Mezoterapiya
– tibdə ultranazik iynələr vasitəsi ilə, kalsiotin və tiroksin hormonlarının, kollagenaz və hialuronidaz fermentlərinin, vitaminlərin, minerallar və bitki ekstraktlarının mezodermaya yeridilməsidir.
“Gözəllik iynəsi” nəyinki bədənin müxtəlif nahiyyələrinin cavanlaşmasına yönəlikdir, həmçinin qan dövranına, derma qatında zədələnmədən yaranmış iltihabi proseslərə təsir edir.
Həmçinin aşağıda sadalanan problemlər üçün də keçərlidir:
- Qırışların korreksiyası
- Saç tökülməsi
- Sızanaqlar
- Yaralar, çatlar, selülit və çapıqlar
- Xırda damar ulduzcuqlarının yox edilməsi
- Seboreyanın müalicəsi və digər
Edilən bütün prosedurların mütəxəssis tərəfindən aparılması məsləhətdir. Azərbaycanda tibbi kosmetologiya sahəsində liderliyi АSTHETIK LAB klinikası edir. Müalicə kursu, həll ediləcək problemdən asılı olaraq, 3-10 mərhələ olmaqla 10 gün ara ilə aparılır. Lakin nəticə bir il ərzində qalır.
Mezoterapiya tədbiq üsulları
Prosedura üçün lazım olan bütün preparatlar individual olaraq seçilir, əl və ya aparat üsulu ilə tədbiq olunur.
Aparat üsulu ilə edilən iynə proseduru həddindən artıq həssas pasentlər üçün daha az ağrılıdır, və selülit korreksiyasında geniş istifadə olunur.
Prepartların əl ilə tədbiqi isə, daha çox üz mezoterapiyasında tələb olunur, əsasən göz və ağı ətrafı nahiyyələrində işləyəndə və dəri nazik olduqda.
Saç mezoterapiyası
Saç mezoterapiyası da yaxşı nəticələr verir. Alopesiya deyilən saç tökülməsi xəstəliyi saçların bir hissəsinin, yaxud hamısının tökülməsi deməkdir. Bunun qarşısını almaq üçün muzoterapiya əla üsuldur. Ancaq seanslar xəstənin saç tökülmə tipi və vəziyyətinə görə müəyyən edilir. Çox incə uclu iynələrlə saçlı dərinin orta - dermis təbəqəsinə yeridilən minerallar, vitaminlər saç kökünü bəsləyir.
Saç mezoterapisyasının faydaları
1. Mezo iynələr saç tökülmə problemini kökündən həll edən və qan dövranını bərpa edən estetik müdaxilədir.
2. Mezoterapiyadan sonra nazik saç telləri qalınlaşır.
3. Saç muzoterapiyasından sonra saç kökləri möhkəmlənir, sürətlə uzanır, tökülmə azalır. Xülasə, saç mezoterapiyası vasitəsilə saç tökülməsi nəzarət altına alınır, tökülməni dayandırır, incə telləri qalınlaşdırır, seyrəkləşmiş hissələr yeni gur və sağlam tüklərlə bərpa edilir.
Mezoterapiyanın dərini cavanlaşdırmaq xüsusiyyəti
Mezoterapiya ilə bədənin istənilən yerini cavanlaşdırmaq, qüsurları bərpa etmək mümkündür. Məsələn, mezo iynələr bədənin tez qocalmağa meylli olan üz, əllər, boyun və sinə dekoltesi kimi həssas yerlərinə "anti-aging" (yaşlılıq əleyhinə) təsir göstərir, kollagen istehsalını stimullaşdırır, dərini cavanlaşdırır, ona parlaqlıq verir və təravətləndirir. Günəş şüaları və dərinin zamanla kollagen itirməsi dərinin qocalma prosesini sürətləndirir. Mezoliftlər sayəsində antioksidantlar, vitaminlər və digər faydalı maddələr dəriyə nüfuz edir və ona gənc görünüşü qazandırır.
Mezoterapiya ilə arıqlama
Yağlı yeməklər, artıq çəki dərinin həm görünüşünü korlayır, həm də sağlamlığa pis təsir edir. Arıqlamağın min bir üsulu olsa da, onların çoxu zəhmət və vaxt tələb edir. Çoxları iradəli olmadığı üçün pəhrizi yarımçıq qoyur, çəkisi ilə barışır. Bu da insanın növbəti dəfə stress keçirməsinə səbəb olur.
Müasir dövrdə arıqlamağın ən yaxşı yollarından biri də mezoterapiyadır. Qidalanma rejimi və məşqlər ilə planlaşdırdığınız çəkiyə düşə bilmirsinizsə, yaxud çətinlik çəkirsinizsə, bu zaman mezo iylərin gücündən yararlana bilərsiniz. Mezoterapiya ilə bədənin istənilən nahiyəsində toplanmış yağları tez bir zamanda əridə bilərsiniz. Bu üsulla problemli bölgələrə piy parçalama funksiyası olan dərmanlar, iynələr yeridilir. Nəticədə həmin bölgədəki yağ hüceyrələrinin əridilməsi və ümumi qan dövranına daxil olaraq bədəndən atılması təmin edilir.