Dermatovenerologiya
Atopik Dermatit (AtD) statistik məlumatlara görə həm uşaqlarda, həm də böyüklərdə dəri patologiyasının 5-30% təşkil edir. Xəstəliyə səbəb olan faktorlar arasında, genetik mənşəli mədə-bağırsaq traktının fermentopatiyası və immun çatmamazlıq böyük rol oynayır. Izoantigen A, M, N, RhD+ daşıyıcısı olan xəstələrdə, xəstəliyin ağır forması müşahidə olunur.
Hal-hazırda, Sistemli Enzimoterapiyadan (SET) istifadə etməklə, AtD – xəstəliklərin müalicəsində müsbət dinamika aşkar edilmişdir. Xəstəliyin kəskin dövründə Vobenzim 1,5-2 ay müddətində, bazis müalicəsi fonunda aşağıdakı sxemlə təyin olunur: birinci iki gün 2-5 həbdən gündə 3 dəfə. Birinci 3-4 günlük müalicə dövründə, xəstələr qısa müddətli dəri qaşınmasının intensivliyinin artmasını qeyd edirlər. Xəstələrin əksəriyyətində 4-cü həftənin sonunda iltihabı proses tam keçir. Müalicə kursunun sonunda indeks CD4/CD8 normallaşır, İgG, İgE və İmmun Komplekslərin miqdarı azalır. Vobenzimlə müalicə kursu qurtardıqdan sonra, xəstələrdə remissiya müddəti 2,5-3 ay uzanır. Remissiya dövründə Vobenzimin profilaktik dozada 3 həbdən gündə 3 dəfə qəbulu məsləhət görülür.
Aparılan çoxsaylı tədqiqatların nəticələri göstərir ki, SET preparatları həm də qaşınma əleyhinə təsir göstərir və mədəaltı vəzin funksiyasını yaxşılaşdırır.
SET - bir sıra kəskin və yarımkəskin iltihabı dermatozların: psoriaz, ocaqlı sklerodermiya, piodermiya, kəmərləyici dəmrov, gecikmiş dəri porfiri, yuvalı alopesiya və s. müalicəsində geniş istifadə olunur.
Dəri xəstəliklərinin müalicəsi
Dəri xəstəliklərinin müalicə və profilaktikasının müvəffəqiyyətinin rəmzi, müxtəlif müalicə üsullarının və kompleks şəkildə istifadəsindən ibarətdir. Bununla əlaqədar olaraq, kosmetologiyada müasir müalicə üsulunun –Sistemli Enzimoterapiyanın (SET) istifadəsi aktual müalicə hesab olunur. SET - əsas terapevtik prinsiplərə: effektivliyi, təhlükəsizliyi, xəstələr tərəfindən qəbul edilən müxtəlif preparatlarla yaxşı uzlaşması və nəhayət, uzunmüddətli qəbulunun xəstələr tərəfindən yaxşı qiymətləndirilməsi və s. tam cavab verir. SET-nın əsas üstünlüyü immunitetə, damarlara, bağırsağa, metabolizmə və iltihabı prosesə kompleks pozitiv təsirinə əsaslanır.
Əsas onu bilmək lazımdır ki, enzim preparatları, nəinki digər dərman preparatlarını əvəz etmək, eləcə də digər preparatların təsir effektini artırmaq (məsələn antibiotiklərin) və xoşagəlməz yan təsirini azaltmaq (məsələn hormonal preparatların) qabiliyyətinə malikdir. SET-nın çoxşaxəli təsiri, çoxsaylı kliniki müayinələrin nəticələrinə əsasən sübut olunmuşdur. Təkcə, onu qeyd etmək lazımdır ki, Vobenzimlə əlaqədar təbabətin müxtəlif sahələrində 45-dən artıq Beynəlxalq Standartlara cavab verən GCP - elmi-tədqiqat işləri aparılmışdır.
Yadda saxlamaq lazımdır ki, enzim preparatları qəbul etməklə, nəinki lokal patoloji prosesi aradan götürmək, həm də orqanizmə ümumi sağlamlaşdırıcı təsir göstərməklə, vaxtından əvvəl qocalma prosesinin qarşısını almağa müvəffəq olmaq mümkündür.
Sistemli Enzimoterapiya preparatları, kosmetologiyada müxtəlif əməliyyatlardan və proseduralardan sonra toxumalarda reparativ prosesləri sürətləndirmək məqsədilə, əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası üçün, epitelizasiya və piqmentasiya proseslərini normallaşdırmaq üçün böyük müvəffəqiyyətlə istifadə olunur.
Vobenzim əməliyyatdan 3-5 gün əvvəl 5 həb x 3 dəfə təyin olunur və əməliyyatdan sonra 10-14 gündən az olmayaraq 3-4 həbdən gündə 3 dəfə qəbulu davam etdirilir. Sonra isə infeksion və fibroz ağırlaşmaların profilaktikası üçün və eyni zamanda, limfostazda göstəriş olarsa qəbul edilməsi məsləhət görülür.
Dəri xəstəliklərini yaradan səbəblər
Bunlar həmdə müxtəlif virus və infeksiyalar, həmçinin daxili orqanların 17821142_979869215482468_1155900554_nxəstəlikləri ola bilər. Yüksək ixtisaslı həkim-dermatoloqlar sizin bu probleminizin həllinə kömək edəcək, zəruri müayinələr və rasional müalicə təyin edəcək. Dəri xəstəliklərinin terapiyasında hər pasientə fərdi yanaşma, anamnezin dəqiq yığılması və gündəlik həyatın bütün xüsusiyyətlərinin nəzərə alınması vacibdir. Bu cür həkim strategiyası optimaldır və təkcə dermatoloji aspektdə diaqnostik alqoritmin qorunmasına deyil, həm də çox vaxt başqa yanaşı gedən xəstəlikləri latent fazada, yəni xəstəliyin dönməz xarakter aldığı məqamdan çox əvvəl aşkar etməyə imkan verir. Dermatoloji patologiyanın müalicəsi medikamentoz, yerli, fizioterapevtik, ümumi bərkidici, müasir üsulların aktiv cəlb olunması ilə təyin olunur.
Dəri xəstəliklərinin əlamətləri nələrdir ?
Dəri xəstəlikləri əksər hallarda qabıqlanma, qızartı, qaşıntı, köpəşmə, şişmə, suluqlanma, quruluq və s. əlamətlər şəklində özünü göstərir. Dırnaq xəstəlikləri isə dırnaqlarda qalınlaşma, saralma, qaralma, ayrılma, qopma və s. şəklində özünü biruzə verir. Saç xəstəlikləri isə özünü saçlarda yağlanma, qabıqlanma, kəpəklənmə, qaşıntı, saç tökülməsi və ya alopesiyalar formasında özünü göstərir. Cinsi yolla keçən xəstəliklər zamanı isə qasıqda qaşıntı, qabıqlanma və törəmlər meydana gəlir. Əksərən yolxucu olurlar. Ümumiyyətlə saç, dırnaq, dəri və ağız boşluğunun selikli qişa xəstəlikləri bir çox hallarda daxildən gələn sistem problemləri ilə əlaqəli olur. Bu baxımdan dermatoloqlar və ya dermatoveneroloqlar sistem xəstəliklərini araşdırmaq üçün xəstəni əlavə müayinələrdən keçirdir. Əlavə olaraq laborator, radioloji, mikrobioloji o cümlədən göbələk testi, dəri biopsiyası və s. tələb edə bilər. Müayinələr nəticəsində daxili xəstəliklər aşkar edilərsə dəri xəstəliklərinin müalicəsi digər ixtisas həkimləri ilə müştərək şəkildə aparılır. 21-ci əsrin dermatologiyası əksər hallarda multidissiplinar xarakter daşıyır.
Dermatologiya sahəsində dəri xəstəliklərinin müalicəsi necə aparılır ?
Dəri xəstəliklərinin müalicəsi və profilaktikası dermatologiya ixtisası qarşısında duran əsas vəzifədir. Müalicələrin medikamentoz və cərrahi vəyaxud prosedural üsulları vardır. Medikamentoz üsulların da iki forması var. Dəri xəstəliklərin yerli müalicəsi və daxili müalicəsi. Yerli müalicələr zamanı dəri səpgilərinə məlhəmlər, losionlar, şampunlar, sabunlar, nəmləndiricilər tətbiq edilir. Bu cür müalicələrin faydası ilə bərabər yan təsirləri də vardır. Daxili müalicələr isə həblər, iynələr vasitəsi ilə aparılır. Prosedural üsullar dedikdə isə törəmələri və xalları cərrahi yolla aradan qaldırılması nəzərdə tutulur. Dəridəki səpgilərə inyekisiyalar yolu ilə dərmanlar yeridilərək müalicələr aparıla bilər. Krioterpiya və ya maye azot üsulları ilə ziyillər, kondilomalar, ət xalları, dəri xərçəngi və digər dermatoloji problemlər öz həllini tapa bilir. Əksər dəri xəstəlikləri xroniki olsa da xəstələri şəfasına qovuşdurmaq mümkündür. Buna nail olmaq üçün bəzən sistemik steroid, oral izotretinoin və s. kimi ağır dərmanlar istifadə edilir. Xüsusən sızanaqların müalicəsi üçün tez-tez istifadə etdiyimiz roaccutane dərmanı müəyyən fəsadlar versə də sızanaqları tamamiylə yox etmək mümkündür