Nevrologiya tibbin sinir sisteminin müxtəlif səbəblərdən meydana çıxan xəstəlik və sindromlarını araşdıran sahəsidir.
Nevrologiya şöbəsi
Nevrologiya şöbəsində bütün növ nevroloji xəstəliklərin klinik protokollara əsaslandırılmış müayinə və müalicəsi təşkil olunmuşdur. Şöbəmizdə xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir.
Nevroloji xəstəliklər
Migren və digər baş ağrıları
Başgicəllənmələrin differensiasiyası; vertigo, dizziness
Benign paroksismal pozisional vertigoda (BPPV) manevral müalicə
Yaddaş pozğunluğu, demensiya sindromu, Alzheimer xəstəliyi
Yuxu pozğunluğu, hipersomniyalar
Epilepsiya
Beyin-damar xəstəlikləri, neyrovaskulyar sindromlar
Parkinson sindromu, Parkinsionizm xəstəliyi və digər hərəkət pozğunluqları
Polineyropatiyalar, Tunel kanal sindromları
Bel ağrıları, radikulopatiyalar, pleksopatiyalar, fibromialgiya
Miastenia-Gravis xəstəliyi
Depressiyalar, Panik atak, Obsessiv-kompulsiv pozğunluq, nevrozlar
Klinikamızda ən müasir EEQ və EMQ aparatları ilə təchiz olunmuş klinik neyrofiziologiya laboratoriyası fəaliyyət göstərir.
Elektroensefaloqrafiya (EEQ) – beynin spontan elektrik aktivliyinin elektrodlar vasitəsilə ölçüldüyü non-invaziv müayinə metodudur. EEQ epilepsiya diaqnozunun qoyulması, xəstəlik seyrinin nəzarət olunmasında istifadə olunan ən dəyərli müayinə yöntəmidir. Bununla yanaşı, EEQ ensefalitlər, hepatik ensefelopatiya, yuxu pozğuntuları zamanı beynin funksional aktivliyinin qiymətləndirilməsində də istifadə olunur.
Elektromioqrafiya (EMQ) – əzələ və periferik sinirlərin funksiyasının ölçüldüyü müayinə üsüludur. Polineyropatiyalar, tunel sindromlar, radikulopatiyalar, əzələ xəstəliklərinin diaqnostikasında istifadə olunur.
Nevrologiya şöbəsi bütün növ nevroloji xəstəliklər üzrə sizə keyfiyyətli tibbi xidmət göstərməyə hazırdır.