Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Service code

Service name

Price AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • USM-0000390

Hamiləlik doppler

71.0 ₼


Hamiləlikdə doppler USM – ultrasəs müayinə metodu olub, məqsədi plasentar (cift) qan dövranını qiymətləndirməklə, ondakı patoloji dəyişiklikləri vaxtında aşkar etməkdir.

Doppler USM və ya doppleroqrafiya eyni adlı effektə əsaslanır, yəni, mənası müayinə olunan materialda ultrasəs aparatının sensoru tərəfindən generalizə olunan ultrasəs dalğalarının yayılmasıdır.

Bu dalğaların bir hissəsi iki fərqli mühitin sərhədindən əks olunaraq geri qayıdır və ultrasəs aparatının sensoru ilə qəbul olunur.

Hərəkətsiz mühitdən qayıdan dalğaların tezliyi dəyişmir və başlanğıcda generalizə olunan tezliyə bərabərdir.

Alınmış qrafikdə müəyyən hissələr qeyd edilir, damarlarda qandövranını xarakterizə edən damar müqavimətinin xüsusi göstəriciləri (indekslər) hesablanır və alınmış nəticələr norma ilə tutuşdurulur.

Plasentar qandövranının vəziyyəti haqqında dəyərli informasiya cift, uşaqlıq arteriyaları, dölün baş beyin arteriyaları, aortası, daxili yuxu arteriyalarının eyni vaxtda müayinəsi zamanı alınır.