Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Nevroloji xəstəliklər, nevrologiyada simptomlar, sinir sisteminin xəstəlikləri, nevroloji müayinə

Nevroloji xəstəliklər Nevroloji xəstəliklər dünyada ən çox yayılmış xəstəliklər kateqoriyalarından biridir. Nevroloji xəstəliklər hər yaşda, hətta ana bətnində də inkişaf edə bilər. Yaşla (həyat və..

Baş ağrıları, epilepsiya, Beyin şişlərinin diaqnozu, Beyin şişlərinin müalicəsi

Baş ağrıları, epilepsiya beyin şişi əlaməti ola bilər Birincisi, xüsusilə, baş ağrısı olur. Şiddətli baş ağrıları beyin şişlərinin əlamətlərindən biridir. Təbii ki, hər baş ağrısı beynin şişinin ol..

Nevrologiya, nevroloji müayinə, nevroloji diaqnoz, nevroloji xəstəliklər, nevroloji ağrılar

Nevrologiya Nevrologiya, mərkəzi və periferik sinir sistemi xəstəlikləri haqqında elmin bir sahəsidir. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müa..

Sinir sistemi, nevroloji simptomlar, nevroloji müalicə, nevroloji müayinə üsulları, nevroloji xəstəliklər

Sinir sistemi Sinir sisteminin istənilən şöbəsinin zədələnməsi tоxumaların və оrqanların funksiоnal vəhdətinin pоzlmasına gətirib çıxarır ki, bu da müxtəlif xəstəliklər şəklində təzahür edir. Si..

Nevrologiya, Nevroloji xəstəliklər, Baş ağrısı, demensiya, Yuxu pozğunluqları, əzələ xəstəlikləri, nevroloji müayinə

Nevrologiya  Bu, beyin, beyin sapı, onurğa beyni, periferik sinir sistemi və əzələlərin işləməsi ilə bağlı problemlərlə məşğul olan bir elmdir. Memorial Sağlamlıq Qrupu Nevrologiya şöbələri; E..

Baş ağrılarının növləri, Gərginlik tipi baş ağrısı, Migren Baş Ağrısı, Klaster Baş Ağrısı Simptomları

Baş ağrılarının növləri hansılardır? Birincili və funksional baş ağrılarında baş ağrısının altında yatan başqa bir xəstəlik yoxdur. Buraya gərginlik baş ağrısı, miqren, nevralji baş ağrısı və klast..

​​​​​​​Nevroloq, uşaq nevroloqu, neyrocərrah, nevroloji müayinə, nevroloji xəstəliklər, nevroloji nüalicə

Nevroloq Nevroloq beyin və sinir sistemi (beyin, onurğa beyni və sinirlər) xəstəliklərini diaqnoz edən, müalicə edən və idarə edən tibb həkimidir. Bir nevroloq sinirlərinizə və sinir sisteminizə tə..

Nevrologiya, nevroloji simptomlar, nevroloji müayinə, nevroloji müalicə, nevroloji xəstəliklər

Nevrologiya Hərfi mənada nevrologiya "sinirlərin öyrənilməsi" kimi tərcümə olunur (yunan dilindən nevro - sinir və logos - elm). Daha geniş mənada nevrologiya mərkəzi və periferik sinir sisteminin ..

Nevroloji, Epilepsiya, Nevrologiya şöbəsi, Nevrologiya, Nevroloji Xidmətlər

Nevroloji  sinir sisteminin fiziologiyası və xəstəlikləri ilə məşğul olan tibb elmidir. Sinir sistemi; beyin, onurğa beyni (onurğa beyni) və periferik sinir sistemindən ibarətdir. Bu üç şöbəni..

Nevrologiya, nevrologiyada müalicə üsulları, nevroloji müayinə, nevroloji xəstəliklər, nevroloq

Nevrologiya Nevrologiya, insanın sinir sisteminin xəstəliklərinin fəaliyyətini və patologiyasını öyrənən kifayət qədər mürəkkəb bir tibb sahəsidir. Bir nevroloq nevrologiya ixtisasını öyrənmiş b..

Nevroloji xəstəliklər, Nevrologiya, Mərkəzi Sinir Sistemi, Miqren, Epilepsiya, EEQ

Nevroloji xəstəliklər Biofaktorlar, təkcə ürək, beyin və ya daxili orqanlar kimi həyati vacib sistemlərimizin işləməsi üçün deyil, həm də sinir sisteminin normal işləməsi üçün vacibdir. Onlar həm..

Nevrologiya, mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri, nevroloji xəstəliklər, nevroloji müayinə

Nevrologiya Nevrologiya – tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir. Nevrologiya şöbəsində nevropatoloqlar tərəfi..

Baş ağrısı nədir, Baş ağrısı, Migren, Baş ağrısını artıran səbəblər, Migrenin səbəbləri

Baş ağrısı nədir? Baş ağrısı insanlara təsir edən ağrılı vəziyyətlərdən ən çox görülənidir. Belə ağrılar sistematik xəstəliklərlə yanaşı nevroloji xəstəliklərə də yol aça biləcək bir simptomdur. El..

Baş ağrısı, Baş ağrısının növləri, Migrenin xüsusiyyətləri, Migrenin növləri, Migren peyvəndi

Baş ağrısı Cəmiyyətdə baş ağrıları nə qədər yaygındır? Baş ağrısı cəmiyyətdə ən çox rast gəlinən şikayətlərdən biridir. Cəmiyyətdə baş ağrısı şikayəti olanların nisbəti 90 faizə çatır. M..

Beyin şişləri, Qıcolma, Epilepsiya, Nitq qabiliyyətinin pozulması, Yaddaşla əlaqəli problemlər

Beyin şişləri çox təhlükəlidir? - Beyin şişlərini xoşxassəli və bədxassəli olmaqla 2 yerə ayıra bilərik. Xoşxassəli beyin şişlərində xərçəngli hüceyrəyə rast gəlinmir. Bu şiş əməliyyatla çı..

Nevrologiya, nevrologiyada müalicə üsulları, nevroloji müayinə, nevroloji xəstəliklər

Nevrologiya Nevrologiya, insanın sinir sisteminin xəstəliklərinin fəaliyyətini və patologiyasını öyrənən kifayət qədər mürəkkəb bir tibb sahəsidir. Bir nevroloq nevrologiya ixtisasını öyrənmiş b..

Nevrologiya, nevroloji xəstəliklərin əlamətləri, nevroloji müalicə üsulları, nevroloji mayinə

Nevrologiya Nevrologiya mərkəzi sinir sistemi (Parkinson xəstəliyi, ensefalopatiya) və PNS (nevrit, siyatik) xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr olunmuş tibb sahələrindən biridir. Mər..

Nevrologiya şöbəsi, Baş ağrısı, miqren, Migrenin xüsusiyyətləri, Davamlı baş ağrıları

Nevrologiya şöbəsi Beyin, beyin sapı, onurğa beyni və periferik sinir sistemi və əzələlərin xəstəliklərini müayinə edir, diaqnostika və cərrahiyyədən başqa müalicələr həyata keçiririk. Nevroloji kl..

Baş ağrıları və miqrenin müalicəsi, Baş ağrılarının səbəbləri, Baş ağrısı təhlükəli ola bilərmi, Miqrenin əlamətləri

Baş ağrıları və miqrenin müalicəsi Ağrı həkiminə müraciət edən xəstələrin çoxunu şiddətli baş ağrılarından əziyyət çəkənlər təşkil edir. Baş ağrısı ilə həkimə müraciət edən xəstələrin artıq bir çox..

Beyin şişləri və əlamətləri, Beyin şişinin növləri, Xoşxassəli beyin şişi, Bədxassəli beyin şişi, Beyin şişinin səbəbi

Beyin şişləri və onların əlamətləri Beyin xərçəngi kəllədəki hüceyrələr nəzarətsiz şəkildə böyüyərək çoxaldıqda baş verir. Beyin toxumasında anormal böyüyən hüceyrələr kütlə və ya şiş əmələ gə..

Baş ağrısı necə keçər, Baş ağrısına nələr səbəb olur, İlkin  baş ağrısı, Dairəvi baş ağrısı

Baş ağrısı necə keçər? Baş ağrısı, başın və ya yuxarı boyunun müəyyən bir hissəsində yaranan ağrı olaraq nəzərdə tutulur. Əslində beynimizin özü ağrıya həssas deyil. Başımızdakı ağrıya həssas qurul..

Nevrologiya şöbəsi, nevroloji xəstəliklər, nevroloji müayinə, nevroloji müalicə, neyrocərrahiyyə

Nevrologiya tibbin sinir sisteminin müxtəlif səbəblərdən meydana çıxan xəstəlik və sindromlarını araşdıran sahəsidir. Nevrologiya şöbəsi Nevrologiya şöbəsində bütün növ nevroloji xəstəliklərin k..

Nevroloq, Həkim Nevroloq, Nevroloji dərmanlar, Nevrologiya Mütəxəssisi, Yuxu pozğunluqları

Nevroloq Nevroloq nə deməkdir? Nevroloq nə edir? Onların Vəzifə və Məsuliyyətləri nələrdir? Nevroloq olmaq üçün hansı təhsil lazımdır? Nevroloqun Olmalı Olduğu Xüsusiyyətlər Həkim N..

Nevroloji xəstəliklər, Nevroloji, Nevrologiya şöbəsi, Yuxu pozğunluğu, Neyropatik Müalicə

Nevroloji xəstəliklər nevrologiyanın məşğul olduğu xəstəliklərə verilən ümumi addır. Nevroloji xəstəliklər diaqnoza uyğun olaraq təyin edilir. Nevroloji xəstəliklərin simptomları xəstəliyin di..

Beyin şişinin səbəbləri, Beyin şişlərinin təsnifatı, Baş beyin şişinin simptomları, Şüa müalicəsi

Beyin şişinin səbəbləri Serebral şişlərin, eləcə də digər lokalizasiyalı şişlərin yaranmasını müxtəlif toksiki maddələrin təsiri, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, radiasiyaya məruz q..

Beyin şişinin səbəbləri, Beyin şişlərinin təsnifatı, Baş beyin şişinin simptomları, Şüa müalicəsi

Beyin şişinin səbəbləri

Serebral şişlərin, eləcə də digər lokalizasiyalı şişlərin yaranmasını müxtəlif toksiki maddələrin təsiri, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, radiasiyaya məruz qalma ilə əlaqələndirirlər. Uşaqlar arasında anadangəlmə (embrional) şişlərin yüksək faizi rast gəlinir. Bunun əsas səbəblərindən biri, ana bətnində olarkən körpənin beyin toxumasının inkişaf anomaliyaları ola bilər. Kəllə-beyin travması həm təhrikedici amil rolunu oynaya , həm də latent şəkildə keçən şiş prosesini aktivləşdirə bilər.

Bəzi hallarda, beyin şişləri digər orqanlarının onkoloji xəstəlikləri olan xəstələrə şüa terapiyası fonunda inkişaf edir. Beyin şişlərinin riski immunosuppressiv müalicə keçirilməsi zamanı, həmçinin immun sistemi zəifləmiş şəxslərdə (məsələn, HİV infeksiyası və neyro-QİÇS zamanı) artmış olur. Bəzi irsi xəstəliklər: Hippel Lindau xəstəliyi, tuberoz skleroz, fakomatozlar, neyrofibromatoz və s. zamanı baş beynin şişlərinin meydana çıxmasına meyllilik qeyd olunur.

Beyin şişlərinin təsnifatı

Birincili beyin şişləri arasında neyroectodermal: astrositar mənşəli şiş (astrositoma, astroblastoma), oliqodendroqlial mənşəli (oliqodendroqlioma, oliqoastroqlioma), ependimar mənşəli (ependimoma, xorioid kələfinin papilloması ) şişlər, həmçinin pineal şişlər (pineotsitoma, pineoblastoma), neyronal (qanqlioneyroblastoma, qanqliositoma), embrional və zəif differensiasiya olunmuş (medulloblastoma, spongioblastoma, qlioblastoma) şişlər üstünlük təşkil edir. Həmçinin, hipofizin şişləri (adenomlar), kranial sinirlərin şişləri (neyrofibroma, nevrinoma), beyin qişalarının şişləri (meningioma, ksantomatoz şişlər, melanotik şişlər), beyin limfomaları, damar şişləri (angioretikuloma, hemangioblastoma) də ayırd edilir. Beyindaxili serebral şişlər lokalizasiyasına əsasən sub- və supratentorial şişlərə bölünür. Beyin şişlərinin bu iki qrupundan başqa, xiazmal-sellyar nahiyənin şişləri( hipofizin adenoması, kraniofaringeomalar,bazal meningeomalar və s.) da ayırd edilir.Beyin şişlərinin bu qrupunun xüsusilə qeyd edilməsi onunla bağlıdır ki, onların kliniki təzahürləri əsasən iki qrup simptomlardan: xiazmanın zədələnməsi və endokrin pozğunluqlardan ibarət olur. Baş beynin daha nadir rast gəlinən növlərinə mədəciklərin şişlərini aid etmək olar.

Metastatik beyin şişləri müxtəlif orqanların xərçəngləri hallarının 10-30%-ni təşkil edir. Kişilərdə ən çox rast gəlinən metastaz mənbəyi ağciyər xərçəngi, kolorektal xərçəng, böyrək xərçəngidirsə, qadınlarda bu, süd vəzisinin xərçəngi, ağciyər xərçəngi, kolorektal xərçəng və melanomadır. Metastazların təxminən 85% -i serebral yarımkürələrin intraserebral şişlərinin payına düşür. Arxa kəllə çuxurunda adətən, endometrial xərçəngin, prostat vəzinin xərçənginin və mədə-bağırsaq traktının bədxassəli şişlərinin metastazları lokallaşmış olur.

Baş beyin şişinin simptomları

Serebral şiş prosesinin ocqlı simptomatikası daha erkən təzahür edir. Ocaqlı simptomatikanın aşağıdakı inkişaf sxemləri mümkündür: ətraf beyin toxumasına fiziki və kimyəvi təsirlər, qansızma ilə müşayiət olunan beyin damarlarının divarının zədələnməsi, metastatik embolla damarın okklüziyası, metastaza qansızma, damarın sıxılması nəticəsində işemiyanın inkişafı, kəllə-bein sinirlərinin şaxələrinin və kökcüklərinin sıxılması. Qeyd etmək lazımdır ki, əvvəlcə beynin müəyyən bir nahiyəsinin yerli qıcıqlanma simptomları qeyd edilir, sonra isə onun funksiyasının itməsi (nevroloji defisit) baş verir.

Şişin ölçüləri böyüdükcə, kompressiya, ödem və işemiya əvvəlcə zədələnmə nahiyəsinə yaxın yerləşən toxumalara, sonra isə daha uzaq strukturlara yayılaraq, müvafiq “qonşu” və “uzaqda yerləşən” simptomların meydana çıxmasına səbəb olurlar. Kəllədaxili hipertenziya və serebral ödem səbəbindən yaranan ümumi beyin simptomları daha sonra inkişaf edir. Baş beyin şişinin ölçülərinin daha da böyüməsi mass-effektin (beyin strukturlarının yerini dəyişməsi) və dislokasion sindromun – beyinciyin və uzunsov beynin ənsə dəliyinə keçməsinə səbəb ola bilər.

Lokal xarakterli baş ağrısı şişin erkən simptomu ola bilər. Baş ağrısı kranial sinirlərdə, venoz ciblərdə, meningeal damarların divarlarında yerləşən reseptorların qıcıqlanması nəticəsində yaranır. Diffuz sephalalgia subtentorial şişlərin 90% və supratentorial şişlərin 77% hallarında qeyd edilir. Onlar dərin, kifayət qədər intensiv, dözülməz və tez-tez paroksizmal xarakterli olur.

Qusma bir qayda olaraq,ümumi beyin simptomu kimi çıxış edir. Onun əsas xüsusiyyəti qida qəbulu ilə əlaqəli olmamasıdır. Beyinciyin və IV mədəciyin şişləri zamanı bu əlamət qusma mərkəzinə birbaşa təsirlə bağlı olur və ilkin ocaqlı simptomun təzahürü ola bilər.

Sistemli başgicəllənmə “boşluğa yıxılma”, öz bədəninin və ya ətrafındakı obyektlərin fırlanması hissləri şəklində təzahüredə bilər. Kliniki təzahürlərin manifestasiyası zamanı başgicəllənmə dəhliz-ilbiz sinirinin, körpünün, beyinciyin və ya IV mədəciyin şiş nəticəsində zədələnməsini göstərən ocaqlı simptom kimi qiymətləndirilir.

Hərəki pozğunluqlar (piramidal çatmamazlıqlar) xəstələrin 62%-də şişin ilkin simptomlarından olur. Digər hallarda, onlar şişlərin böyüməsi və yayılması ilə əlaqədar olaraq, daha sonra meydana gəlir. Piramidal çatışmazlığın erkən təzahürləri ətraflarda vətər reflekslerinin anizorefleksiyası şəklində inkişaf edir. Daha sonra əzələ tonusunun artması səbəbindən spastikliklə müşayiət olunan əzələ zəifliyi (parez) yaranır.

Hissiyyat pozğunluqları əsasən piramidal çatışmazlığı müşayiət edir. Kliniki olaraq təxminən xəstələrin 25%-də, digər hallarda isə yalnız nevroloji müayinə zamanı aşkar edilir. Birincil ocaqlı simptom olaraq, əzələ-oynaq hissiyyatının pozulması nəzərdən keçirilə bilər.

Konvulsiv sindrom daha çox supratentorial şişlər üçün xarakterikdir. Serebral şişləri olan xəstələrin 37% -ində epileptik tutmalar ən çox nəzərəçarpan klinik əlamətlərdən sayılır. Absanslar və ya generalizə olunmuş toniki-kloniki epileptik tutmalar daha çox orta beyində lokalizasiya olunan, Cekson epilepsiyası tipli paroksizmlər isə beyin qabığına yaxın yerləşən şişlər üçün xarakterikdir. Epileptik tutmanın aurasının xarakteri bir çox hallarda zədələnmə nahiyəsini müəyyən etməyə kömək edir. Şişin ölçüsü böyüdükcə, generalizə olunmuş epileptik tutmalar parsial tutmalara çevrilir. Kəllədaxili hipertenziyanın inkişafı ilə, bir qayda olaraq, epileptik fəallığın azalması müşahidə olunur.

Mədəciklərin şişləri zamanı meningeal simptomlar,həmçinin başın geriyə qatlanması, toniki qıcolmalar,bradikardiya,qusma yaranır ki, bu vəziyyətə Bruns tutmaları deyilir və bu hal həyat üçün təhlükəli bir hal sayılır.

Hormonal-endokrin pozğunluqlar şəkərsiz diabet, hipoqonadizm(kraniofaringeomalarda), dis- və amenoreya, impotensiya(hipofizin adenomalarında) və s. əlamətlərlə təzahür edir.

Beyin şişlərinin təzahürü zamanı, 15-20% hallarda psixi sferanın pozulması (əsasən şişin alın payı nahiyəsində yerləşdiyi zaman) qeyd edilir. Təşəbbüssüzlük, səliqəsizlik və apatiya alın payının qütbünün şişləri üçün tipikdir. Eforiya, özündən razılıq, səbəbsiz şənlik hissləri alın payının əsasının zədələnməsini göstərir. Belə hallarda şiş prosesinin inkişafı təcavüzkarlığın, bədbinliyin, negativizmin artması ilə müşayiət olunur. Görmə halüsinasiyaları gicgah və alın paylarının qovşağında yerləşən şişlər üçün xarakterikdir. Yaddaş, düşüncə və diqqət pozğunluqlarının proqressivləşməsi şəklində rast gəlinən psixi pozğunluqlar ümumi beyin simptomları kimi çıxış edirlər. Çünki onlar assosiativ yolların zədələnməsi, kəllədaxili hipertenziyanın artması və şiş intoksikasiyasının nəticəsində əmələ gəlmiş olurlar.

Görmə sinirlərinin disklərinin durğunluğu xəstələrin yarısında daha çox gecimiş mərhələlərdə müəyyən edilir, lakin uşaqlarda şişin başlanğıc bir simptomu ola bilər. Kəllədaxili təzyiqin artması ilə əlaqədar olaraq, gözlər önündə “nöqtələr” və ya görmənin ötüb-keçən dumanlanması yarana bilər. Şiş inkişaf etdikcə, görmə sinirlərinin atrofiyası ilə əlaqədar görmə qabiliyyətinin artan zəifləməsi qeyd edilir.

Görmə sahələrdəki dəyişikliklər xiazma və görmə yollarının zədələnməsi zamanı baş verir. Birinci halda, heteronim hemianopsia (görmə sahələrinin əks yarılarının sıradan çıxması) , ikinci halda isə homonim hemianopsiya (görmə sahələrinin eyni adlı yarısının sıradan çıxması) müşahidə edilir.

Baş beynin şişlərində rast gəlinən görmə funksiyasının pozğunluqlarına Foster-Kennedi simptomu da aid edilir: şiş olan tərəfdə görmə sinirinin birincili atrofiyası(birtərəfli alın və gicgah-bazal meningeomalarında) və əks tərəfdə göz dibində durğunluq əlamətləri aşkar edilir.

Digər simptomlara eşitmənin zəifləməsi; sensomotor afaziya; beyincik ataksiyası; gözün hərəki sinirlərinin funksiyalarının pozulması; iybilmə, eşitmə və dadbilmə hallüsinasiyaları, vegetativ pozğunluqlar aid edilə bilər.

Beyin şişinin diaqnostikası

Qeyri-invaziv metodlar

  • Nevroloji müayinə. Xəstənin ilk müayinəsi nevroloji statusun qiymətləndirilməsini nəzərdə tutur. Nevroloji statusun müayinəsində nevropatoloq topik diaqnozun dəqiqləşdirilməsinə imkan verən ocaqlı nevroloji simptomatikaya xüsusi diqqət yetirməlidir.
  • Patopsixoloji tədqiqat. Psixi sferanın pozğunluqları zamanı digər mənşəli psixi xəstəliklərdən fərqləndirmək üçün psixiatrın müayinəsi təyin edilir.
  • Neyrooftalmoloji müayinə. Oftalmoloji müayinələrdə görmə itiliyi, oftalmoskopiya və görmə sahələrinin müəyyən edilməsi ( kompüter perimetriyasının köməkliyi ilə də aparıla bilər) həyata keçirilir.
  • Otonevroloji müayinə. LOR həkiminin müayinəsi eşitmə ilə əlaqəli şikayətlər yarananda əlavə olaraq təyin edilir.
  • Exoensefaloqrafiya (ultrasəs). Exo EQ kəllədaxili hipertenziyanın artmasından xəbər verən yan mədəciklərin genişlənməsini və medial M-exonun yerdəyişməsini (böyük supratentorial şişlər zamanı beyin toxumasının yerdəyişməsini) qeyd edə bilər.
  • Elektroensefaloqrafiya. EEQ beynin müəyyən sahələrinin epiaktivliyini göstərir.
  • Kompüter tomoqrafiya. Baş beynin KT müayinəsi, şiş törəməsini görmək; onu beyin toxumasının lokal ödemlərindən ayırd etmək; ölçülərini müəyyənləşdirmək; şişin sistoz hissəsini (əgər beləsi varsa), kalsifikasiyanı, nekroz zonasını, metastaza və ya ətraf toxumaya qansızmanın olmasını; mass-effektin mövcudluğunu aşkar etməyə imkan verir.

Maqnit-rezonans tomoqrafiya. Beyinin MRT-si KT-ni tamamlayır, şiş prosesinin yayılmasının daha dəqiq müəyyən edilməsinə imkan verir və bu prosesə sərhəd toxumalarının cəlb olunma dərəcəsini qiymətləndirir. MRT kontrast maddənin toplana bilmədiyi şişlərin (məsələn, baş beynin bəzi qliomalarının) diaqnostikasında daha effektlidir. Lakin sümük-destruktiv dəyişikliklərin və kalsifikatların dəqiq görüntülənməsi, şişi perifokal ödem sahəsindən fərqləndirmək məsələlərində MRT müayinəsi KT-dən geri qalır.

Beyin şişlərinin standart MRT diaqnostikası ilə yanaşı MRT-angioqrafiya (şişlərin vaskulyarizasiyasının tədqiqi), funksional MRT (nitq və motor zonalarının xəritəsinin tərtibi), MR spektroskopiya ( metabolik anormallıqların analizi), MR termoqrafiya (şişin termodestruksiyasına nəzarət) istifadə edilə bilər.

  • Baş beynin Pozitron emission tomoqrafiyası. PET beyin şişlərinin bədxassəlilik dərəcəsini müəyyən etməyə, şiş residivini aşkar etməyə, əsas funksional sahələrin yerini təyin etməyə imkan verir.
  • Tək foton emissiyalı kompüter tomoqrafiyası. TFEKT metodu beyin şişlərində toplana bilən radiofarmapreparatların tətbiqi ilə birlikdə çoxocaqlı zədələnmələri aşkar etməyə, şişlərin bədxassəlilik və vaskulyarizasiya dərəcəsini qiymətləndirməyə imkan verir.

İnvaziv metodlar

  • Onurğa beyni mayesinin müayinəsi: cerebrospinal mayenin təzyiqi, likvorda zülalın miqdarı, sitologi müayinəsi, likvorun sitoskopiyası, B-glucuronidazanın fəallığı baxımından müayinəsi, izoferment tərkibinin tədqiqi.

Beyin şişləri üçün likvorda normal sitoz olduğu halda zülalın miqdarının artması(zülal-hüceyrə dissosiasiyası) xarakterikdir.Lakin müasir dövrdə digər informativ müayinə metodlarının(KT, MRT və s.) mövcudluğunu və yüksək kəllədaxili təzyiqin olduğu zaman bel punksiyasının təhlükəli olmasını nəzərə alaraq, bu tədqat metodundan getdikcə daha az istifadə olunur.

  • İntravenoz kontrastlı kompüter tomoqrafiyası. Adi KT müayinəsinə nisbətən daha dəqiq müayinə üsuludur.
  • Sintigrafiya. Funksional vizualizasiya metodu olub, radioaktiv izotopların orqanizmə yeridilməsi və onlar tərəfindən yayılmış radiasiyanın köməyi ilə ikiölçülü təsvirin əldə edilməsi metodudur. Bu metodun köməkliyi ilə kəllə sümüklərində ilkin şişlərin və metastazların aşkar edilməsi mümkündür.
  • Endoskopik müayinə (ventrikuloskopiya + cərrahi əməliyyat).
  • İmmünohistokimyəvi diaqnostika. Bədxassəli şişlərin xüsusi antigenik xassələrinin müəyyən edilməsi üçün bir üsuldur. Xərçəngin müasir diaqnostikasının vacib bir metodu olub, toxumalarda müxtəlif hüceyrələri, hormonları və onların reseptorlarını, fermentləri, immunoglobulinləri, hüceyrələrin və ayrı-ayrı genlərin komponentlərini aşkar etməyə imkan verir.
  • diaqnozun tam dəqiqləşdirilməsi üçün bilavasitə əməliyyatdan əvvəl aparılan punksion biopsiya. Bəzi hallarda, beyin şişinin stereotaksik biopsiyasından istifadə olunur. Cərrahi müalicə zamanı histoloji müayinə üçün şiş toxumalarının toplanması intraoperativ olaraq həyata keçirilir. Histoloji müayinə şişi dəqiq şəkildə yoxlamağa və onun hüceyrələrinin differensiasiya səviyyəsini və buna əsasən bədxassəlilik dərəcəsini müəyyən etməyə imkan verir.

Baş beynin şişinin müalicəsi

Baş beynin şişlərinin müalicəsi müxtəlif profilli mütəxəssislərin: onkoloq, terapevt, nevropatoloq, neyrocərrah, rentgenoloq və reabilitoloqun müştərək iştirakını tələb edir. Xəstəliyin diaqnostikası, adətən, terapevtə və ya nevropatoloqa müraciət olunmasından başlayır ki, oradan da xəstə əlavə müayinə üçün digər mütəxəssislərin yanına göndərilir.

Sonrakı müalicə planı xəstənin yaşından asılıdır (şişlərin müalicə sxemi 0-19 yaşlı, orta və daha yaşlı şəxslərdə fərqlidir). Bundan əlavə, müalicə kursunu hazırlayarkən, xəstənin ümumi sağlamlıq durumunu, şişin növünü və yerini nəzərə alırlar.

Beynin onkogen törəmələrinin müalicəsində, konservativ terapiya, radioterapiya, kimyəvi terapiya və cərrahi müdaxilə istifadə olunur. Ən etibarlı üsul şişin cərrahi yolla aradan qaldırılması əməliyyatıdır, ancaq onun həyata keçirilməsi bəzi hallarda törəmənin neyrocərrah üçün əlçatmaz nahiyədə yerləşdiyi səbəbindən həmişə mümkün olmur. Xərçəngin III-IV mərhələlərində böyük risk yaratdığı və istənilən nəticəni vermədiyi üçün cərrahi müdaxilə nadir hallarda həyata keçirilir. Xəstəliyin bu mərhələsində şiş beynin həyati vacib hissələrinə təsir edir, sağlam toxumalara dərindən nüfuz və onun tam aradan qaldırılması mümkün deyil.

Konservativ və ya dərman müalicəsi

Beyin şişlərinin konservativ müalicəsi xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılması, şişin beyin toxumasına təzyiqini azaltmaq, mövcud simptomların təzahürlərini zəiflətmək məqsədilə həyata keçirilir. Bunlara analgetiklər (Ketoprofen, Morfin), qusma əleyhinə preparatlar(Metoklopramid), sedativlər və psixotrop dərmanlar daxil ola bilər. Antikonvulsanlar xərçəngin ikinci və daha sonrakı mərhələlərinin simptomlarını azaltmaq, epileptik tutmaların yaranma ehtimalını aşağı endirmək məqsədilə tətbiq edilirlər. İltihab əleyhinə steroid preparatlar şiş toxumasının ödemini aradan qaldırır və bununla da sağlam nahiyələrə mexaniki təzyiqi azaldırlar. Ən geniş yayılmış vasitə Deksametazondur.Hipofizin prolaktinoması zamanı prolaktinin sekresiyasını tormozlayan Bromkriptin(Parlodel) tətbiq edilir.

Bilmək lazımdır ki, konservativ müalicə xəstəliyin əsas səbəblərini aradan qaldırmır və yalnız müvəqqəti yüngülləşdirici təsir göstərə bilər. Konservativ müalicə adətən, əməliyyatdan əvvəl həyata keçirilir.

Cərrahi müalicə

Beyin şişlərinin cərrahi yolla aradan qaldırılması, xüsusən xoşxassəli şişlərə gəldikdə, erkən mərhələlərdə müalicəsinin effektiv bir üsuludur. Bu vəziyyətdə operativ müdaxilə plevrada, qarın boşluğunda və digər boşluqlarda aparılan əməliyyatlardan fərqlənir. Onlardan fərqli olaraq, neyrocərrah onkoloji prosesin yayılmasının qarşısını almaq üçün yaxınlıqdakı toxumaların bir hissəsini kəsib ata bilmir.

Beyində əməliyyat apararkən cərrah maksimal dəqiqliyə əməl etməlidir – əməliyyat zamanı artıq bir millimetr toxumanın zədələnməsi xəstəyə həyati vacib funksiyalarının hesabına başa gələ bilər. Məhz buna görə xərçəngin terminal mərhələlərində cərrahi müalicə səmərəsizdir – şişin aradan qaldırılması tamamilə mümkün deyil, patoloji proses daha da genişlənir.

Beyin şişlərinin birinci və ikinci mərhələlərində xoşxassəli şişin çıxarıldığı zaman xəstəliyin əlamətləri tamamilə aradan qaldırılır. Buna görə, vaxtında və düzgün aparılmış diaqnostika xəstəliyin proqnozunu nikbin edir. Şiş cərrahi müdaxilə üçün əlverişsiz bir nahiyədə yerləşdiyi zaman onun lokalizasiyasını dəqiq müəyyən etmək üçün əlavə tədqiqatlar tələb olunur. Şişi klassifikasiya etmək və xərçəngin mərhələsini müəyyən etmək üçün həkim toxuma biyopsiyasını icra edir.

Əməliyyat zamanı ortaya çıxa biləcək toxuma zədələnmələrini azaltmaq üçün müasir metod – stereostatik radiocərrahiyyə – tətbiq olunur. Bu əməliyyatlar zamanı böyük dozada qamma və ya rentgen şüalarının yüksək dəqiqliklə şiş nahiyəsinə çatdırılması və onun məhv edilməsi həyata keçirilir. Bu vəziyyətdə sağlam toxumalar ya minimal olaraq zədələnir və ya toxunulmaz qalır. Bu texnikanın istifadəsinin mümkünlüyü şişinin yerindən və ölçüsündən asılıdır. Bu cür müalicə xəstə üçün ən az travmatikdir, reabilitasiya müddətini azaldır və əməliyyatdan sonra ağırlaşmaların yaranma riskini minimuma endirir. Kiber Bıçaq və Gamma Bıçaq üsullarının tətbiqi diametri 3 sm-ə qədər olan beyin şişlərinin müalicəsi zamanı mümkündür.

Bəzi hallarda palliativ əməliyyatlar,məsələn kəllənin dekompressiv trepanasiyası və ya müxtəlif drenajedici əməliyyatlar həyata keçirilir. Onların keçirilməsində məqsəd kəskin okklüzion-hipertenziv-hidrosefaliya hallarını aradan qaldırmaq və xəstə əməliyyat oluna biləcək bir duruma gətirməkdir. Yüksək Ifadəli hidrosefaliyalarda şuntlama əməliyyatları (xarici mədəcik drenajı, ventrikuloperitoneal şuntlama) həyata keçirilə bilər.

Şüa müalicəsi

Xərçəngin şüa terapiyası iki halda: xəstənin sağlamlıq vəziyyəti cərrahi əməliyyatın keçirilməsinə imkan vermikdə və ya şiş aradan götürüldükdən sonra residivin qarşısını almaq məqsədilə tətbiq olunur. Beyin xərçənginin son mərhələlərində şişin cərrahi olaraq aradan qaldırılması az effektivdir, bu zaman müalicənin əsas metodu olaraq şüa terapiyasından istifadə olunur. Baş beyin şişlərini müşayiət edən xroniki xəstəliklərin, ürək-damar patologiyalarının mövcudluğu cərrahiyyə müdaxiləsi üçün əks-göstəriş ola bilər. Digər hallarda, şüa terapiyası şişin aradan qaldırılması əməliyyatından sonra orqanizmdə qala bilən anormal hüceyrələri məhv etmək üçün istifadə edilə bilər.

Şüalanma dozasını mütəxəssis fərdi olaraq təyin edir. Şüanın təsiri şişin ətrafındakı toxumalara zərərini minimuma endirmək üçün yerli olaraq həyata keçirilir. Radyoterapiya üçün, şişin tipini, yerini və ölçüsünü nəzərə almaq çox vacibdir. Radioterapiyanın iki üsulu tətbiq olunur:

  • Braxiterapiya – stasionar müalicə zamanı həyata keçirilir. Şiş toxumasına radioaktiv maddə yeridilir, bu da onu içəridən məhv edir. Aşılanan radioaktiv maddənin dozası elə hesablanır ki,şişləri məhv etdiyi halda, sağlam toxumalar zədələnməsin.
  • Xarici radiasiya müalicəsi -bir neçə həftə ərzində həyata keçirilir və bu zaman xəstə yüksək radiasiya dozası ilə bir neçə dəqiqə ərzində şüalanır. Seanslar həftədə 5 gün keçirilir, xəstəxananı yalnız müəyyən vaxt ziyarət etmək olar, sonra xəstə evə gedir.

Kimyəvi terapiya

Kimyəvi xərçəng müalicəsinin əsas üsullarından hesab edilir. Onun təsiri effekt şiş toxumasına deyil, bütün orqanizmə təsir göstərir. Müalicə planını həkim-mütəxəssis tərtib edir. Onların sırasına antimetabolitlər, alkilləşdirici qrupun preparatları, sintetik antibiotiklər və s. aiddir. Müalicə kursu aralarında fasilə vermək lazım gələn bir neçə dövrdən ibarətdir. Preparatlar daxilə qəbul edilir, ya da inyeksiya və ya likvor şuntu vasitəsilə xəstənin orqanizminə yeridilir. 3-4 dövrdən sonra terapiyanın effektivliyini qiymətləndirmək üçün fasilə verilir.

Kimyəvi terapiyanın təhlükəli tərəfi qanyaradıcı orqanlara, həzm sisteminin epitelinə və digər üzvlərə mənfi təsir göstərməsidir.

Endoskopik müalicə

Endoskopik cərrahi müdaxilə, ənənəvi neyrocərrahiyyə üsullarından daha az travmatikdir, çünki geniş yarıq aparmadan xüsusi avadanlıqların köməyi ilə həyata keçirilir. Baş beyində adi əməliyyat apararkən, giriş trepanasiya vasitəsilə həyata keçirilir. Nəticədə kəllə boşluğu açılır və xəstə əlavə olaraq travmatizasiyaya məruz qalır ki, bu da bərpa dörünün vaxtını uzadır. Endoskopik üsullar xüsusilə vacib olan sinirlərə və kiçik qan damarlarına vurulan zərəri minimuma endirir ki, bu da beyin toxuması ilə işləyərkən çox vacibdir. Məsələn, endoskopik əməliyyatlar uşaqlarda beynin mədəciklərindəki mayenin durğunluğuna səbəb olan hidrosefaliyanı müalicə etmək üçün istifadə edilir, belə bir əməliyyat ventruloskopiya adlanır. Hipofizin adenoması da endoskopik üsullarla- burun vasitəsilə endoskopik alətlərin yeridilməsi – transnazal endoskopiyanın köməyi ilə aradan qaldırıla bilər.

Endoskopik cərrahiyyə kraniocerebral travma, sist və hematomaların çıxarılması zamanı da istifadə edilir.

Bərpa və reabilitasiya.

Reabilitasiya ümumi müalicə planının vacib bir hissəsini təşkil edir. Hər bir reabilitasiya planının məqsədi xəstənin ehtiyaclarına və şişin çıxarılmasına səbəb olan çatışmamazlıqlara uyğun olaraq fərqlənir. Beyin şişlərinin və şişlərin çıxarılması xəstələrdə duyğusal, emosional, intellektual və davranış problemlərinə də səbəb ola bilər. Bu problemlərlə mübarizə aparmaq üçün xəstəyə kömək lazımdır.

Bərpa dövrü multidissiplinar briqadanın daimi nəzarəti altında davam etdirilməlidir. Cərrah, kimyəviterapiya mütəxəssisi, radioloq, psixoloq, fizioterapevt, reabilitoloq, müalicəvi idman treyneri və həkimi, loqoped, kiçik tibbi personal reabilitasiya dövründə xəstəyə nəzarət etməlidir. Yalnız multidissiplinli personal nəzarəti müalicə və bərpanın keyfiyyətini artırır. Reabilitasiya orta hesabla 3-4 ay davam etdirilir.

Şiş və xüsusilə bədxassəli şiş əməliyyatları sonrası reabilitasiya digər əməliyyatlardan fərqli olaraq xəstələrə xüsusi diqqət tələb edir. Reabilitasiya müddətində xəstələr kimyəvi və şüa terapiyası almağa davam etməlidir, buna görə də kimyəvi terapiya və radiologiya mütəxəssislərinin daimi müşahidəsi altında olmalıdır. Kimyəvi və şüa terapiyası xəstələr üçün əməliyyat qədər önəmlidir.

Nəzərə almaq lazımdır ki, şiş xəstəliyinin reabilitasiya dövrü həm xəstə həm də xəstənin ailə üzvləri üçün uzun və ağır bərpa dövrüdür. Bu dövrdə həm xəstə həm də ailə üzvləri üçün fiziki və psixi güc çox böyük rol oynayır. Ona görə də xəstəliyə xəstənin düzgün yanaşması psixoloqun- neyropsixoloqun əsas vəzifəsidir.

Beyin şişinin səbəbləri, Beyin şişlərinin təsnifatı, Baş beyin şişinin simptomları, Şüa müalicəsi
Beyin şişinin səbəbləri, Beyin şişlərinin təsnifatı, Baş beyin şişinin simptomları, Şüa müalicəsi
Previous Next
Dietologiya
Check Up
Dermatologiya
BÜTÜN ŞÖBƏLƏR
Ginekologiya
Kosmetologiya
Kardiologiya
Nevrologiya
Saç əkimi
Laboratoriya
Pediatriya
USM
Endokrinologiya
Urologiya
Parazitologiya
Andrologiya
Check Up
Dermatologiya
Kardiologiya
Nevrologiya
Ginekologiya
Radiologiya
Urologiya
Laboratoriya
Kosmetologiya
Saç əkimi
BÜTÜN ŞÖBƏLƏR

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzimizin dəyərli sərmayəsi ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızın laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzinin dəyərli sərmayəsi Avropada ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızda bütün laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00