Ultrasəs dalğaları
Ultrasəs müayinəsi (USM) – ultrasəs dalğaları vasitəsi ilə orqanizm toxumalarının müayinəsidir. Tənzimçi dalğalar əmələ gətirir və dalğalar toxumaların daxilinə nüfuz edir. Orqanlar və toxumalardan keçdikdə ultrasəs əks etdirilir. Bu tərəddüdləri tənzimçidə xüsusi qurğu təsbit edir və təsvirə çevirir. Nəticəsində həkimin monitorunda toxumanın və ya orqanın kəsikdə olan təsviri əmələ gəlir. İnstitutda, ultrasəs müayinəsinin keçirilməsi üçün geniş imkanlar vardır. Beş aparat, bir çox müxtəlif tənzimçi mövcuddur.
Exo-kardioloji müayinənin keçirilməsi üçün, əzələ-skelet təsvirin alınması üçün, daxili orqanların patologiyasının aşkar edilməsi üçün, damarların və damar divarının patologiyasının Dopler müayinəsi vasitəsi ilə aşkar edilməsi üçün, uzaqlaşdırılmış yerdə müayinə üçün – müdaxilələr və manipulyasiyalar halında, ixtisaslaşdırılmış aparatlardan istifadə, nəticələrin yüksək dəqiqliyinə və prosedurların müvəffəqiyyətinə nail olmağa imkan verir
Doppler ultrasəs müayinəsi nədir?
Doppler ümumi olaraq ultrasəs ilə müayinə edilən damar yatağının qan axınını və anormal bir müqavimətlə qarşı-qarşıya olub olmadığını təyin edən bir test növüdür. Xalq arasında “ rəngli ultrasəs müayinəsi” olaraq tanınır. Burda məqsəd körpəni rəngli şəkildə görüntüləmək deyil, qan axımını diaqnostika məqsədi ilə müayinə etməkdir. Ürəyin sistol (vurma) və diastol (dolma) vaxtlarında “ qanın axım sürətini” və dölün digər damarlarındakı qan axımını müayinə etməkdir. Doppler USM sadəcə hamiləlikdə deyil, aşağı yuxarı ətrafların damarlarına, daxili orqanların qan axımlarına baxmaq üçün də geniş istifadə edilir.
Doppler USM-nin faydaları nələrdir?
Ürəyin sistola və diastola fazasında müayinə edilən damar yatağındakı təzyiqlər müqayisə edilərək müqavimət təyin edilir. Doppler USM-si anadan dölə qan aparan uteroplansetal şöbəni qiymətləndirdiyi kimi göbək ciyəsinin qan axını barəsində də məlumat verir. Beləliklə gələcəkdə meydana çıxacaq hamiləlik zəhərlənməsi (preeklepmsiya), uşaqlıqdaxili inkişaf ləngiməsi, ciftin vaxtından qabaq ayrılması (ablasio plasenta), ana bətnində körpə ölümü kimi hallar qabaqcadan müəyyənləşdirilə bilər.
Nə vaxt tətbiq edilir?
Doppler USM təxminən hamiləliyin istənilən həftəsində tətbiq edilə bilər. Hamiləlik sırasında qarşılaşılan problemlərə görə Doppler USM-in istifadəsi fərqlənə bilər. İnkişaf ləngiməsi üçün müəyyən damarlara Doppler olunur, orqan qüsurları müşahidə edildiyində isə müayinələr tamamilə başqa olur. Normal bir hamiləlik sırasında Dopplerdən ziyadə hamiləliyin 20-24-cü həftələrində təfsilatlı, yəni ətraflı ultrasəs müayinəsi mütləqdir ki, dölün bütün orqanlarının normal olub olmadığına baxılsın.
Necə şərh edilir?
Doppler diaqnoz qoyan deyil, istiqamətləndirici bir müayinə üsuludur. Patoloji axın göstəriciləri ya da anormal dalğa görüntüləri əldə edildiyi vaxt körpənin vəziyyəti ilə əlaqədar aparılan digər testlərlə birlikdə qiymətləndirilməsi baxımından həssas olmanın vacibliyini göstərir. Bunun yeganə istisnası göbək arteriyasında “ əks axın” deyilən vəziyyətin meydana gəlməsidir. Göbək arteriyasında həmin anormal dalğa forması müşahidə edildikdə körpənin ana bətnində ölmə riski olduqca yüksəkdir və təcili olaraq hamilə xanımı təcrübəli mütəxəssis və standartlara uyğun yenidoğulmuşların reanimasiyası olan bir tibb müəssisəsinə çatdırmaq vacibdir.
Doppler müayinəsinin inkişaf edən körpə üçün hansı zərərləri vardır?
Aparılan çalışmalar yüksək keyfiyyətli doppler cihazı ilə təcrübəli mütəxəssis tərəfindən sadəcə zəruri hallarda tətbiq edilən və mümkün olan ən qısa müddətdə tamamlanan bir doppler müayinəsinin körpə üçün zərərli olmadığını aşkar etmişdir.