Əməliyyata hazırlıq
Əməliyyatdan əvvəl vacib olanlar
Sağlamlıq problemləri
Saç əkimindən əvvəl hər-hansı xəstəliyiniz (allergiya,təzyiq,şəkər və.s) və dərman qəbulu varsa həkiminizə məlumat vermək lazımdır.
Həkiminizdən saç əkiminə razılıq aldıqdan 3 gün öncə heç bir dərman vasitəsi qəbul etməyin.
Əməliyyatdan bir gün əvvəl
Alkaqollu içkilərin istifadə olunan ağrıkəsicilərin təsirini azaltdığı üçün əməliyyuatdan 1 gün əvvəl spirtli içki qəbulundan çəkinin.Spirtli içki eyni zamanda qan dövranına mənfi təsir göstərir və əməliyyat prosesinə mane olur.
Sigaret əkilmiş köklərin inkşafına mane olan əsas faktorlardandır. Başın dərisində qan dövranını zəiflətdiyi üçün əməliyyatdan 1 gün əvvəl və 1 həftə sonra çəkilməsi qadağandır.Əməliyyata gəlməmiş saçlarınızı qırxdırmayın.
Əməliyyat günü
- köynək geyinərək rahat qiyafətdə gəlməyiniz,özünüzlə heç bir əşya və yemək gətirməməyiniz məsləhətdir.
- əkilmiş yerlərə toxunmaq olmaz.
- əməliyyat təxminən 6 saat davam edir və bu alınan qreftlərin sayından asılı olaraq dəyişə bilər.
- duş alıb,gigiyenik işlərinizi görüb ,normal yatıb və yemək yeyərək gəlməyiniz vacibdir.
- əməliyyata kənar şəxslər buraxılmır.
- əməliyyat zamanı telefondan istifadə etməməyiniz və çox danışmamağınız məsləhətdir.
- əməliyyat bitdikdən sonra həmin gün və qarşıdakı 3-4 gün ərzində sonra nəqliyyat vasitələrinə çox ehtiyyatla minmək lazımdır.4 gün 3 kq dan ağır qaldırmaq, gücənmək, başı əymək olmaz.