Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Service code

Service name

Price AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • LAB-00616

Ümumi xolesterol

9.0 ₼


Lipid mübadiləsinin çox vacib göstəricisidir, ürək-damar sistemi xəstəliklərinin və onların fəsadlarının qiymətləndirilməsində istifadə olunur.

Ümumi xolesterinin 80%-i orqanizmdə sintez olunur, 20%-i isə xaricdən qida vasitəsilə qəbul edilir. Xolesterinin müxtəlif fraksiyaları vardır: LDL, HDL, VLDL və s.


Qanda xolesterinin miqdarı yaşdan və cinsdən də asılıdır. Cinsi hormonlar xolesterin miqdarına təsir edir.

Estrogenlər xolesterini azaldır, androgenlər isə əksinə yüksəldir. Hamiləlik zamanı ümumi xolesterinin fizioloji olaraq yüksəlməsi müşahidə olunur.


Xolesterinin təyini atereskleroz riskini müəyyənləşdirmək və lipid mübadiləsinin istənilən patologiyasını təyin etmək üçün istifadə olunur.

Qanda yüksək xolesterin ürəyin işemik xəstəliyi riskini artırır. Xolesterin miqdarı pasiyentin anamnezi və həyat tərzi ilə birlikdə infarkt və insult riskinin hesablanmasında istifadə olunur. Xolesterinin triqliseridlər və aterogenlik indeksi, HDL, VDL ilə birlikdə ölçülməsi tövsiyə olunandır.

Çünki tam lipid spektrinin qiymətləndirilməsi paisyentin vəziyyəti haqqında daha ətraflı məlumat verir.


  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Mütləq 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.

Göstərişlər

  • Dislipidemiyanın diaqnostikası
  • Qaraciyər və böyrək xəstəlikləri
  • Endokrin patologiyalar (hipotireoz, şəkərli diabet)
  • Dispanser müayinə skrininqi
  • Ateroskleroz və onunla bağlı ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsi