- Model: LAB-00542
Sərbəst Testosteron
24.0 ₼
Sərbəst testosterontestosteronun qan zülalları ilə birləşməmiş, bioloji aktiv fraksiyasıdır.
Testosteron əzələ toxumasına anabolik effekt göstərir, sümük toxumasının dəridə piy vəzilərini inkişafını təmin edir, qaraciyərin lipoproteid sintezində iştirak edir, b-endorfinlərin, insulinin sintezini modulə edir.
Kişilərdə cinsi cinsi sistemin, ikincili cinsi əlamətlərin, cinsi həvəsin, spermatogenez və potensiyanın, cinsi davranışın psixofizioloji xüsusiyyətlərini təmin edir.
Qadınlarda yumurtalıqlarda follikulların reqressiyası mexanizmində və hipofizin qonadotrop hormonlarının səviyyəsinin idarə olunmasında iştirak edir.
Sərbəst testosteron səviyyəsi SHBG-nin miqdarından asılı olmur. Ona görə də SHBG-nin miqdarının yüksəlib azalması zamanı sərbəst testosteronun yoxlanması ümumi testosterona nisbətən daha informativdir.
Hazırlıq
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analizdən 8-14 saat öncə qida qəbulu dayandırılmalıdır.
- Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.
- Analizdən 48 saat öncə estrogen və androgen qəbulu dayandırılmalıdır.
- Həkimin xüsusi göstərişi yoxdursa analiz səhər saat 11-dək verilməlidir.
Göstərişlər
Hər iki cinsdə
- Sonsuzluq
- Saç tökülməsi
- Akne
- Yağlı seboreya
- Aplastik anemiya
- Böyrəküstü vəzilərin şişləri
- Qlükokortikoid və androgen tərkibli preparatların qəbulu zamanı kontrol
Qadınlarda
- Hirsituizm (tüklənmə)
- Anovulyasiya
- Amenoreya
- Oliqomenoreya
- Disfunksional uşaqlıq qanaxması
- Düşüklər
- Yumurtalıqların polikistozu
- Androgenital sindrom
- Uşaqlığın mioması
- Endometrioz
- Süd vəzi törəmələri
- Uşaqlıq və süd vəzilərin hipoplaziyası
Kişilərdə
- Potensiyanın pozulması
- Libidonun azalması
- Kişi klimaksı
- Birincili və ikincili hipoqonadizm
- Xroniki prostatit