir. Tətbiq olunacaq prosedur və ya prosedurlarla bağlı bütün suallarınızı Mütəxəssis Dermatoloqlarımızla aydın bir dildə və sevgi ilə cavablandırılır. Çünki bilirik ki, insanın aldığı xidmətdən razı qalması üçün onun beynində sual işarəsi olmamalıdır.

Yetərki Mərkəzimizə gəlin, sağlam və gənc qalmanız üçün bilik və təcrübəmizə əsaslanan bütün imkanlarımızı sizdən əsirgəməyəcəyimizin şahidi olun.