Dermatokosmetik prosedurlar:
Botox proseduru: Qırışların, həmçinin ovuc içi, ayaq altı və qolaltı tərləmə müalicəsində istifadə olunur.
PRP müalicəsi: İncə qırışların, ləkələrin, çapıqların və dəri çatlarının müalicəsində istifadə olunur.
Kimyəvi Pilinqlər: Dəridə yaranan arzuolunmaz ləkələri aradan qaldırmaq, dərini canlandırmaq üçün dəriyə tətbiq olunan müxtəlif tərkibli kokteylləri əhatə edir, sızanaq izlərini aradan qaldırır və dərinin görünüşünü yaxşılaşdırır.
Dolğu prosedurları: Estetik məqsədlə tətbiq edilən dolğu, dəridəki incə və dərin qırışların aradan qaldırılması, dəridəki həcm itkisinin və çuxurların yox edilməsi məqsədiylə dəri altına tətbiq olunan xüsusi inyeksiya müalicəsidir.
Mezoterapiya: Dəri çatları, selülit problemləri, günəş ləkələri, saç tökülməsi kimi bir çox xəstəliyin müalicəsində istifadə edilən
Lazer müalicələri: Lazerlər (fraksional lazer, ND yag lazer, erbium lazer, Q-Switch lazer və s.) dərinin cavanlaşdırılması və qırışların qarşısının alınması, sızanaqların, çapıqların, cərrahi çapıqların azaldılması, üz qızartılarının aradan qaldırılması, tatuajın silinməsi, anadangəlmə ləkələrin aradan qaldırılması məqsədilə istifadə edilir.
Dermatoloqa nə vaxt gedilməlidir?
Dəridə, saçda, dırnaqlarda və ağızda yaralar, çapıqlar və ya narahatedici görünüş olduqda;
Cinsiyyət orqanlarında və ya qasıqda ziyil, yara, qızartı və sərtlik olduqda;
Saç tökülməsi, seyrəlməsi zamanı;
Dərinin zədələnməsi əlamətləri olduqda;
Behçet xəstəliyi və bəzi sistem xəstəlikləri zamanı;
Dəri səthində istənilməyən xalların və digər törəmələrin kənarlaşdırılması zamanı;
Botoks, dolğu, lazer, prp, mezoterapiya, mikroneedling və s. kimi bir çox prosedurlara ehtiyac olduqda mütəxəssis dermatoloqa müraciət edilməlidir.
dermatoloqların müalicə etdiyi əsas xəstəliklər
- Akne vulgaris (sızanaqlar
- Pruritus (qaşınma)
- Urtiker (övrə)
- Parazitar dəri xəstəlikləri (bit, qoturluq və s.)
- Göbələk xəstəlikləri (dırnaqlar, ayaqlar, əllər, gövdə, cinsiyyət nahiyəsi, baş dərisinin göbələyi)
- Ekzema (kontakt dermatit, atopik dermatit və s.)
- Psoriaz (pullu dəmrov), liken planus, pitriasis roza (çəhrayı dəmrov) və buna bənzər dermatozlar
- Saç xəstəlikləri (kəpək, saçlı dərinin seboreyası, saç tökülməsi və s.)
- Dırnaq xəstəlikləri (göbələk, dırnaq batması və s.)
- Behçet xəstəliyi
- Bulloz xəstəliklər (pemfiqus və s.)
- Dərinin xoş və bədxassəli şişləri
- Birləşdirici toxuma xəstəlikləri
- Piqmentasiya pozğunluqları (günəş ləkələri, vitiligo) , çillər və s.)
- İnfeksion/yoluxucu dəri xəstəlikləri (skarlatina, məxmərək, suçiçəyi, herpes zooster və s.)
- Allergik dəri xəstəlikləri (həşərat sancması, qida allergiyası, dərman allergiyası və s.)
- Cinsi yolla keçən xəstəliklər (ziyillər, herpes, sifilis və s.) Günəş allergiyası
- Hiperhidroz (həddindən artıq tərləmə)
- Döyənəklər (mazol) və ziyillər
- Xallar
- Damar mənşəli dəri xəstəlikləri
- Dırnaq xəstəlikləri
- Dodaq, dil və ağız xəstəlikləri (aft, herpes və ağız içində yaranan digər xəstəliklər)
- Qidalanma və maddələr mübadiləsi pozğunluqları nəticəsində yaranan dəri xəstəlikləri
- Psixoloji səbəblərdən yaranan dəri xəstəlikləri
- Sistem xəstəlikləri zamanı yaranan dəri simptomları
- Genetik səbəblərdən yaranan dəri xəstəlikləri
- Fiziki amillərin təsiri nəticəsində yaranan xəstəliklər (istiyə və ya soyuğa yaranan reaksiyalar və s.)
Üzdə sapgilər
Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir. Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.
Akneyə 4 əsas faktor səbəb olur :
1. Həddindən artıq yağ ifrazı.
2. Saç köklərinin yağlanması
3. Ölü dəri hüceyrəsi tərəfindən tıxanıqlıq.
4. Bakteriyalar.