- USM-0000400
Qarın boşluğu (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq)
30.0 ₼
USM aparatları ilə aparılan müayinə pasiyentlər üçün zərərsiz,yüksək imkanlara malik olduğundan tez tez bu diaqnostika növünə müraciət olunur.
Müraciət olunan USM müayinə növləri içərisində ən çox həkim tələbi və ya profilaktik olaraq qarın boşluğunun ümumi müayinəsidir.
Qarın boşluğu orqanlarının Ulturasəs müayinəsinə aşağıdakı orqanlar aiddir:
- Öd kisəsi
- Qaraciyər
- Mədəaltı vəzi
- Dalaq
- Qarınarxa sahəsi
- Damarlar
Bu metodla orqanların ölçüləri, onların daxili strukturu, yerləşdiyi yeri, əlavə törəmələrin və ocaqların mövcudluğu qiymətləndirilir, kəskin və xroniki xəstəliklər və travmatik zədələr üçün xas olan dəyişikliklər aşkar olunur.