Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Xidmətin kodu

Xidmətin adı

Qiymət AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • Model: LAB-00674

Ümumi kalsium (Ca)

9.0 ₼


Kalsium sümük toxumasının əsas komponentidir. Həmçinin orqanizmdə çox vacib struktur, metabolik və requlyator funksiyalar yerinə yetirən biogen elementdir.

Kalsiumun 99%-i sümük toxumasında yerləşir, yalnız 1%-i serum və digər bioloji mayelərin tərkibindədir.

Qanda kalsium 3 formada rast gəlinir

  • Sərbəst (ionlaşmış) kalsium. Bu kalsiumun fizioloji aktiv formasıdır.
  • Anionlarla-laktat, fosfat, bikarbonat, sitrat birləşmiş kalsium
  • Zülallarla (daha çox albuminlə) birləşmiş formada olan kalsium

Orqanizmdə kalsium bu funksiyaları eyrinə yetirir:

sümük və dişlərin möhkəmliyini təmin edir, sinir-əzələ oyanmasında iştirak edir, hüceyrə membranının keçiriciliyini tənzimləyir, fermentativ aktivlikləri idarə edir, qanın laxtalanmasında (VII, IX və X faktorları aktivləşdirir) rol oynayır.

Hazırlıq

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Analiz səhər 8-11 arası verilməlidir.
  • Müayinə öncəsi çox yeməkdən qaçınmaq lazımdır.

Göstərişlər

  • Osteoporozun diaqnostika və skrininqi
  • əzələlərin hipotoniyası
  • qıcolma sindromu, paresteziya
  • mədə və 12barmaq bağırsağın xora xəstəliyi
  • poliuriya
  • ürək-damar xəstəlikləri
  • cərrahi əməliyyata hazırlıq
  • hipertireoz
  • bədxassəli şişlər
  • sidikdaşı xəstəliyi
  • sümüklərdə ağrılar