Qəbula yazıl

Xidmətin kodu

Xidmətin adı

Qiymət AZN

Xidmətin kodu


Xidmətin adı


Qiymət AZN


  • Model: LAB-00617

Ümumi zülal (Total Protein)

8.0 ₼


Qan plazmasının zülalları orqanizmdə bir-çox funksiyalar yerinə yetirir və ən vacib laborator göstəricilərdən biridir.

Ümumi zülal konsentrasiyası 2 əsas zülal fraksiyasından –albumin və qlobulindən asılıdır.Albumin əsas qaraciyərdə, qlobulinlər isə limfositlərdə sintez olunur.

Plazma zülallarının funksiyaları:

  • Kolloid-osmotik təzyiqin saxlanması
  • Qanın laxtalanamsında aktiv iştirak
  • Qanın pH-ının saxlanması
  • Transport funksiyası
  • Zülal ehtiyatının yaradılması
  • Qanda kation səviyyəsinin saxlanması

Ümumi zülal səviyyəsinə bədən vəziyyəti və fiziki aktivlik təsir edir. Zülal səviyyəsi ümumi metatobolizmlə bağlı xəstəliklərin göstəricisidir.

Hazırlıq

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz 8-14 saat aclıqdan sonra yoxlanmalıdır.
  • Yüngül qida qəbulundan 4 saat sonra da analizi vermək olar.
  • Müayinə öncəsi psixoemosional və fiziki gərginlik, alkoqol qəbulu olmamalıdır.

Göstərişlər

  • Kəskin və xroniki infeksiya
  • Kollagenozlar
  • Qaraciyər və böyrəklərin patologiyaları
  • Onkoloji xəstəliklər
  • Qidalanmanın pozulması
  • Termiki yanıqlar