Prostat vəzi, sidik kisəsi
24.0 ₼
Varikoselin müayinəsi ilk növbədə xəstəyə baxışdan, onunla söhbətdən başlayır.
Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır.
Soyuq havada xayalığın dərisinin büzüşməsi və isti havada xayalıq dərisinin boşalması, sallanması buna əyani sübutdur.
Ona görə də varikosele olan xəstənin müayinəsi isti otaqda aparılmalıdır ki, xayalığın dərisi büzüşmüş olmasın.
Ümumiyyətlə isə varikoselenin ən dəqiq diaqnostikası USM müayinəsidir.
USM – in rəngli dopler rejimində genişlənmiş damarları aydın görmək, onların diametrini təyin etmək, qanın nə dərəcədə geri qayıtdığını müəyyən etmək olar və. s.