- USM-0000407
Süd vəziləri+ətraf limfa düyünləri
35.0 ₼
Süd vəziləri ilə bağlı şikayətlərə həkim tərəfindən xüsusi diqqətin yetirilməsini tələb olunur.
Həkim süd vəzi xəstəliyinə elə yanaşmalıdır ki, bədxassəli süd vəzi xəstəlikləri tez müəyyən edilsin və müalicə olunsun.
Eyni zamanda, həkimin yanaşması təmin etməlidir ki, xoşxassəli xəstəliklər də diqqətdən kənarda qalmasın.
Yeni yaranmış süd vəzi problemi ilə müraciyə etmiş və yaşı 30-dan yuxarı olan bütün qadınlarda ilk test kimi mammoqrafiya tətbiq edilməlidir.
Hətta əgər yaxınlarda mammoqrafiya aparılıbsa və neqativ olubsa da belə, yeni fokal şikayətlə müraciət edən bütün qadınlarda təkrar mammoqrafiya əldə olunmalıdır.
Kliniki müayinədə şübhəli törəməsi olan xəstələrdə neqativ mammoqrafiya əldə olunduqda, xəstənin müayinəsini dayandırılmamalıdır.