Dermatologiya nədir ?
Dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini və müalicə və profilaktikasını öyrənir.
Bizim mərkəzimizdə bütün dəri xəstəliklərinin müayinə və müalicəsi həkim dermatoloqlar tərəfindən müasir tibbin tələblərinə uyğun şəkildə uğurla aparılır :
Müalicə edilən xəstəliklər:
- Sızanaq (Akne və Rozasea)
- Pullu dəmrov (Psoriaz)
- Pediatrik dermatologiya
- Dərinin göbələk xəstəlikləri
- Uşaq dəri xəstəlikləri
- Cinsi yolla keçən zöhrəvi xəstəliklər (Venerologiya )
- Dərinin allergik xəstəlikləri
- Hər növ saç xəstəlikləri
- Hər növ dırnaq xəstəlikləri
- Revmatizmal dəri xəstəlikləri (Qırmızı qurdeşənəyi)
- Pemfiqus və pemfiqoidlər
- Dəri xərçəngi (Melanom)
- Xallar və törəmələr
- Ət xalları və papillomalar
- Açıq yaralar
- Daxili xəstəliklər və dəri
- Dərinin allergic xəstəlikləri (Övrə, urikaria)
- Ocaqlı alopesiyalar
Dəri xəstəlikləri
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.
Kütləvi araşdırmalar dəri xəstəliklərinin daha da çox yayılmasını göstərir. Əhalinin çoxu dermatozlardan əziyyət çəkir, lakin müalicəyə ehtiyacı olan xəstələrdən, 10%-dən azı həkimə müraciət edir. Dəri əlamətləri bir çox daxili xəstəliklərdə olur. Bəzi dəri xəstəlikləri isə, əksinə, başqa orqanların zədələnməsi ilə əlaqədar deyil, lakin adi həyat tərzi aparmağa, idmanla məşğul olmağa imkan vermir, ünsiyyət dairəsini məhdudlaşdırır, bəzən də işləmək imkanından məhrum edir.
Dermatoloji xəstələrin şikayətləri
- Qaşınma
- Göynəmə(yandırma)
- Ağrı,sancılar
- Dəridə müxtəlif səpkilərin yaranması,
- Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:
- Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və s.)
- Subyektiv dəri əlamətləri (dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, avazıma, ağrı və s.)
Dermatologiya və kosmetologiya
Bizim mərkəzdə qabaqcıl texnologiyalı diaqnostika və müalicə metodları tətbiq edən yüksək ixtisaslı dermatoloqlar çalışır. Dermatologiya və kosmetologiya şöbəsində bütün növ dəri xəstəliklərinin, saçların və dırnaqların patologiyasının diaqnostikası, müalicəsi və profilaktikası aparılır.