Qəbula yazıl

Xidmətin kodu

Xidmətin adı

Qiymət AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • Model: LAB-00692

Sidiyin ümumi analizi

15.0 ₼


Sidiyin ümumi analizi bir sıra xəstəliklərin diaqnostikasında və müalicəyə nəzərət məqsədi ilə istifadə olunur.

Sidiyin ümumi analizi sidiyin fiziki və kimyəvi xüsusiyyətlərin təyin olunması və sidik çöküntüsünün mikroskopiyasından ibarətdir.

Analiz zamanı aşağıdakı parametrlər təyin olunur:

  • Ümumi xüsusiyyətlər
  • Sidik çöküntünün mikroskopiyası

Hazırlıq

  • Analizə bir gün qalmış sidiyin rəngini dəyişə bilən meyvə və tərəvəzləri (çuğundur,kök və s.) və diuretiklərin qəbul etmək olmaz.
  • Analizin verilməsindən qabaq cinsi orqanların gigiyenasını aparmaq lazımdır.
  • Qadınlarda menstruasiya zamanı sidik analizi vermək məsləhət görülmür.
  • Analiz birdəfəlik steril konteynlərdə verilməsi mütləqdir. Əgər material klinikadan kənarda toplanmışsa 2 saat ərzində klinikaya çatdırılmalıdır.
  • Bəzi dərman preparatların (aspirin,antibiotiklər,uroseptiklər) qəbulu analizə bir gün qalmış dayandırılmalıdır.
  • Alkoqol içkilərini də analizə bir gün qalmış istifadəsi dayandırılmalıdır.
  • Analizə 12 saat qalmış cinsi əlaqədə olmaq məsləhət görülmür.
  • Sistoskopiyadan sonra 1 həftə ərzində sidiyin ümumi analizi vermək olmaz.

Göstərişlər

  • Sidikçıxarıcı yolların xəstəlikləri
  • Profilaktik müayinələrdə
  • Xəstəliyin gedişatını nəzərdə saxlamaq,mümkün olan fəsadlarını və aparılan müalicənin qiymətləndirilməsi üçün.
  • Streptokokk mənşəli infeksiyanı keçirilən xəstələr üçün(tonzillit,skarlatin) sidik analizı sağalmadan1-2 həftə sonra verilməsi məsləhər görülür.