- USM-0000393
Periferik limfa düyünləri (bir nahiyə)
18.0 ₼
Fiziki müayinədə və anamnez toplanan zaman aydın səbəb olmadan müəyyən edilən periferik limfadenopatiya diaqnostika baxımından çətinlik yaradır.
Bir tərəfdən məlumdur ki, periferik limfadenopatiyanın çoxsaylı potensial səbəbləri var.
Bu səbəblərin bir sırası çox ciddi olsa da müalicəsi mümkündür.
Digər tərəfdən qeyd edilməlidir ki, periferik limfadenopatiyanın daha ciddi səbəbləri az hallarda müşahidə edilir və dəqiq diaqnozu təyin etmək üçün ən yaxşı yanaşma limfa düyününün biopsiyası olur.
Limfa düyünün biopsiyası isə invaziv prosedurdur və heç də bütün hallarda tələb olunmur.