Biokimyəvi Laboratoriya
Daxili orqanların bir çox göstəricilərinin qanda təyini qaraciyər, böyrək, mədəaltı vəzi və s. funksiyasında olan hər hansı bir pozğunluğu vaxtında aşkar etməyə imkan verir. Tibbin bütün sahələrində-terapiya, endokrinologiya, urologiya, nefrologiya, qastroenterologiya, kardiologiya, ginekologiya və s. biokimyəvi müayinələrdən çox geniş istifadə edilir.
Klinikanın laboratoriya bölməsində qanın və sidiyin biokimyəvi göstəriciləri avtomat biokimyəvi( COBAS c311) analizatorunda təyin edilir. Analizatorun təyin spektrinə 60-dan artıq göstərici daxildir:
- Zülal mübadiləsi – ümumi zülal, albumin, qlobulin, A/Q və s.
- Qaraciyər və piqment mübadiləsi göstəriciləri – ALT, AST, QQT, bilirubin və bilirubin fraksiyaları və s.
- Böyrəklər – kreatinin, sidik cövhəri, qalıq azot, kreatinin klirensi və s.
- Ürək – LDH, kreatinkinaza, KFK-MB və s.
- Mədəaltı vəzi – amilaza, lipaza və s.
- Lipid mübadiləsi – ümumi xolesterin, triqliseridlər, yüksək, orta və aşağı sıxlıqlı lipoproteinlər və s.
- Karbohidrat mübadiləsi – qlükoza, qlikohemoqlobin və s.
- Mineral mübadiləsi – kalsium, kalium, xlor, maqnezium, fosfor, natrium və s.
- Spesifik zülallar – C-reaktiv zülal, revmatoid faktor, antistreptolizin-O və s.
Laboratoriya sistemi
”Cobas C 311″biokimyəvi analizatoru-Roche Cobas C 311 avadanlığında geniş spektrdə qanın biokimyəvi analizini təhlil etmək mümkündür.
Tam avtomatlaşdırılmış sistem reagentlərinin geniş menyusuna malik olan Cobas C 311 p biokimyəvi analizatorunda nəinki fermentlərin,substratların,spesifik zülalların ,çox vaxt aparan müayinələrin , həmçinin xüsusi testlərin aparılması və reagent nümunələrinin universal kassetlərə yüklənməsi mümkündür.
Cobas C 311 analizatorunun təkrarolunmaz elektron sistemi reagent nümunələrinin universal kassetlərinin xüsusi elektron ştrixlər vasitəsi ilə kodlaşdırılmasını təmin edir və reagentlərin hazırlanmasında operatorun iştirakını tələb etmir