Laboratoriya müayinələrin
Hər gün yüzlərlə pasientin müraciət etdiyi laboratoriyada, müayinələrin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir.
Sirr deyil ki, laborator müayinənin nəticələri yalnız analitik mərhələdən ibarət deyil. Düzgün nəticə əldə etmək üçün preanalitik, analitik və postanalitik inkişaf mərhələlərinə xüsusi diqqət yetirilməlidir. Belə ki, pasientin dəqiq və düzgün nəticə əldə etməsi üçün hər üç mərhələ düzgün təşkil olunmalı, nəticəyə təsir edə biləcək bütün məqamlar öncədən düşünülməli və aradan qaldırılmalıdır.
Preanalitik mərhələdə ən vacib və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə düzgün əməl olunmasıdır. Hər bir müayinənin aparılması üçün biomaterialın götürülmə təlimatlarına ciddi riayət olunur. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasient üçün daha təhlükəsiz olan bu üsul, həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir. Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr yalnız həmin pasientə məxsus olan kodla müzakirə olunur. Bu biomaterialların kodlaşdılırılması zamanı yarana biləcək səhvləri heçə endirir aradan qaldırır.
Bundan sonra artıq müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlar əsasında hazırlanmış prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Laboratoriyamızın hər üç bölməsində bütün müayinələrə hər gün, ehtiyac yaranarsa gün ərzində bir neçə dəfə kontrollar qoyulur.
müayinə və analizlər
İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə həkim-laborantın nəzarətindən, II mərhələ laboratoriya müdirinin və III mərhələ keyfiyyət menecerinin nəzarətindən keçir ki, bu sistem biomaterialın götürülməsi anından başlayaraq, nəticələr hazır olana qədər hər bir materialın keçdiyi yolu yenidən izləyir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasientə təqdim olunur.
Laboratoriya
Laborator müayinələrin nəticəsi əsasında gizli gedişə malik xəstəliklərin, aşkarlanması, hər hansı patoloji prosesin olub-olmaması, xəstəliklərin müxtəlif inkişaf və sağalma mərhələlərini kontrol etmək mümkündür.
Laboratoriya şöbəsi
Laboratoriya şöbəsi klinik, biokimyəvi, seroloji, immuno-molekulyar diaqnostik, mikrobioloji və s. şöbələr üzrə ixtisaslaşmışdır. Laboratoriyada aparılan hər bir müayinənin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir.Laboratoriya şöbəsi Yaponiya, ABŞ, Almaniya, Avstriya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyamızda müxtəlif yaş qruplarına və patologiyalara uyğun check-up müayinələr aparılır.