Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Lazer texnologiyaları ginekologiyada


Erbium lazer Fotona (ER:Yag) yumşaq törəmələrin ləğv olunması,uşaqlıq boynunun eroziyasının və sidik qaçırmanın başlanğıc stadiyada müalicəsi, həm də uşaqlıq yolunun daraldılması üçün aparılan rekonstruktiv emeliyyatlarda tətbiq olunur.

Sidik qaçırmanın müalicə texnologiyası (İncontiLase) – erbium lazerlə (ER:Yag) xüsusi paket impulsla qeyri-ablasion istilik rejimində uşaqlıq yolunun ön divarının və sidik kanalının açılan nahiyədə girəcəyinin işlənməsidir. Selikli qişanın tamlığı pozulmur. Sidik qaçırmanın erbium lazer vasitəsilə qeyri-ablyativ lazer müalicəsi zamanı submukoz kollagen seçici denaturasiyası (şişməsi) baş verir. Kollagen liflərin dərhal yığılması və neokollagenezin sürətlənməsi hesabına toxumaların liftinqi və elastikliyinin artması baş verir.Prosedur nahiyəsi tədricən yığılır və sıxılır,bununla da sidik kisəsinə dayaq verir və nəticədə stress sidik qaçırma simptomların azaldır.

İntimaLase – uşaqlıq yolunun sallanması sindromunun müalicəsində uşaqlıq yolunun yığılması üçün istifadə olunun lazer texnologiyasıdır.

ER:Yag lazerin xüsusi isti paket impulsları uşaqlıq yolunun selikli qişasına və kollagenlə zəngin olan çanağın pariyetal fassiyasına təsir edir. Lazer impulsları selikli qişanı zədələmədən submukoz qatın dərhal qızmasını təmin edir. İstilik enerjisi nəinki kollagenin strukturunu yaxşılaşdırır, həm də neokollagenezi stimulyasiya edir. Nəticədə kollagen öz əvvəlki uzunluğu ilə müqayisədə 2/3 qeder gödəlir. Kollagein qızması zamanı kollagen dərhal yığılır, liflər gödəlir və qalın olur, prosedur nahiyəsində toxumalar yığılır və sıxlaşır.

Kollagenin ani yığılması reaksiyasıdan əlavə toxumalarda kollagenin yenilənməsi və neokollagenez prosesləri işə düşür. Bu proseslərin nəticəsində toxuma yeni, gənc kollagenlə zənginləşir, elastik olur. Uşaqlıq yolunun tonusu artır, uşaqlıq yolunun sallanması sindromunun əlamətləri aradan qalxır.