Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

KSANTELAZMA



Ksantelazma – dəri səthində azacıq qabarmış və hər iki göz qapağında yerləşən sarımtıl ləkə şəklində olur. Toxunan zaman ağrısız və yumsaq konsistensiyaya malik olur. Adətən ksantelazmalara hər iki göz qapağında rast gəlinir. Tək və çoxsaylı ola bilərlər. Ksantelazmalar birləşərək qabarcıqlı element – ksantomalar əmələ gətirə bilər.

Ksantelazma üçün qəflətən, heç bir əlamət olmadan başlama xarakterikdir. Əsasən tədricən, ləng və pasientə heç bir subyektiv şikayət vermədən inkişaf edir. Ksantelazma noxud dənəsindən iri lobya ölçüsünədək ola bilər. Heç vaxt bədxassəli prosesə transformasiya olmur və insan həyatı üçün təhlükə törətmir. Lakin çox saylı və iri ksantelazmalar kosmetik deffekt törədir.

Yaranmış ksantelazmalar ömrü boyu qala bilər. Tədricən ölçüləri böyüyür və miqdarı artır.

Uşaqlarda ksantelazma və ksantomaların əmələ gəlməsi hiperxolesterinemik ksantomatozun əlmətləri olur. Bu zaman ürək-damar sisteminin və qaraciyərin funksiyası pozulur və kistalar əmələ gələ bilər.

Diaqnostika:

Ksantelazmalı pasientlərə dermatoloqun və endokrinoloqun konsultasiyası məsləhətdir. Xarakterik görünüş və lokalizasiya diaqnozu dərhal qoymağa imkan verir. Ksantelazma və ksantomanın müayinəsi əşya şüşəsi ilə sıxmaqla (diaskopiya) aparılır. Bu zaman ksantelazma qansızlaşır və sarı rəng dəqiq görünür.

Bu şəxslərdə mütləq surətdə lipid mübadiləsi yoxlanmalıdır. Bunun üçün qanda xolesterinin və lipoproteidlərin müayinəsi aparılır.

Müalicə:

Ksantelazmanın spesifik müalicəsi yoxdur. Piy mübadiləsinin pozulması fonunda əmələ gəlmiş ksantelazma və ksantomaların müalicəsində ilk növbədə mübadilə normasına salınmalıdır. Xolesterini yüksəlmiş və lipid mübadiləsi pozulmuş pasientlər heyvani piylər az olan pəhrizə riayət etməlidirlər. Bu məqsədlə qidalanmada heyvani yağlar günəbaxan, qarğıdalı və zeytun yağı ilə əvəz olunur. Belə pasientlərə lipotrop və qanda xolesterini azaldan preparatlar təyin olunur.

Cərrahi müalicə kosmetik məqsədlə göstərişdir. Bu məsədlə cərrahi kəsim, diatermokoaqilyasiya, “CO2” və “Eryag” lazerlərlə müalicə, elektrokoaqulyasiya, kriodestruksiya aparılır. Prosedurlar ambulator şəraitdə yerli keyitmə ilə aparılır.