Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Saç əkimi


Saç əkimi saç tökülməsinin androgenetik tipinin daimi həlli kimi nəzərə alınmalıdır. Saç əkimi əməliyyatxana şəraitində həkimin nəzarəti və iştirakı altında aparılmalı bir mikrocərrahyə üsuludur. Bü üsul əsasən kişilərdə androgenetik saç tökülməsinin birdəfəlik müalicəsi üçün daha əlverişlidir. Bundan başqa başın tüklü hissəsində, üzdə və qaşlarda müxtəlif ölçülü çapıqların tükləndirilməsi üçün də bu metodun faydası vardır.




FUE saç əkimi əməliyyatı


Saç əkimi tarixi çox əvvəllərə söykənir.Lakin əsasən 1990-cı illərdən bəri inkişaf etməyə başlamışdır.Əvvəlcə FUT üsulu ilə əməliyyatlar aparılsa da nəticələr ürəkaçan olamıdığından bu metod öz yerini FUE üsuluna verdi.Fue üsulu ilə saç əkimi daha təbii,ağırlaşma olmadan,travmasız nəticələr almağa kömək etmiş oldu.


FUE saç əkimi əməliyyatının üstünlükləri və mərhələli izahı


  • Təqribən 20-65 yaş arasında insanlara saç əkimi əməliyyatı etmək mümkündür.
  • İnsanın öz işlərindən cəmi 3 gün qalması yetərlidir.
  • Heç bir umumi keyləşmədən istifadə olunmasına ehtiyac yoxdur.
  • Həkim tərəfindən nəzarət və iştirak olduğu üçün əməliyyat zamanı heç bir problemin yaşanmaması
  • 2 ay ərzində əkilmiş köklər katogen-yəni yuxu fazasına keçdiyi üşün saç telləri tökülür.6-8 ay ərizndə yenidən saçlanma başlayaraq son nəticənin alınması öndə 1 ilə,təpədə isə 18 aya qədər davam edə bilər.
  • əkilmiş saçlar uzanır və təbii olduğu üçün istənilən istiqamətə fenlənərək daranır.

FUE üsulu ilə saç əkiminin mərhələsi 7 etapda bölünür


  • 1.Konsultasiya-Pasiyent həkim tərəfindən qəbul olunaraq ilkin baxış keçirilir, trixoloji və digər müayinələr aparılaraq pasiyentin saç əkiminə ehtiyacı olması araşdırılır. Saç tökülməsinin “Norwood” şkalasına görə hansı mərhələdə olduğu müəyyən edilir. Əməliyyat günü təyin olunur və pasiyentə əməliyyatdan əvvəl hazırlıq vərəqəsi verilir.
  • 2.Hazırlıq – Pasientin saçı təraş olunur,lazımi cizgi çəkilərək sterlizasiya və anesteziya aparılır.
  • 3.Alım - Donor sahəsindən köklərin alınması prosesi başlanır və alınan köklər sayılaraq xüsusi qablarda saxlanır.
  • 4.Anesteziya - Saçların əkiləcəyi nahiyyədə anesteziya aparılaraq xüsusi sapfir alətlə alınmış köklərin sayına və saçların təbii yönlərinə uyğun kanalların açılmasına başlanılır.
  • 5.Əkim mərhələsi - Açılmış kanallara xüsusi metodla köklərin yerləşdirilməsi.Bu mərhələdə ənsənin hansı sahəsindən alınmış kökləri haraya daha uyğun olmasına xüsusi fikir vermək lazımdır.
  • 6.Sarğı - Əməliyyat olunan bölgəyə sarğının qoyulması,pasientə lazımı dərmanların verilməsi və digər təlimatların izah olunmasl.
  • 7.Yuma - Bir neçə gün sonra saçların yuyulması və 14-15 gün sonra qabıqların tökülməsi .

FUE üsulu ilə saç əkiminin üstünlükləri bunlardır


  • daha qalın və təbii saçların olması
  • pasientlərə ən az ağrı ilə heç bir iz buraxmadan saç əkiminin olunması
  • tez bir zamanda ictimai işərə başlaya bilmək
  • bir neçə seans daha ənsə nahiyyəsindən saç ala bilmək şansı
  • təxminən 98% daimi nəticənin olması