Andrologiya
- kişiləri, kişi orqanizminin anatomiyasını və fiziologiyasını, kişi cinsiyyət sisteminin xəstəliklərini və onların müalicə üsullarını öyrənir.
Androloqlar, sidik axarının, prostat vəzinin, toxum kisəciklərinin, xayalıq və onun orqanlarının, cinsiyyət üzvünün iltihabi xəstəlikləri və travmalarının, xarici cinsiyyət orqanlarının, prostat vəzi və toxum kisəcikləri törəmələrinin, kişi cinsi orqanlarının konqestiv xəstəliklərinin və ereksiya pozulmasının konservativ müalicəsi, cinsi inkişafdan qalma səbəblərinin və hipoqonadizmin, kişi klimaksının tədqiqatını və müalicəsini həyata keçirirlər. Onlar yalnız xəstəliklərin müalicəsi ilə deyil, eyni zamanda sağlam insanlarda cinsi funksiyanın korreksiyası ilə məşğul olur.
Androloji problemlər
sırasında sonsuzluq və cinsi funksiyanın pozulması xüsusi yer tutur. Cinsi orqanların inkişafının anadangəlmə, genetik qüsurlarından-kriptorxizm (xayanın xayalığa düşməməsi), fimoz, hipo və epispadiya (Sidik kanalının xarici dəliyi penisin ucunda deyil, cismində və hətta kökündə açılır.) andrologiya bölməsinə aiddir. Androloji xəstəliklər tez tez boşanmalara, doğumun azalmasına və əhalinin həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Androloji xəstəliklər
Kişi sonsuzluğu : Bir il ərzində müntəzəm cinsi əlaqəyə baxmayaraq hamiləliyin pozulmasına sonsuzluq deyilir. Müntəzəm cinsi əlaqəyə baxmayaraq, cütlüklər övlad sahibi ola bilməzlər.
Bu, bütün dünyada cütlərin təxminən% 15-də rast gəlinir. Hamilə qalmamaq qadın problemi kimi qəbul edilsə də, bilinir ki, problem yalnız qadınların% 40'ında, kişilərin yalnız% 40'ında və hər ikisinin% 20'sində ortaya çıxır.
Bu statistika bizə göstərir ki, sonsuzluq probleminin təxminən 50% -i kişilərdir.
Kişilərin sonsuzluğuna sperma istehsalının qeyri-kafi olması, sperma normal işləməməsi və ya sperma kanallarında tıxanma səbəb ola bilər. Varikosel, infeksiya, boşalma problemləri, sperma antikorları, şişlər, endekssiz xayalar, xromosom qüsurları və əvvəlki əməliyyatlar kişi sonsuzluğunun səbəblərindəndir. Androloqun vəzifəsi bütün bu səbəblərin xəstədə olub olmadığını araşdırmaqdır
Prostatit
Prostatit, prostat vəzində infeksiya vəya iltihaba səbəb olan faktorlarlarla əlaqədar olaraq yaranan bir xəstəlikdir. Ağrı, yanma, sidik ifrazının pisləşməsi, sidiyin tam boşalmaması(damcı sidik qalma hissi), sidik ifrazında yanma, tez-tez sidiyə çıxmaq, gecələr sidiyə çıxmaq, bel ağrısı, yorğunluq və.s şikayətlərə səbəb olan prostatit, kişilərin həyat keyfiyyətini önəmli dərəcədə azaldır və təxminən hər 10 kişidən 4-ü prostatitdir…
Prostatit, prostat vəzinin iltihabı zamanı istifadə olunan ümumi bir termindir. İltihab isə infeksiya və digər faktorlarla əlaqədardır. Prostat yalnız kişilərdə olan bir vəzidir, düz bağırsağın önündə, sidik kisəsinin altında yerləşir. Yetişkin kişidə çəkisi 20-25 qr-dır. Eninə bir çıxıntı ilə iki hissəyə ayrılır, ön hissə sidik kisəsi ilə əlaqədardır və prostatik uretra (arxa sidik kanalı) keçir (sidiyin çıxarılmasını təmin edir), arxa hissədən hissə toxum çıxarıcı kanal (sperma daşıyan kanal) keçir.
Prostatın vəzifəsi – prostat bir vəzidir. Eynı zamanda orqanizmin ikincili cinsi orqanıdır. Ən önəmli vəzifəsi eakulyatın (spermanın) 30-35% təşkil edərək onun həcmini artırır və sulandırır. Beləliklə ifraz olunan eakulyatın həcmini artıraraq spermanın daşınması asanlaşır və mayalanmanı asanlaşdırır. Prostat şirəsində pH 6,5 olur və süd rəngində xüsusi bir iyə malik olan mayedir. Prostat yeniyetmə dövrünə qədər fəal olmur, bu dövrdə aktivliyi artmağa başlayır və 25 yaşa qədər artır, daha sonra isə fəaliyyətində yavaş-yavaş azalma qeyd olunur.
Prostatın iltihabi xəstəliklər
Prostat iltihabı zamanı mikroblar bir başa və ya qan vasitəsilə gəlirlər. Prostatit xəstələrini dəyərləndirmək və müalicə etmək bir o qədər də çətinlik törətmir, lakin ən önəmli xəstəliyin diaqnozunu və klassifikasiyasını təyin etməkdir. Xəstələrin böyük bir qismi müalicənin effekt verməməsi, pelvik ağrı (çanaq və aralıqda-ayaqların arasında) ilə müraciət edirlər. Xəstələrin əksəriyyəti artan və azalan ağrı, sidik ifrazının pozulması, ağrılı və çətinliklə cinsi əlaqədə olmaq və.s şikayətlərlə müraciət edirlər. Ümumiyyətlə, prostatit gənc kişiləri narahat edən bir xəstəlikdir. 50 yaşdan aşağı kişilərdə ən çox qoyulan uroloji diaqnozdur, 50 yaşdan böyük kişilərdə isə 3-cü ən çox uroloji diaqnozdur. Kişilərin 25% -i həyatlarının hər hansı bir dövründə prostatit simptomları olduğunu söyləyirlər.
Prostatitin səbəbləri nələrdir?
- İnfeksiyalar: Bakteriyalar (xlamidiya, mikoplazma, trixomonas, qonorreya, viruslar, E.Coli, klebsiella. psevdomonas, enterobakteriya və.s)
- Anatomik: Prostaitin başlamasında və inkişafında iki əsas tip anatomik anormallıq rol oynayır – 1-obsturksiya, 2-reflüks. Sidik kisəsinin boynunun böyüməsi, prostat hiperplaziyası (xoş xassəli böyüməsi) və.s faktorlar səbbə olur
- Travmatik: Keçirilmiş hər hansı bir travma (pelvik vəya aralıq nahiyədə) prostatit yaranmasına və inkişafına səbəb olur
- İmmunoloji-nevroloji və.s
- Kişiyə tibbi səbəblə kateter (sidik ifrazı üçün) qoyulması
- Anal yolla cinsi əlaqə
- Qəbizlik və.s