Kardiologiya ürək və qan dövranı sistemi xəstəlikləri ilə məşğul olan elm sahəsidir. Sinə qəfəsində sıxılma, ürək döyüntüsü, qaz şikayətləri, təngnəfəslik, yorğunluq hissi və nadir hallarda hərarət kimi müxtəlif simptomlarla özünü göstərən ürək xəstəlikləri dünyada və ölkəmizdə əsas sağlamlıq problemlərindən biridir. Ürək xəstəlikləri çox gənc yaşdan qocalığa qədər geniş yaş aralığında baş verir. Bu xəstəliklərin getdikcə artması və nəticələrinin pis olması ilə əlaqədar xəstəxanamız bu sahəyə lazımi önəm vermiş və bununla bağlı araşdırmalara diqqət yetirmişdir.