Saç Əkimi
Saç əkimi barəsində düşünürsünüz? İtirdiyiniz saçları bərpa etmək istəyirsiniz?
Klinikamızın saç əkimi mütəxəssisləri ən müasir avadanlıqlardan və texnologiyalardan istifadə etməklə saç əkimini həyata keçirir və sizə yardımçı olmağa hazırdır.
Saç əkimi ilə bağlı klinikamıza müraciət etdikdə mütəxəssislər komandamız saç əkiminin potensial olaraq uğurlu olub olmayacağı barədə sizə ətraflı məlumat verəcək, tibbi problemlərin olub olmadığını araşdıracaq, həmçinin dəri xəstəliklərini və saç əkilməsinə əksgöstəriş hesab edilən digər xəstəliklərin olmadığını müəyyənləşdirəcəkdir. Yalnız dolğuş və hərtərəfli müayinədən sonra saç əkilməsinə dair birgə qərarın verilməsi təmin ediləcək və fərdi qaydada ən yaxşı saç əkimi üsulu təklif ediləcəkdir.
Saçın əkilməsi və saç əkmə üsulları
Saç tökülməsi müasir dövrdə tez-tez rast gəlinən estetik və tibbi problemdir. Bəzi hallarda saç tökülən nahiyəni yalnız tük əkilmə yəni tük transplantasiyası yolu ilə bərpa etmək mümkün olur. Digər hallarda dərman müalicəsi əhəmiyyətli şəkildə saç tökülməsinin qarşısını almağa və müəyyən xəstəliklərdə dökülmüş saçların hətta bərpa olunmasına kömək edir.
Saç transplantasiyası zamanı başın tüklü hissəsindəki tük follikullarından istifadə olunur. Bu follikullar götürülərək pasiyentin tüksüz qalmış dərisinə köçürülür (transplantasiya).
Müasir üsullardan istifadə edərək tük əkilməsi travmasız və hər hansı bir fəsadsız həyata keçirilir və qısa zaman ərzində pasiyent öz normal həyatına qayıdır. Yeni üsullar həmçinin saçların təbii görünməsinə və uzunmüddətli fəsadların olmamasına imkan verir.
Tükəkmə əməliyyatı
Tük əkmə (transplantasiya) zamanı aşağıdakılar nəzərə alınmalıdır:
* saç tökülməsinin tibbi səbəbləri (məs., infeksiya və ya digər xəstəliklə bağlı olduğu) istisna olunub
* tük əkiləcək nahiyənin sahəsi
* əkiləcək saçın uzunluğu və əkiləcək sahədə dərinin sağlamlığı.
Tikişsiz üsul FUE (Follocular Units Extraction)
FUE əməliyyatı dünyanın bir çok klinikalarında həyata keçirilir. Bu az invaziv üsulla tük transplantasiyasının həyata keçirilməsidir. Əməliyyat yerli ağrısızlaşdırma ilə həyata keçirilir və əməliyyat yerində kiçik ölçüdə dairəvi şəkildə çapıq toxuma əmələ gəlir.
Saçların əkilməsi əksər hallarda skalpellə həyata keçirilir, bəzən isə iynə vasitəsi ilə də aparılır. Bu zaman iynə vasitəsilə açılan hissədən pinsetlə transplant götürülür.
Bərpa müddəti 2-4 həftə və daha çox müddətə baş verə bilir.
Bu üsulun çatışmayan cəhəti həmin nahiyəyə yenidən tük əkilə bilinməməsidir. Əməliyyatdan 6-12 ay sonra tüklər uzanır və saçların sıxlığı artır.
Hissəvi FUT üsulu (Follicular Unit Transplantation)
Klassik FUT saç əkmə üsulu dərinin bir hissəsindən götürülürək digər həssəyə transplantasiya edilməsidir. Əməliyyat kəsici alətlərlə (skalpel) həyata keçirilir və 3-4 saat müddətinə başa çatır. Bu ən tez başa gələn üsullardan biri hesab edilsə də kobud üsul sayılır. Əməliyyat zamanı dəridə iri çapıq izi qalır. Bu əməliyyatı pasiyentə üç dəfədən artıq etmək məsləhət görülmür. Əməliyyatlar arasında isə ən azı yarım il fasilə verilməsi lazım gəlir.
Əməliyyat zamanı tüksüz hissədə kəsik aparılaraq başqa nahiyədən götürülmüş tüklü dəri həmin nahiyəyə yerləşdirilir.
Bərpa müddəti 4-6 həftədən çox sürmür. Bəzi hallarda isə bu müddət 3 aya qədər uzana bilir.
Əməliyyatsız HFE üsulu
HFE - ingiliscə Hand Follicle Extraction sözlərinin qısaldılmış adıdır. Hazırda bu üsul çox geniş istifadə edilir. Bu əməliyyat kəsik aparılmadan iynə vasitəsilə həyata keçirilir. Bu az invaziv, ağrısız prosedur olub ambulator şəraitdə həyata keçirilir. Əməliyyat yüksək həssaslıqla və yerli keyləşdirmə ilə aparılır.
Əməliyyatdan iki həftə sora tüklər bərpa olunmağa başlayır və pasiyent bir il sonra saçlarını istədiyi formaya sala bilir. Bu transplantasiya üsulu ilə bığ və saqqal nahiyəyə də tük əkmək mümkündür.
Saç transplantasiyası zamanı aşağıdakılar nəzərə alınmalıdır:
Psixi pozuntular, dəri xəstəlikləri, o cümlədən kəskinləşmə fazasında və infeksion mənşəlli dəri xəstəlikləri saç əkilməsinə nisbi əksgöstəriş hesab edilir.
Şəkərli diabet, yüksək areterial təzyiq, ürək-damar sistemi xəstəlikləri zamanı da həkimi məlumatlandırmaq və diqqətli olmaq lazımdır. Bu qrup pasiyentlərə HFE üsulu ilə saç əkilməsi məsləhət görülür