Saç tökülməsini necə müalicə etmək olar?
Saçlar insanın xarici görkəminə gözəllik verir. Gözəl saç düzümü insanı cazibədar və cəlbedici göstərir. Seyrək və zəifləmiş saçlar isə ən gözəl üzə və gözəl dəriyə malik olan adamı belə pis göstərir.
Bu səbəblərə görə estetik görünüşünə diqqət verən adamlar saçlarını daima diqqət mərkəzində saxlayır. Gözəl saçları olan kişi və qadınlar isə özünə əmin halda yaşayırlar.
Saçların tökülməsi problemini həkim-trixoloq həll edir.
Bəs saçların tökülməsinin qarşısını müalicə ilə almaq mümkün olmadıqda nə etmək lazımdır?
Əgər siz yastığınınzın üstündə saç tüklərinizə rast gəlmisinizsə bu haqda düşünməyə dəyər. Saçın tökülməsi təbii prosesdir. Normada gün ərzində bir adamdan 100-ə yaxın tük tökülür. Patoloji saç tökülməsinin bir çox səbəbləri var. Qadınlarda laktasiya zamanı, xroniki xəstəliklər zamanı, hormonal problemlər olduqda saçlar tökülməyə başlayır. Kişilərdə saç tökülməsinin səbəbləri isə daha ağır olur. Belə ki, adi bir xəstəlik üzündən həkimə gedən kişi, saçları töküldükdə bunu diqqətə almır və yanlız diffuz keçəlləşmə meydana çıxdıqda narahatlıq hissi keçirir. Kişilərdə əsasən keçəlləşmə irsi və ya androgen faktorlar səbəbindən baş verir.
Sözsüz ki, istənilən formada olan saç tökülməsi həkimə müraciət etmək üçün əsas səbəbdir.
İlk növbədə hansı həkimə müraciət etmək lazımdır?
Bəzi insanlar saç tökülməsi problemi olan kimi trixoloqa müraciət edir. Halbuki, praktika saçların tökülməsində endokrinoloji, qastroenteroloji, nevroloji və bəzən kardioloji faktorların da rolu olduğunu sübut edib.Hətta, bəzən saçları tökülən adamların psixoloqa müraciət etməsi də lazım gəlir. Buna görə də mütəxəssis saç tökülməsindən şikayət edən pasiyenti dəqiq müayinə etməli və hərtərəfli anamnez toplamalıdır.
Keçəlləşmə zamanı troxoloqla birlikdə başqa həkimlərin( ednokrinoloq, ginekoloq, dermatoloq və s.) də müalicəsinə də ehtiyac duyulur.
Bunu bilmək maraqlıdır
Keçəlləşmənin əmələgəlmə səbəbi təkcə başın tüklü hissəsində olan xəstəliklər deyil. Məsələn, psoriaz zamanı saç yığılması səbəbindən tük dərisi zədələndiyi üçün saçlar tökülür, amma, tük follikulları zədələnmir. İstənilən saç tökülməsi zamanı dermatoloqa müraciət etmək lazımdır, amma, nəzərə almaq lazımdır ki, düzgün müalicə olunmayan dəri xəstəlikləri zamanı da saçlar tökülür.
Saç tökülməsi problemlərinin aradan qaldırmaq üçün ilk növbədə nədən başlamaq lazımdır?
Boş vaxt və pul sərfiyyatının olmaması üçün ilk növbədə saçların hansı səbəblərdən tökülməsinin səbəbini düzgün aydınlaşdırmaq lazımdır. Bu işin ən pis tərəfi özbaşına müalicə üsullarına müraciət etməkdir. Belə ki, bu cür müalicə vaxt itkisi ilə yanaşı, keçəlləşməyə də səbəb olur. Bəzən isə şiş xəstəlikləri zamanı təyin edilən kimyaterapiyası , düzgün qidalanmamaq, arıqlamaq üçün təyin edilən ciddi dietalar, avitaminozlar da saçların tökülməsinə səbəb olur. Vegeteryanlar bir çox qidalardan imtina etdikləri üçün onlarda da saç tökülmələri ən sıx rastlanan problemlərdən sayılır. Tərkibində A, B1,B2,PP vitaminləri olan qidalardan imtina etmək(paxlalı bitkilər, yerkökü,bitki yağları və s.) də saç tökülməsinə səbəb olan amillərdəndir.
Saç tökülməsi diqnozunu qoymaq üçün trixoqramma, fototrixoqaramma, Buda lampası altında saçların müayinəsi, spektral müayinələr aparılır. Müayinə həkim trixoloq tərəfindən aparılır, bəzi müayinələr isə laboratoriyalarda yoxlanılır.
Müasir saç transplantasiyası üsulları hansılardır?
Saç transplantasiyası ” gənc” estetik prosedurlardan sayılır və ilbəil yeni üsullarla pasiyentlərin tələbatını ödəyir. Əvvəllər STRİP üsulu ilə təbii görüntü əldə etmək üçün dəridən kiçik hissə götürüb keçəlləşmiş nahiyəyə köçürülürdü. Bu zaman uzun tüklərlə çapıq yerinin üstü örtülürdü. Sonralar FUE üsulu ilə saç transplantasiyası tətbiq edilməyə başlamışdır. Bu üsul daha kiçik kəsik aparmaqla saç əkiminə səbəb oldu.
Ən müasir saç əkilmə üsulullarından biri NFE – follikullarla birlikdə mikroskopik alətlərlə saç əkilməsidir. Bu üsul az ağrılır və zədəsiz başa çatır. Bu zaman əməliyyat müvəffəqiyyətlə həyata keçir və saçlar uzanaraq təbii görsənir. Bu prosedur saqqal və bığ transplantasiyası zamanı da tətbiq edilir.
Əməliyyatıa əks göstəriş varmı və əməliyyat təhlükəlidirmi?
STRİP, FUE əməliyyatından fərqli olaraq HFE əməliyyatı tamamilə təhlükəsiz sayılır. Əməliyyat yanlız kəskin infeksiaon xəstəliklər zamanı məsləhət görülmür. Qanuna əsasən 18 yaşı tamam olmayanlara da bu əməliyyatı həyata keçirmək məsləhət görülmür.
Saç əkilmə prosesi yaxşı klinikalarda həyata keçirildiyi zaman təhlükəsizdir. Sanitar qaydalara əməl olunarsa və işində ixtisaslaşmış həkim tərəfəindən keçirilərsə bu əməliyyat müvəffəqiyyətlə başa çatır.
Saç köçürülməsi zamanı müalicənin nəticəsi necə olur?
Saç əkimi zərgər işidir. Bu zaman 1 kvadrat santimetrə 80-ə yaxın tük follikulu əkmək mümkün olur.
Saç transplantasiyası neçeyə başa gəlir?
Əməliyyatın qiyməti həkimin klassifikasiyasından və köçürülən transplantın sayından asılı olur. Əgər siz geniş miqyasda saç əkdirmək mistəyirsinizsə o zaman əlinizi cibinizə salmalı olacaqsınız. Çapıq olan nahiyəyə tük trasplantasiya etdirəcəksinizsə isə bu zaman əməliyyatın qiyməti bir az da artmış olur.