Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Service code

Service name

Price AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • LAB-00682

Qanın klinik analizi (29 göstərici)+ EÇS

20.0 ₼


Qanın kliniki analizi (QKA) - qanın keyfiyyət və kəmiyyət xüsusiyyətlərini göstərən geniş müayinədir.

Bir çox xəstəliklərin diaqnostikasında və müalicəyə nəzarət kimi istifadə olunur.

Qanın kliniki analizi, leykositar formula ve EÇS-lə birlikdə tibbi praktikada ən çox istifadə olunan analizlərdən biridir.

Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki,bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu,həm də müstəqil patologiya zamanı ola bilir.

Analiz zamanı aşağıdakı göstəricilər müəyyən olunur:

  • (WBC)Leykositlər - orqanizmə yad olan agentlərə qarşı mübarizə aparırlar. Onların faqositoz, hüceyrə və humoral immunitet, antimikrob, antitoksik, antitel əmələgətirmə kimi vacib funksiyaları vardır.
  • (Neut) Neytrofillərin %lə miqdarı - vəzifəsi bakterial infeksiyalardan orqanizmi qorumaqdır.
  • (Lym) limfositlərin %lə miqdarı - əsas vəzifəsi yad antigenləri təyin etməsi və onlara qarşı adekvat immun cavabında iştirak etməsidir
  • (Mon) Monositlərin %lə miqdarı – iltihab ocağında və destruksiya olmuş toxumalarda makrofaq funksiyasını həyata keçirirlər, iltihab sahəsini ölü hüceyrələrdən təmizləyirlər.
  • (EO) eozinofillərin %lə miqdarı - antigen-antitel kompleksini faqositozunu aparırlar. Əsas vəzifələri parazitlər ilə mübarizə və allergik reaksiyaları nəzarətdə saxlamaqdır.
  • (Baso) Bazofillərin %lə miqdarı - əsas vəzifəsi sürətli hiperhəssaslıq reaksiyalarında iştirak etməsidir. Bundan başqa iltihab və allergik reaksiyalarda, damar divarın keçiciyinin idarə olunmasında rol oynayırlar.
  • (Neut) Neytrofillərin mütləq sayı - vəzifəsi bakterial infeksiyalardan orqanizmi qorumaqdır.
  • (Lym) limfositlərin mütləq sayı - əsas vəzifəsi yad antigenləri təyin etməsi və onlara qarşı adekvat immun cavabında iştirak etməsidir
  • (Mon) Monositlərin mütləq sayı
  • (EO) eozinofillərin mütləq sayı - antigen-antitel kompleksini faqositozunu aparırlar. Əsas vəzifələri parazitlər ilə mübarizə və allergik reaksiyaları nəzarətdə saxlamaqdır.
  • (Baso) Bazofillərin mütləq sayı - əsas vəzifəsi sürətli hiperhəssaslıq reaksiyalarında iştirak etməsidir. Bundan başqa iltihab və allergik reaksiyalarda, damar divarın keçiciyinin idarə olunmasında rol oynayırlar.
  • (RBC) Eritrositlər - nüvəsiz qan hüceyrələrdir, tənəffüs piqmenti olan dəmir tərkibli zülal - hemoqlobin ilə zəngindirlər. Eritrositlərin əsas vəzifəsi - oksigen nəqliyyatıdır.
  • (HGB) Hemoqlobin - qanın tənəffüs piqmentidir, eritrositlərdə yerləşir, oksigen və karbon turşusunun nəqliyyatında iştirak edir.
  • (HCT) Hematokrit - qanda bütün formalı elementlərin qanın ümumi həcminə olan faiz nisbətidir.
  • (MCV) eritrositlərin orta həcmi - eritrositlərin orta həcmini əks etdirir. Anemiyaların diaqnostikasında istifadə olunur.
  • (MCH) eritrositdə hemoqlobinin orta miqdarı – eritrositlərin hemoqlobinlə doyma göstəricisini əks etdirir.
  • (MCHC) eritrositdə hemoqlobinin orta konsentrasiyası - eritrositlərin hemoqlobinlə doyma göstəricisini əks etdirir.
  • RDW – CV anizositoz – eritrositlərin həcminə görə heterogenliyini əks etdirir.
  • RDW – SD anizositoz - eritrositlərin həcminə görə heterogenliyini əks etdirir.
  • (PLT Platelets) Trombositlər - Trombositlər angiotrofik, adheziv-aqreqasiya funksiyaları yerinə yetirirlər, laxtalanma və fibrinoliz proseslərində iştirak edirlər, qan laxtasının retraksiya funksiyasını yerinə yetirirlər.
  • (PDW) trombositlərin anizositozu – trombositlərin həcminə görə heterogenliyini əks etdirir.
  • (MPV) trombositlərin orta korpuskulyar həcmi - müayinə olunan trombositlərin orta həcmini göstərir.Trombositlərin funksional aktivliyi, hüceyrələrin adheziyaya meyilliyi trombositlərin həcmə görə dəyişilməsi arasında bağlılıq müşahidə olunur.
  • (P-LCR) trombosit nisbəti: böyük hüceyrələr – normal ölçülü trombositlərə nisbətən böyük trombositlərin faizlə miqdarını əks etdirir.
  • (PCT) trombokrit – trombositlərin tam qanın həcminə olan nisbətidir.
  • (EÇS)Eritrositlərin çökmə sürəti - plazmanın zülal tərkibinin dəyişilməsini əks etdirən qeyri-spesifik göstəricidir. Əksəriyyətda iltihab vəziyyətlərdə və onların müalicəsinin monitoringi zamanı istifadə olunur. Plazmada kəskin faza zülalların (fibrinogen, C-reaktiv zülal, alfa- və qamma-qlobulinlər, paraproteinlər) artması nəticəsində EÇS də artır.

Hazırlıq

  • Analizdən 24 saat əvvəl alkoqol qəbul etməmək
  • Analizə 2 saat qalmış qida qəbul etməmək (təmiz, qazsız su içmək olar). Körpə uşaqlarda növbəti qidanın verilməsindən öncə analiz vermək lazımdır.
  • Analiz verməzdən 30 dəqiqə qabaq fiziki və emosional gərginliyi aradan götürmək

Göstərişlər

  • Terapevtik və cərrahiyyə stasionarlara hospitalizasiya zamanı mütləq müayinə
  • Anemiyaların diaqnostikasında
  • İltihabi və infeksion xəstəliklərin diaqnostikası zamanı
  • Qan xəstəlikləri zamanı
  • Olunan müalicənin monitorinqi və müxtəlif xəstəliklərin gedişatinı öyrənilməsi məqsədi ilə