Sac əkilməsi
Sac əkilməsi xüsusilə kişilər arasında ən çox edilən estetik müdaxilələrdən biridir. Saç tökülməsi 50 yaşındakı hər iki kişidən birinə təsir edən bir hadisədir.
Kişilərdə qadınlara nisbətən daha sıx görülür. Tökülən saçlarınızı hər gün aynada kədərlə izləmək, dəyişik saç darama üsulları ilə açıq sahələri örtmək papaq və s. ilə gizləmək əslində həyatınızı daha da çətinləşdirən vəziyyətdir. Kişilərin böyük əksəriyyətində görülən saç tökülməsi genetik səbəblərə bağlıdır. Saçsız bölgələrdə yeni saç çıxartmağı kosmetik ya da dərman yolu ilə təəssüf ki hələ bir müalicəsi yoxdur. Saçsız bölgələri köhnə halına gətirmək üçün saç əkilməsi lazımdır.
Sac əkilməsi; sağlam və genetik olaraq tökülməmə xüsusiyyəti daşıyan saç köklərinin boynun üst qisimindəki, iki qulaq arasındakı sıx olan hissədən alınaraq, açıq olan və ya seyrək olan hissələrə birli, ikili, üçlü qruplar şəklində təcrübəli mütəxəssislər tərəfindən nəql edilməsi əməliyyatıdır. Sac əkilməsi ağrısız bir əməliyyatdır və xəstələrin şüuru açıqdır. Sac əkilməsində əkiləcək olan saçlar şəxsin öz qıl kökləridir. Yerli keyitmə altında həyata keçirilir. Yalnız əkiləcək hissələr keyləşdirilir.Əməliyyat 4 – 8 saat arasında sürər. Əkilən saçlara 100% zəmanət verilir.
Saç tökülmesi və Müalicəsi
Sağlam bir insanda saçların təxminən% 85i davamlı uzanma halındadır. Bu böyümə mərhələsi 2-6 il çəkə bilər. Geriye qalan saçların% 15-i isə 2-3 ay qədər sürən istirahət mərhələsini gözləyər. Bu istirahət mərhələsi nəticəsində saçlar tökülür. Tökülən saç köklərindən yeni saçlar böyüməyə başlayır və dövr bu şəkildə davam edər. Gündə 50-100 ədəd saç telinin tökülməsi normal qəbul edilir.
Kişilərdə Saçların tökülmesi
Kişilərdə saç tökülməsi androgenik, məşhur (diffusion), alopesi areata, travmatik, skatrisiyel, telogen dən ola bilər.
Qadınlarda Saçların dökülmesi
Yaşlanma, xəstəliklər, infeksiyalar, stres və hormonal səbəblərdən ötəri qadınlarda saç tökülməsi ortaya çıxa bilər.
Saç tökülməsi olan xəstələrin əvvəlcə fiziki müayinələri aparılır, sonra saç analizi və lazımlı testlərdən keçirildikdən sonra adama və saç probleminə uyğun bir müalicə protokolu müəyyən edilir. Saç tökülmələrinin ilk mərhələsində saçları qoruyan tökülmələri azaldan dərmanlar tövsiyə edilə bilər. Saç tökülməsinin irəliləyən mərhələlərində bu müalicə tək başına kafi olmaya bilər. Müalicəni digər saç tökülmə müalicələri ilə dəstəkləmək lazım olabilər . P.R.P, Mezoterapiya və saç nəqli kimi …
Qaş əkilməsi
Qaş əkilməsi üçün ən ideal olan saç kökləri boyun bölgesindədir. Əməliyyat yerli keyidici dərmanlar köməyi ilə edilir. 1 – 2 sm enində 5 – 10 sm boyunda bir sahədən saçlar fue üsulu ilə alınar. Doğru bucaqlar verilərək təbii görünüşü təmin etmək məqsədi ilə istiqamətləri müəyyən edilir və saçlar nəql edilir. 3 – 6 saat içərisində tamamlanır. İki gün sonra yuyulur. Dörd beş gün qabıqlı bir görünüş əmələ gəlir. Yeddi on gün içində təmamilə sağalır. Üç altı ay ərzində çıxmış olarlar.
Qaş əkilməsində əmələ gələ biləcək hər hansı bir fəsad yoxdur. Saçların normal qaşdan daha tez uzanacağını unutmamaq lazımdır. Qısaldılaraq şəkil vermək lazim gələ bilər. Birinci ildən sonra uzanma normal şeklinə dönməyə başlayacaq. Eyni üsulla saqqal əkilməsi, bığ əkilməsi və ya çapıq izi əkilməsi edilə bilər.