- USM-0000395
Plevra boşluğunun müayinəsi (bir plevra)
12.0 ₼
Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur.
Xəstənin müayinəsi zamanı ekssudativ plevritin kliniki əlamətləri ilə yanaşı döş qəfəsinin assimetriyası, müvafiq yarısında qabırğaarasının qabağa çıxması, zədələnmiş tərəfin tənəffüs zamanı ləngiməsi aşkar olunur.
Ekssudat olan hissə üzərində perkutor səs kütləşir, bronxofoniya və səs titrəməsi zəifləyir, tənəffüs zəif olur və ya heç eşidilmir.
Mayenin yuxarı həddi perkutor olaraq, ağciyərlərin rentgenoqrafiyasında və ya plevra boşluğunun USM-də müəyyən olunur.