Urologiya və Andrologiya şöbəsi
Urologiya tibbin sidik-ifrazat sistemi və kişi cinsiyyət orqanlarının xəstəlikləri ilə məşğul olan bir sahəsidir. Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması, erektil disfunksiya, kişi sonsuzluğu və s.)
Cinsi inkişafın ləngiməsi, infeksion-iltihabı xəstəliklər, prostat vəzi xəstəlikləri, kişi sonsuzluğu və cinsi disfunksiya, cinsin dəyişdirilməsi və onkoandrologiya, həmçinin kişi sağlamlığının bir sıra digər problemləri ilə androloqlar və uroloqlar məşğul olur. Bu zaman müxtəlif laborator (spermoqramma, immunoloji, sitoloji, hormonal müayinələr, infeksion skrininq) və instrumental (rentgenoloji və USM və.s.) diaqnostika üsulları tətbiq edilir.
Müalicə mövcud olan problemlərin növündən asılı olaraq konservativ və ya cərrahi yolla (o cümlədən, bərpaedici, plastik cərrahiyənin köməyi ilə) aparılır.
Urologiya və Andrologiya şöbəsinə aşağıdakı hallarda müraciət etmək məsləhətdir:
- cinsi zəiflik
- ağrılı sidiyə getmə
- cinsiyyət orqanında səpgi və ya yara
- sidik yollarından ifrazat
- qanlı sidik
- xayalığın şişməsi
- xayada kəskin və ya küt ağrı
- sonsuzluq
- yırtıq (qasıq nahiyəsində)
- cinsi yolla keçən infeksiyalar (sifilis, qonorreya, ureaplasma, herpes və s.)
Urologiya və Andrologiya şöbəsində müayinə və müalicə xidmətləri:
- Sidik sisteminin (böyrək, sidik axarı, sidik kisəsi və sidik kanalı) daşları.
- Sidik sisteminin (böyrək, sidik axarı, sidik kisəsi və sidik kanalı) iltihabi xəstəlikləri.
- Prostat vəz xəstəlikləri (adenoma, prostatit)
- Uşaq urologiyası (VUR, hipospadias, epispadias)
- Gineko-urologiya (sidiksaxlamamazlıq, sistit, vezikovaginal fistula)
- Prostat vəzinin xoşxassəli hiperplaziyasının ( adenoma) endoskopik ( kəsiksiz ) müalicəsi
- Böyrək sidik axarı, sidik kisəsi daşlarının qapalı (kəsiksiz) cərrahi müalicəsi
- Böyrək və sidik kisəsi , prostat vəzi törəmələrinin kəsiksiz cərrahi müalicəsi
- Mikroskopik varikoselektomiya
- Laproskopik böyrək əməliyyatları (böyrək kisti, böyrək çıxarılması, piyeloplastika)
- Laproskopik böyrəküstü vəzin çıxarılması
- Uretra darlığının müalicəsi
- Cinsi zəiflik
- Sonsuzluq
- Qadın cinsi problemləri
Cinsi zəifliyə səbəb olan xəstəliklər hansılardı?
Cinsi zəifliyə səbəb olan faktorlar sırasında ilk yerdə ürək-damar xəstəlikləri durur (40%). Bundan əlavə, erektil disfunksiya hallarının 30%-də səbəb şəkərli diabetdir. Müxtəlif dərman preparatları (10%), keçirilmiş əməliyyatlar (8%), sinir xəstəlikləri (5%), testosteron çatışmazlığı (3%) da erektil disfunksiyaya səbəb olur.
Yanaşı xəstəlikləri olmayanlarla müqayisədə, şəkərli diabet xəstələrində erektil disfunksiya 4 dəfə çox, prostat vəzinin böyüməsi olanlarda 3 dəfə çox, ürək-damar xəstəlikləri olanlarda 2 dəfə çox, qanda yüksək xolesterini olanlarda 1.5-2 dəfə çox, yüksək qan təzyiqi olanlarda 1.5-2 dəfə çox, siqaret çəkənlərdə isə 1.5 dəfə çox rast gəlinir.
Uroloq
Uroloq həm kişi, həm də qadınlarda sidik-ifrazat sisteminin patologiyalarının müayinə və müalicəsini həyata keçirən mütəxəssisdir. İlk müayinədə həkim pasiyentin şikayətlərini dinləyir, keçirdiyi xəstəliklər barədə məlumat alır. Daha sonra laborator və instrumental müayinələr keçirilir, diaqnoz qoyulur və uyğun müalicə tövsiyə olunur.
Aşağıdakı əlamətlərlə qarşılaşdıqda uroloqa müraciət edilməlidir:
– Ağrılı sidik ifrazı;
– Sidik kisəsinin tam boşalmaması hissi;
– Sidiyə getməkdə çətinləşmə;
– Sidiyin daxilində çöküntülərin olması, bulanıqlaşması və ya rənginin qəfil dəyişməsi;
– prostatitlə əlaqədar şübhə yaranması;
– qarının aşağı hissəsində ağrı hissi.
ANDROLOJİ VƏ UROLOJİ PROBLEMLƏR
Andro-urologiya - klinik təbabətin kişi sidik cinsiyyət sistemi xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan sahəsidir.
Cinsi inkişafın ləngiməsi, infeksion-iltihabı xəstəliklər, prostat vəzi xəstəlikləri, kişi sonsuzluğu və cinsi disfunksiya, cinsin dəyişdirilməsi və onkoandrologiya, həmçinin kişi sağlamlığının bir sıra digər problemləri ilə androloqlar və uroloqlar məşğul olur. Bu zaman müxtəlif laborator (spermoqramma, immunoloji, sitoloji, hormonal müayinələr, infeksion skrininq) və instrumental (rentgenoloji və USM və.s.) diaqnostika üsulları tətbiq edilir. Müalicə mövcud olan problemlərin növündən asılı olaraq konservativ və ya cərrahi yolla (o cümlədən, bərpaedici, plastik cərrahiyənin köməyi ilə) aparılır.