Laboratoriya
- Kinikanin tərkibində təşkil olunan kliniki laboratoriya müəssisənin gücündən və profilindən asılı olaraq müxtəlif növ müayinələrin (ümumi kliniki, biokimyəvi, immunoloji, mikrobioloji, hormonal və s. ) həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.
- Laboratoriya xəstəxananın zəruri və ən vacib sahələrindən biridir.
- Xəstəxanada mövcud olan beynəlxalq standartlara cavab verən laboratoriya avadanlıqları bir cox xəstəliklərin və patoloji halların diaqnozu və müalicənin ən yüksək səviyyədə hərtərəfli araşdırılmasına imkan verir.
- Laboratoriya şöbəsinin tibbi personalı müxtəlif sahələr üzrə yüksək tibbi biliklərə malikdir.
- Laboratoriya aparıcı şirkətlərin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur.
Biokimyəvi analizlər
- Albumin(ALB), Ümumi zülal(TP), Bilirubin fraksiyaları (TBIL, DBIL), Alanin aminotransferaza (ALT), Aspartat aminotransferaza (AST), Qələvi fosfataza(ALP), Qammaqlütamiltransferaza(GGT), Amilaza (AMYL), Amilaza (Diastaza, sidikdə), Pankreatik amilaza (pAMYL), Qlükoza(GLUC), Qlikohemoqlobin(HbA1C), Kreatinin (CREA), Kreatinin (sutkalıq sidikdə), Sidik cövhəri (UREA), Qalıq azot(BUN), Sidik turşusu(UA), Laktatdehidrogenaza (LDH)
- Xolesterin(CHOL), Triqliseridlər(TRIGL), Yuxarı sıxlıqlı lipoproteinlər (HDL), Aşağı sıxlıqlı lipoproteinlər (LDL), Çox aşağı sıxlıqlı lipoproteinlər (VLDL), C-reaktiv zülal (CRP), Antistreptolizin-O (ASO), Revmatoid faktor (RF), Dəmir (Fe), Fosfor (P), Kalsium (Ca), Maqnezium (Mg), Natrium(Na), Kalıum(K)
- İmmunoloji-Seroloji və Hormon analizləri
- Triyodtironin ümumi (TT3), Tiroksin ümumi (TT4), Tireotrop hormon (TSH), Triyodtironin sərbəst (FT3). Tiroksin sərbəst (FT4), Tireoqlobulinə qarşı autoanticismlər(Anti-TG) Tireoperoksidazaya qarşı autoanticismlər (Anti-TPO), Follikulstimullaşdırıcı hormon (FSH), Lüteinləşdirici hormon (LH) İnsulin, C-peptid, Prolaktin (PRL), Xorionik qonadotropin (HCG), Progesteron (PRG), Estradiol (E2), Testosteron ümumi (total TESTO), Toksoplazma İgGvəİgM Sitomeqalovirus (CMV) İgGvəİgM, Rubella İgGvəİgM Herpes simplex I İgGvəvəİgM. Herpes simplex II İgGvəİg, HbsAg. HBsAg
- HİV. Sifilis, Ferritin
- İgE, Troponin, Vitamin D, Vitamin B12
- Kliniki analizlər
- Sidiyin ümumi analizi, Sidiyin Neçiporenko üsuli ilə müayinəsi, Nəcisin ümumi müayinəsi (koproqramma), Bəlğəmin ümumi analizi, Malyariya plazmodiumun təyini, BOM ümumi analizi, Spermoqramma, Prostat şirəsinin müayinəsi, Urogenital yaxmanın mikroskopiyası
Laborator xidmət
Müasir dövrdə diaqnostikanın nə qədər böyük rol oynadığı hamı üçün açıq-aşkar bəllidir. Həqiqətən kim yaxşı diaqnoz qoyursa, o da yaxşı müalicə edir. Diaqnozun qoyulmasında hələ indiyə qədər iki əsas üsuldan istifadə olunmaqdadır. Bunlardan biri həkimin klinik intuisiyasıdır. Əlbəttə, intuisiya böyük bir təbii qüvvədir. Ancaq müasir dövrdə dəqiq diaqnoz qoymaq üçün yalnız intuisiyaya malik olmaq kifayət deyildir. Diaqnostikanın keyfiyyətini, səviyyəsini qaldırmaq üçün xəstəliklərin differensasiyası lazımdır. Sonuncu klinik müayinələrdən başqa, laborator və instrumental tədqiqatların aparılmasını da vacib hesab edir. Odur ki, klinik təbabətin inkişafında müasir mərhələ olan indiki dövr, laborator tədqiqatların daha da genişlənməsi ilə səciyyələnir. Laborator xidmətinin inkişaf dərəcəsi klinikanın reytinq göstəricilərindən biri sayılır. Dünyada, sivil ölkələrin ən yaxşı klinikaları geniş və yüksək dərəcəli laborator xidmətinə malikdirlər.
Laboratoriya işi
Laboratoriya xidmətinin başlıca məqsədi həkimi vaxtında, dəqiq ve etibarlı informasiya ilə təyin etməkdir. Məhz bunun nəticəsində müalicə həkimi hər hansı bir patoloji prosesin olması və ya olmaması, xəstəliyin inkişaf mərhələlərində həkimə müraciət edərkən, gizli gedişə malik bir xəstəliklər zamani ilkin müayinə metodudur. Bizdə öz işimizdə çalışırıq ki, bu müayinələri maksimal dərəcədə dəqiq yerinə yetirilsin və qısa müddət ərzində həkimə və pasiyentə çatdırılsın.
Laboratoriya xidməti
Laboratoriya xidmətinin əsas vəzifəsi həkimə etibarlı və dəqiq informasiyanı vaxtında çatdırmaqdır. Klinikamızdakı laborantlar bütün testlərə dəqiqlik və yüksək həssaslıqla yanaşır, ən düzgün nəticə üçün diqqətlə yoxlama aparırlar.
Laboratoriyamızda aşağıdakı istiqamətlər üzrə testlər aparılır:
- – Kliniki analizlər;
- – Qanın analizləri;
- – Sidiyin ümumi analizi;
- – Nəcisin ümumi analizi;
- – Helimintlər;
- – Helimentlərin IFA;
- – Spermanın analizləri;
- – Biokimyəvi analizlər;
- – Revmatik testlər;
- – İnfeksiyalar;
- – Hepatitler IFA (qan);
- – IFR (urogenital);
- – Torch infeksiyaların avidik əmsalının təyini;
- – Hormonlar;
- – Hamiləlik testləri;
- – Diabetik testlər;
- – Autoimmune testlər;
- – Koaquloqramma;
- – Onkomarkerlər;
- – İmmunologiya ve Allerqologiya.