Qəbula yazıl

Xidmətin kodu

Xidmətin adı

Qiymət AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • Model: LAB-00545

İnsulin

18.0 ₼


İnsulin-mədəaltı vəzidə sekresiya olunan hormondur. O karbohidratların metabolizmini tənzimləyir, qanda qlükoza miqdarını lazimi səviyyədə saxlanılmasına kömək edir. Əlavə olaraq yağların metabolizmində iştirak edir.

Dövr edən insulinin yarımparçalanma müddəti 3-5 dəqiqədir, əsasən qaraciyərdə parçalanır. Qaraciyər hüceyrələri,piy toxuması və əzələlər tərəfindən qlükozanın mənimsənilməsini asanlanlaşdırır.


Qanda insulin qlükoza və yağ turşuların konsentrasiyasını azaldır (və az miqdarda aminturşuların).

Qanda insulin konsentrasiyası qlükoza konsentrasiyası ilə birbaşa bağlıdır: qida qəbulundan sonra orqanizmə böyük miqdarda qlükoza daxil olur.Buna cavab olaraq mədəaltı vəzidə insulin sintezi başlayır. İnsulin qlükozanın qandan orqan və toxumalara daxil olmasını təmin edir.

Bundan başqa insulin qaraciyərin biokimyəvi proseslərini tənzimləyir: qlükozanın miqdarı yüksək olduqda qaraciyər onu qlikogen formasında tədarük etməyə və yaxud yağ turşuların sintezində işlətməyə başlayır. İnsulin sintezi pozulması zamanı və/ və ya lazımı qədər sintez olmayanda qlükoza hüceyrələrə daxil ola bilmir, nəticədə hipoqlikemiya inkişaf edir.

Hüceyrələr onlara enerji istehsalı üçün ən vacib substratı olan-qlükozayaya çatışmazlığını hiss etməyə başlayırlar. Bu vəziyyət xroniki olarsa, o zaman maddələr mübadiləsi pozulur, böyrək, ürək-damar, sinir sistemi patologiyaları inkişaf edir.

İnsulin konsentrasiyasının artması-hiperinsulinemiya adlanır.Bu zaman qanda qlükoza səviyyəsi kəskin azalır.

Belə vəziyyət hipoqlikemik koma və hətta ölüm ilə nəticələnə bilər.

Kortikosteroid preparatları,levodopa,oral kontraseptiv preparatları qanda qlükoza səviyyəsinə təsir edə bilər.

Hazırlıq

  • Müayinə üçün biomaterial: venoz qan
  • Müayinəyə 12 saat qalmış qida qəbul olunmamalıdır.
  • Müayinəyə 24 saat qalmış dərman preparatların qəbulunu dayandırmalıdır.(müalicə həkimin razılığı ilə
  • Müayinəyə 24 saat qalmış alkoqolu qəbul etmək olmaz
  • Müayinəyə 3 saat qalmış siqaret çəkmək olmaz.
  • Müayinə üçün qanı səhər saatlarında(8-11 saat arası) verilməlidir.

Göstərişlər

  • Hipoqlikemik vəziyyətlərin diaqnostikası
  • İnsulinomaya şübhə zamanı
  • Şəkərli diabet ilə olan xəstələrdə insulinə olan mütləq tələbatın öyrənilməsi məqsədi ilə
  • Metabolik sindrom ilə olan xəstələrdə kompleks müayinəsi üçün
  • Polikistoz yumurtalıqlar ilə olan xəstələrdə kompleks müayinəsi üçün.
  • Qanda qlükoza səviyyəsinin azalması,və yaxud hipoqlikemiya simptomları zamanı:
  • Tərlənmə, güclü ürəkdöyünmə, müntəzəm aclıq hissi, huşun itməsi, görmə qabiliyyətinin pozulması,başgicəllənmə, zəiflik,ürək tutması,
  • İnsulinə qarşı həssalığın itməsinin öyrənilməsi
  • II tip şəkərli diabet ilə olan xəstələrdə insulin və ya hipoqlikemik preparatların qəbulu başlanma vaxtının öyrənilməsi üçün
  • İnsulinomanın xaric edilməsinin uğurlu olub-olmadığını və mümkün olan residivlərin öyrənilməsi üçün
  • Adacıq hüceyrələrin transplantasiyasının kontrolu məqsədi ilə(transplantantların insulin ifraz etmə qabilliyətinə görə).