- Model: LAB-00557
Qastrin (Gastrin)
41.0 ₼
Qastrin mədə və 12 barmaq bağırsaq traktının G hüceyrələri, həmçinin mədəaltı vəzinin adacıq hüceyrələri tərəfindən sintez olunan peptid hormondur.
Tərkibindəki amin turşuların sayından asılı olaraq üç forması mövcuddur:
- G-17 (little)
- G-34 (big)
- G-14 (mini)
Qastrin Zollinger-Ellison sindromuna şübhə olan şəxslərin, axlorhidriya və pernisioz anemiyası olan pasientlərin tədqiqi zamanı müayinə olunur.
Qastrinomanın diaqnozu üçün qastrinin bazal (ac qarnına), həmçinin kalsium və sekretinlə stimulyasiyadan sonrakı müayinəsi böyük önəm daşıyır.