- LAB-00603
Qlükoza
6.0 ₼
Orqanizmə lazım olan enejinin 60% qida ilə qəbul edilən karbohidratlarla təmin edilir.
Mədə-bağırsaq yollarında mürəkkəb karbohidratlar(əsasən nişasta polisaxaridi) fermentlər vasitəsi ilə sadə molekullara - monosaxaridlərə parçalanırlar və qana sorulurlar.
Monosaxaridlərin 80%-ni qlükoza təşkil edir.
İnsan orqanizmin əksəriyyət hüceyrələri qlükozanı məhdud miqdarda toplanmağa qadirdir.Lakin qlükozanın əsas deposu üç tip hüceyrələr təşkil edir.
- qara ciyər(hepatositlər);
- əzələ(miositlər);
- Yağ toxumasının hüceyrələri(adipositlər)
Digər toxumalardan fərqli olaraq baş beyin qlükozanı sintez etmək və toplanmağa qadir deyil. Baş beyinin normal funksiya etməsi üçün qlükozanın qanda minimal konsentrasiyası 3 mmol/l olmalıdır.
Hepatositlər və miositlər qlükozanı qlikogen şəklində depolayırlar. Qlikogen qlükozanın yüksəkmolekullu polimeridir.
Qlükozanın gün ərzində qanda konsentrasiyası adətən 8 mool/l-dən yuxarı və 3.5 mmol/l-dən aşağı olmur.
Hazırlıq
- Biomaterialın növü: Venoz və kapilyar qan.
- Müayinəyə 12 saat qalmış qidanı qəbul etmək tövsiyə edilmir (8 saatdan az və 14 saatdan çox olmamalıdır)
- Müayinəyə 30 dəqiqə qalmış fiziki və emosional gərginliyi aradan qaldırmaq lazımdır.
- Müayinəyə 30 dəqiqə qalmış siqaret çəkmək olmaz.
- Müayinəyə 1 gün qalmış həddən artıq qida qəbul etmək
Göstərişlər
- İnsulin asılı və insulin asılı olmayan şəkərli diabetin diaqnostika və monitorinqi
- Piylənmə və artıq bədən çəkisi olan pasientlərdə hamiləlik vaxtında qlükozaya tolerantlığın pozulması
- Qalxanvari vəzin, böyrəküstü vəzilərin, hipofizin patologiyası
- Qaraciyər xəstəlikləri
- Şəkərli diabetə meyllilik olan olan xəstələrdə qlükozaya tolerantlığın yoxlanılması
- Diabet olmayan pasientlərin profilaktiv müayinəsi .(45 yaşdan yuxarı)
- Huşun itməsi və ya zəiflik
- Diabetə genetik meyilliyi olan xəstələrin müayinəsi