- LAB-00582
Ferritin
19.0 ₼
Ferritin orqanizmdə dəmir deposu haqqında məlumat verən ən informativ göstəricidir.
Bir ferritin molekulunda 4000 molekul dəmir ola bilər.
Ferritin retikulo-endotelial orqanların hüceyrələrində sintez olunur.
Orqanizmin bütün hüceyrələrində və bədən mayelərində rast gəlinir.
Dəmir ehtiyatından başqa dəmirdefisitli anemiya ilə digər anemiyaların differensial diaqnostikasında istifadə olunur.
Hamiləlik zamanı ferritin miqdarı tədricən azala bilər: 20ci həftədə 50%, 3cü trimesterdə isə 70%-ədək.
Hamiləlik zamanı ferritin miqdarı tədricən azala bilər: 20ci həftədə 50%, 3cü trimesterdə isə 70%-ədək.
Hazırlıq
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat gecə aclığından sonra verilməlidir.
- Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
Göstərişlər
- Hemoxromatoza şübhə
- Anemiyaların differensial diaqnostikası
- Şişlər
- Xroniki infeksion və iltihabi xəstəliklər
Ferritin səviyyəsinin yüksəlməsi
- Hemoxromotoz zamanı dəmir artıqlığı
- Qaraciyər patologiyaları
- Kəskin limfoblast və mieloblast leykoz
- Limfaqranulematoz
- Süd vəzi xərçəngi
- Aclıq
- Oral kontraseptivlərin qəbulu
Ferritin səviyyəsinin azalması
- Dəmir defisiti (dəmir defisitli anemiya)
- seliakiya