Baş ağrıları, epilepsiya beyin şişi əlaməti ola bilər
Birincisi, xüsusilə, baş ağrısı olur. Şiddətli baş ağrıları beyin şişlərinin əlamətlərindən biridir. Təbii ki, hər baş ağrısı beynin şişinin olduğunu göstərmir. Beyin şişləri ilə əlaqəsi olmayan çoxlu baş ağrıları var.
Çünki cəmiyyətə nəzər saldıqda, xüsusən də, qadınlarda 90 faizi baş ağrılarından şikayətlənirlər. Ona görə də bütün baş ağrıları beyin şişi deyil.
Ancaq xüsusilə, gecə baş ağrıları, heç keçməyən baş ağrıları, baş ağrısı ilə birlikdə ürəyi getmə, epilepsiya, baş ağrısı ilə paralel, xüsusilə, qusmanın olması, şiddətli qusma, irəli fışqırma tərzində qusmanın olması bizi beyin şişi haqqında düşündürən şikayətlərdən biridir.
Epilepsiya beyin şişi əlaməti ola bilər
Başqa bir əlamət də: Xəstələr bizə ən çox epilepsiya ilə müraciət edirlər. Yəni qıcolma olurlar. Bu epilepsiya müxtəlif növ ola bilər. Onlarda epilepsiya ola bilər.
Şişin yerləşməyinə görə əlamətlər
Yenə beyin şişinin yerləşməyinə görə müxtəlif klinik təzahürlər, müxtəlif simptomlar, şikayətlər xəstələdə ola bilir. Nə kimi? Məsələn, nitq mərkəzindədirsə, təbii ki, xəstə danışa bilmir, nitqi pozula bilir.
Yenə “frontal” dediyimiz ön hissələrdə bir şişlik varsa, bu xəstələrdə, reallıqla əlaqənin pozulması, xarakter dəyişiklikləri… Yəni, adam sakit və səssiz biri ikən, birdən xarakterinin dəyişməsi kimi, çox daha başqa, daha sərt biri olması kimi. Bu tip şikayətlər beyin şişində ola bilər.
Yenə motor korteks dediyimiz, yəni bədənimizin əzələlərini idarə edən beyin bölgəsindədirsə, sağ tərəfdədirsə, sol tərəfdə zəiflik görürük: qolda, ayaqda bir gücsüzlük, qüvvətsizlik – hərəkət zəifliyi ilə müraciət edir bu tip xəstələr. Və əlbəttə ki, sol tərəfdədirsə, şiş sağ tərəfdə bir problem ola bilir.
Göz normaldır, amma görmədə problem varsa, beyin şişi ola bilər
Yenə, yerləşmə olaraq “oksipital lob” dediyimiz arxa tərəfdədirsə, görmə ilə bağlı problemlərlə xəstə bizə müraciət edir. Bunda da yenə, görmə itkisi olan xəstələrdə göz problemi yoxdursa, mütləq beyin şişləri və beyin tümörləri barədə düşünməliyik.
Beyincik yaxınlığında yerləşən şiş tarazlığımızı poza bilər
Kəllə sümüyü daxilində başqa bir bölgə də təbii ki, beyinciyin yerləşdiyi bölgədir. Əgər beyincikdə olarsa, təbii ki, beyincik, o bölgə bir az daha həssas bölgədir. Əgər həmin nahiyədədirsə, xəstədə koordinasiya pozulması, yerişin pozulması, tarazlığını saxlaya bilməmə, yıxılmalar – bu kimi şikayətlərlə xəstə bizə müraciət edir. Beyincik bölgəsində bu bir az daha böyükdürsə, ön hissədə ürəyimizi və tənəffüs sistemimizi idarə edən, bundan başqa “kəllə sinirləri” dediyimiz, bir sıra, məsələn, üz sinirlərimizi idarə edən sinirlər mövcuddur, bunlarla bağlı problemlərlə pasiyent bizə müraciət edir.
Beyin şişlərinin diaqnozu necə qoyulur?
Bu şikayətlərlə müraciət edən xəstələrimizə nə edirik?
İlk öncə ətraflı müayinə etməliyik ki, şişin harada olduğunu müəyyən etmək üçün, şişdirmi bu, yoxsa başqa bir problemdir, onları araşdırırıq. Çünki bəzi bənzər problemlər bəzi xəstəliklərdə, bəzi nevroloji xəstəliklərdə də oxşar problemlər yarana bilir.
Əlbəttə ki, qızıl standart – mütləq MRT çəkdiririk xəstələrimizə. Ehtiyac yaranarsa, KT-ni çəkdiririk və buna uyğun olaraq da ehtiyac qalarsa, göz dibi müayinəsi, ətraflı göz dibi müayinəsi etdikdən sonra xəstəliyin diaqnozunu dəqiqləşdiririk. Daha dəqiq, konkret bir diaqnoz qoyuruq.
Beyin şişlərinin müalicəsi necə aparılır?
Bundan sonra nə edəcəyik?
Əlbəttə ki, diaqnoza görə, şişin yerləşməyinə görə, xəstənin yaşına görə, şişin növünə görə əməliyyat edirik.
Heç bir həkim orada gördüyü, MRT-də gördüyü şiş barədə 100% dəqiq danışa bilməz.
Bizə xəstəliklərin adını verən patologiyadır. Odur ki, biz oradan onu götürməliyik, patologiyaya verməliyik, onlar bunu tədqiq etməlidir və sonra deməlidirlər ki, bu şiş hansı şişdir, neçənci dərəcədədir, böyümə sürəti necədir. Bəzi histopatoloji diaqnozlar, nəticələr deyirlər. Biz də ona görə, bundan sonra da xəstənin müalicəsini davam etdiririk.