Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Sistit nədir, Sistitə səbəb olan risk faktorları, Urologiya və Andrologiya, Uroloqla androloqun fərqi nədir

SİSTİT NƏDİR? "Sistit" termini yunan dilində "CYST"- "sidik kisəsi" deməkdir. Sidik-cinsiyyət sisteminin ən çox görülən xəstəliklərindən biridir. Sistit, sidik kisəsinin bakterial iltihabıdır. Sist..

Urologiya Mütəxəssisi nədir, Urologiya mütəxəssisi nə edir, Necə Uroloq Olmaq olar, Uroloji, Uroloq

Urologiya Mütəxəssisi nədir Urologiya mütəxəssisi; O, sidik-cinsiyyət sistemi və kişi reproduktiv sistemi xəstəliklərinin, anatomik və fizioloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul ..

Böyrək daşı sancısı, Böyrək daşı sancısı necə baş verir, Böyrək sancısı, Ultrasəs müayinəsi

Böyrək daşı sancısı Əhali arasında böyrək daşı sancısı 1-10% hallarda qeydə alınır. Kişilərdə bu əlamətə daha sıx rast gəlinir. Böyrək ağrısı adətən böyrək daşının kanala düşməsi&nbs..

Urologiya nədir, Uroloq, Urologiya, Uroloq nədir, Urologiya və nefrologiya arasındakı fərq

Urologiya nədir? Urologiya kişi və qadın sidik yollarının (böyrəklər, sidik axarları, sidik kisəsi və uretra) xəstəlikləri ilə məşğul olan səhiyyənin bir hissəsidir . O, həmçinin uşaq yaratmağa qad..

Urologiya, Andrologiya, Uroginekologiya, Uroloji iltihabı xəstəliklər

Urologiya - kişi və qadın sidik-cinsiyyət sistemində mövcud olan xəstəliklərin etiopatogenezi, diaqnostikası və müalicəsi ilə məşğul olan tibbin bir bölməsidir. Urologiyanın aşağıdak..

Böyrək ağrısı nədir, Böyrək ağrısı əlamətləri, Urologiya, Uroloji problemlər

Böyrək ağrısı nədir? İnsanlar böyrək ağrısı zamanı nə etməli? Bu kimi suallarla tez tez rastlaşırıq. İlk növbədə qeyd edim ki, böyrəklərdə ağrı müstəqil bir xəstəlik deyil. Sidik yollarının və böyr..

Laparoskopik urologiya, Qadın urologiyası, Uroloji xəstəliklərin müayinəsi, Uroloji simptomlar

LAPAROSKOPİK UROLOGİYA Uroloji əməliyyatlar şöbəsinin ən son naliyyətlərindən biri olan laparoskopik urologiya dünyada geniş yayılmışdır. Bu üsulun əməliyyat zamanı minimal qanaxma, əməliyyatdan so..

Uroloq, Uroloq qəbulu, Uroloqun androloqdan fərqi nədir, Urologiya, Müasir urologiya

Uroloq Uroloq qadın və kişilərin sidik-cinsiyyət sistemi xəstəliklərini müalicə edir. Urologiya andrologiya, ginekologiya və pediatriya kimi sahələrlə sıx əlaqədədir. Kişi xəstələrində uroloq ey..

Uroloq nədir, uroloqa müraciət etmək, Ureteroskopiya, böyrək daşlarının diaqnozu

Uroloq nədir? Uroloqunuz böyrəklər , sidik kisəsi , sidik axarları (sidik kisəsinə sidik aparan nazik əzələlər) və sidik kanalı (sidik kisənizdən çıxan boru) daxil olmaqla sidik sistemi haqqında hə..

Sidik yolu infeksiyası, Böyrək daşı, Böyrək daşı müalicəsi, Böyrək çatışmazlığı, uroloji müayinə

Sidik yolu infeksiyası müalicəsi necə aparılır? • Antibiotik dərmanları ümumiyyətlə sidik yolu infeksiyalarında istifadə olunur. Sidikdəki analizlərin nəticəsinə görə, hansı dərmanların nə qədər is..

Uroloji onkologiya, Neyrourologiya, Uşaq urologiyası, Andrologiya, Uroloq, Sidik qaçırma

Uroloji onkologiya Bu, böyrək, adrenal bezlər, prostat, sidik kisəsi, sidik axarları, testislər və ya penis xərçəngləri kimi genitouriya sisteminin bədxassəli xəstəlikləri ilə məşğul olur. Neyro..

Uroloji xəstəliklər, Uroloq, Urologiya nədir, böyrək xəstəlikləri, böyrək daşları

Uroloji xəstəliklər Sidik yolları sidiyi çıxarmaq üçün bədəninizin drenaj sistemidir. Sidik tullantılardan və sudan ibarətdir. Sidik yollarına böyrəklər, üreterlər və sidik kisəsi daxildir. Normal ..

Uroloq, prostat xərçəngi, testis xərçəngi, varikosel və kistlər, Kişi sonsuzluğu

Uroloqlar hansı xəstəlikləri müalicə edirlər? Uroloqlar kişilərdə, qadınlarda və uşaqlarda sidik yollarının bir sıra problemlərinin müalicəsində ixtisaslaşmışdır, o cümlədən: sidik kisəsi və ..

Sidik daşı xəstəliyi, Sidik daşı növləri, Sidik daşı xəstəliyi müalicəsi, Uroloq androloq

Sidik daşı xəstəliyi Sidik daşı xəstəliyi böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir.  Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Bir az endemik xarakteri də vardır. Az..

Urologiya şöbəsi, qadın urologiyası, Urologiya nədir, Uroloji xəstəliklər, Kompüter Tomoqrafiya

Urologiya şöbəsi Urologiya şöbəsində sidik-cinsiyyət orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təmin olunmuş şöbədə yüksək ixtisas..

Sidik daşı xəstəliyi, Sidik daşı növləri, Sidik daşı xəstəliyi müalicəsi, Uroloq androloq

Sidik daşı xəstəliyi

Sidik daşı xəstəliyi böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. 

Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Bir az endemik xarakteri də vardır. Azərbaycanın müəyyən bölgələrində, məsələn, Şəkidə, Gəncədə, Lənkəranda daha geniş rast gəlinir.

Risk faktorları nələrdir?

Sidik daşı xəstəliyinin müxtəlif risk faktorları vardır. Bunlara piylənmə, az maye qəbulu, az hərəkətlilik, müxtəlif böyrəyin anomaliyaları zamanı rast gəlinir. Müəyyən hormonal xəstəliklər zamanı, məsələn, qalxanabənzər ətraf vəzləri xəstəliklərində, D vitamini çatışmazlığı zamanı, isti iqlimdə yaşayan insanlarda daha sıx rast gəlinir. Risk faktorları bunlardır əsas.

Sidik daşı növləri

Müxtəlif təsnifatları vardır. Biz burada, əsasən, iki qrupa: tərkibində kalsium olan və olmayan daşlar. 

Kalsium olan daşların nisbətən sərt daşlar sayılır. Kalsium oksalat, kalsium fosfat daşları bunlara misal göstərmək olar. 

Tərkibində kalsium olmayan daşlar: ksantin ola bilər, sistin daşları, ən sıx sidik turşusu daşları var… Misal göstərmək olar bunları.

Əlamətləri nələdir?

Sidik daş xəstəliyinin yerləşdiyi yerə uyğun olaraq müxtəlif əlamətləri, şikayətləri ola bilər. Bunlara ağrıları göstərmək olar. Ağrılar da daşın yerləşdiyi yerinə görə dəyişir. Böyrəyə yaxındırsa, ancaq böyrəklə bağlı, xüsusən, sancılar ola bilər, küt ağrılar ola bilir. Sidik axarının aşağı 1/3-ə doğru yerini dəyişəndə həm böyrəkdə şikayətlər verir, həm də sidiklə bağlı. Məsələn, xəstə deyir ki: “Damcı-damcı sidiyə gedirəm.” “Sidiyə gedə bilmirəm” kimi yalançı bir şikayətləri olur. Halbuki, xəstələrin sidik kisəsi boş olub, sidik olmur. Sonra da ürəkbulanma, qusma ola bilər, infeksiyalaşarsa, qızdırma, üşütmə, titrəmələri ola bilər.

Hansı xəstəliklərdən fərqləndirmək lazımdır?

Buna tibbi olaraq differensial diaqnostika deyirik. Yəni hansısa bir xəstəliklərdən fərqləndirmək lazımdır. Burada ən sıx rastlaşdığımız həkim olaraq bel radikuliti dediyimiz sinir əzələ ağrısı, bel ağrıları ilə xəstələr daha çox bizə müraciət edir. Bunların bir çoxunu hətta xəstədən anamnez toplamaqla belə fərqləndirə bilirik ki, burada daha çox nevroloji, sinir əzələ ağrısıdır. Bununla yanaşı appendisit ola bilər, xolestit ola bilər, mədəaltı vəzin iltihabı xəstəlikləri ola bilər. Bunlardan ayırd etmək lazımdır.

Sidik daşı xəstəliyinin diaqnostikası və müalicəsi

Xəstədən ilkin olaraq ultrasəs müayinəsi, sidiyin ümumi analizi, bir də qanda kreatinə baxırıq. Daha sonra ehtiyac olarsa, kompüter tomoqrafiyadan keçirməklə daşın dəqiq yerini, sıxlığını təyin edib, sayını təyin edib, ona uyğun “Müalicəmi, əməliyyatmı?” təyin olunur.

Müalicə üsullarını iki qrupa ümumilikdə bölmək olar: konservativ və cərrahi müalicə üsulları. 

Konservativ müalicə üsullarını daha çox böyrək daxilində ya da ki, kanala düşmüş daşlarda daşın düşməsi üçün təyin edilən müalicələrdir. Burada, xüsusilə, sidik kisəsində olan daşları ətraflı, daha geniş araşdırmağa ehtiyac var. Çünki sidik kisəsində daha çox əgər daş əmələ gəlirsə, bu bizə ilkin olaraq xəstənin sidik ifrazında bir problemi olduğu qənaətinə gəlirik. Xüsusən də, kişilərdə ətraflı olaraq prostat vəzi adenomasını araşdırırıq. Qadınlarda isə bir “Ginekoloji bir əməliyyat keçiribmi-keçirməyibmi?” aydınlaşdırıb ona uyğun bir müalicə təyin edirik.

Sidik daşı xəstəliyində əməliyyat növləri

Müxtəlif əməliyyat növləri vardır. Birincisi, daşqırma əməliyyatı dediyimiz DZDL – Distansion Zərbə-Dalğalı Litotripsiya əməliyyatı. Bu daha çox yumşaq daşlarda təyin olunur. İkinci, URS dediyimiz sidik axarı daşlarında kanaldan endoskopik alətlə girib axarda daşı qırma üsuludur. Üçüncü, fleksibl URS dediyimiz, yəni əyilə bilən bir alətlə böyrək içində daşları qırmaqdır. Sonra da perkutan nefrolitotripsiya dediyimiz dəridən böyrək içərisində yerləşdirilən bir borudan endoskopik yeyilərək daşların qırılıb xaric edilməsi üsuludur. Bu üsulların hərəsinin özünün müsbətləri, mənfiləri vardır. Daha geniş mövzular göstərişləri vardır.

Sidik daşı xəstəliyinin ağırlaşmaları

Müalicə olunmazsa, burada ən sıx rastlaşdığımız sidik yolu infeksiyalarıdır və bununla bağlı ağırlaşmalardır. Məsələn, sidikdə infeksiyalaşır, bu infeksiyalaşma kəskinləşir, irinləmə, hətta böyrəyin çıxmasına kimi gətirib çıxara bilər.

Uroloq-androloq

Uroloq-androloqlar aşağıdakı problemlərlə və qeyd olunan əməliyyatların icrası ilə məşğul olur.

Cinsi zəiflik
Seksual problemlər
Prostat vəzi adenoması
Sidik kisəsi və sidik axarı infeksiyaları

Sidik daşı xəstəliyi, Sidik daşı növləri, Sidik daşı xəstəliyi müalicəsi, Uroloq androloq
Sidik daşı xəstəliyi, Sidik daşı növləri, Sidik daşı xəstəliyi müalicəsi, Uroloq androloq
Sidik daşı xəstəliyi, Sidik daşı növləri, Sidik daşı xəstəliyi müalicəsi, Uroloq androloq
Previous Next
Dietologiya
Check Up
Dermatologiya
BÜTÜN ŞÖBƏLƏR
Ginekologiya
Kosmetologiya
Kardiologiya
Nevrologiya
Saç əkimi
Laboratoriya
Pediatriya
USM
Endokrinologiya
Urologiya
Parazitologiya
Andrologiya
Check Up
Dermatologiya
Kardiologiya
Nevrologiya
Ginekologiya
Radiologiya
Urologiya
Laboratoriya
Kosmetologiya
Saç əkimi
BÜTÜN ŞÖBƏLƏR

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzimizin dəyərli sərmayəsi ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızın laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzinin dəyərli sərmayəsi Avropada ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızda bütün laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00